«BANK İŞİ» FƏNNİ ÜZRƏ
TƏDRİS PROQRAMI VƏ TEST
MƏCMUASI
TƏDRİS PROSESİNDƏ İSTİFADƏ OLUNAN ƏSAS
ANLAYIŞLAR
«Azərbaycan Respublikasının milli valyutası» - tədavüldə
olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul
nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası MB
buraxdığı kağız və metal pul nişanları; Azərbaycan
Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda
olan manat vəsaiti; Azərbaycan Respublikasından kənarda yerləşən
2
banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat
vəsaiti.
Bank
sistemi
Azərbaycan
Respublikasının Mərkəzi
Bankından və kredit təşkilatlarından ibarətdir.
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər
qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına
kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və
hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən
hüquqi şəxsdir.
Dostları ilə paylaş: |