Cəməl, Siffi n və Nəhrivan müharibələri Sonra Təlhə və Zübeyr öz istəklərilə və məcbur edilmədən Əliyə (ə) beyət
elədilər. Bir müddətdən sonra isə beyətlərini pozub xəyanət etdilər. Ardınca
Əffanın oğlu qisasının tələbkarı kimi Humeyranı özlərilə Bəsrəyə apardılar.
Bir müddətdən sonra da Müaviyə Əffanın oğlunun qisası tələbilə şamlıların
üsyanını hazırladı və bizimlə savaşa çıxdı. Sonra da Hərurə əhli
1
“Allahın ki-
tabı və Peyğəmbərin sünnəsilə hökm et” şüarı ilə Möminlərin əmirinə (ə) qarşı
çıxdılar. Əgər şərt kimi irəli sürdükləri həmin iki şeylə hökm etsəydilər Alla-
hın kitabında və Peyğəmbərin sünnəsində Əlinin Möminlərin əmiri olduğunu
bilərdilər. Nəhrivan əhli ona qarşı çıxdılar və onunla savaşdılar.