TəDRİs proqrami və test məcmuasi


Açıq  bazar  əməliyyatları



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/149
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#40750
1   2   3   4   5   6   7   8   9   ...   149
Açıq  bazar  əməliyyatları.  Açıq  bazar  əməliyyatları  pul 
siyasətinin  əməliyyat  hədəflərinin  reallaşdırılması  məqsədilə 
dövriyyədə  olan  pul  kütləsinin  tənzimlənməsi  və  banklararası  pul 
bazarında faiz dərəcələrinə təsir vasitəsi kimi istifadə olunur.   


 
 
  
3
 
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir 
neçə  törəmə  bankı  olan,  fəaliyyəti  baş  ofisinin  yerləşdiyi  ölkənin 
bank  tənzimləməsi  orqanları  tərəfindən  tənzimlənən  və  nəzarət 
olunan şirkətdir.   
Dollarlaşma -  Olkəni əhalisinin milli valyuta ilə yanaşı və ya 
əvəzinə digər olkənin valyutasından istifadəsi. Dollarizasiyanın əsas 
səbəbi  digər  olkələrin  valyutasının  milli  valyutaya  nisbətdə  daha 
stabil  olmasıdır.  Dollarizasiyanın  mənfi  cəhəti  isə  digər  olkənin 
valyutasını  qəbul  etməklə  olkənin  monetar  siyasəti  həyata  kecirə 
bilməməsidir.  
Törəmə  bank  -  nizamnamə  kapitalında  səsvermə  hüququ 
verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq 
şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi 
bank  və  ya  bank  holdinq  şirkəti  arasında  bağlanmış  müqaviləyə 
əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının 
qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.   
Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən 
kənarda  yerləşən,  öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət 
daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir 
hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.   
Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən 
kənarda  yerləşən,  öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət 
daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya 
köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.   

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin