AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ
5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanı
P R O Q R A M I
BAKI - 2019
2
(Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura proqramları əsasında tərtib edilmişdir)
Azərbaycan ədəbiyyatı tarixinin qaynaqları.
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi və inkişaf mərhələləri.
Qədim dövr Azərbaycan ədəbiyyatı. Ümumtürk əfsanələri. “Avesta”, Zərdüşt və
Azərbaycan. Astiaq və Tomris əfsanələri.
“Kitabi-Dədə Qorqud” dastanı. Eposun yaranma dövrü. “Kitabi-Dədə Qorqud”
boylarının başlıca motivləri. “Kitabi-Dədə Qorqud” yazılı ədəbiyyat abidəsi kimi.
Eposun “Oğuznamə”lər sırasında mövqeyi.
“Kitabi-Dədə Qorqud”un Azərbaycanda nəşri, təbliği və tədqiqi məsələsi.
VII-IX əsrlərdə ərəbcə yazan şairlər “Azərbaycan sivilizasiyası”nın nümayəndələri kimi.
Musa Şəhavat, İsmayıl ibn Yasər, Əbül-Abbas əl-Əma və b. ərəb dilində yazan
azərbaycanlı şairlərin poeziyasında milli məzmun və bəşəri ideyalar.
Xətib Təbrizinin dövrü, həyatı və yaradıcılığı. Şərhləri.
Yusif Tahir oğlu Xoylunun ədəbi-tənqidi fikirləri. “Həmasə”nin şərhində Xətib Təbrizi
ilə müqayisədə üst-üstə baxışları və fərqli cəhətlər.
X-XII əsr Azərbaycan təsəvvüf ədəbiyyatı.
Baba Kuhi Bakuvinin təsəvvüfi ideyaları.
Eynəlqüzzat Miyanəçinin həyatı, yaradıcılığı və təsəvvüf baxışları.
Şihabəddin Sürhəvvərdinin işraqiyyə ideyaları.
Qətran Təbrizinin həyatı və yaradıcılığı.
Məhsəti Gəncəvinin həyatı və yaradıcılığı. Rübailərdə ictimai-fəlsəfi motivlər, gözəllik
və məhəbbətin tərənnnümü.
Xaqani Şirvaninin həyatı və yaradıcılığı. “Töhvətül-İrqeyn”, “Mədain Xərabələri”,
“Meratüs-səfa” əsərləri.
Nizami Gəncəvinin dövrü və həyatı.Lirikası. “Xəmsə”si.
“Sirlər xəzinəsi”: mövzu və ideya-məzmun xüsusiyyətləri.
“Xosrov və Şirin” poeması. Əsərdə Xosrov, Şirin və Fərhad surətləri. Poemanın bədii
xüsusiyyətləri.
“Leyli və Məcnun” poeması: əsərin ideya-məzmunu və bədii surətləri.
“Yedii gözəl” poeması. Əsərin özəl bədii kompozisiyası və ideya-məzmun xüsusiyyətləri.
“İsgəndərnamə” poeması şairin yaradıcılığının bədii yekunu kimi.
Nizami irsinin nəşri, təbliği, təbliği və tədqiqi tarixinə bir baxış.
XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı.
Zülfüqar Şirvani. Həyatı və yaradıcılığı.
Mahmud Şəbüstərinin həyatı və yaradıcılığı.
İzəddin Həsənoğlu anadilli Azərbaycan poeziyasının ilk yaradıcılarından biri kimi. Şairin
Azərbaycan dilində qəzəlləri.
“Dastani-Əhməd Hərmai”nin ideya-məzmunu və bədii forma xüsusiyyətləri.
“Yusif və Züleyxa” mövzunu işləyən Azərbaycan şairləri: Əli Suli Fəqih, Mustafa Zərir
və s.
Marağalı Əhvədinin həyatı və yaradıcılığı. “Fərhadnamə” poeması. Əsərdə Fərhad surəti
və onun təhlili.
Əssar Təbrizinin həyat və yaradıcılığı. “Mehr və Müştəri” poeması. Əsərin ideya-bədii
təhlili.
Qazi Bürhanəddinin dövrü və həyatı. Lirikası. Yaradıcılığında tuyuq janrının yeri
3
Nəsimi şair və filosof kimi.
İmadəddin Nəsimi. Dövrü və həyatı. Şairin poeziyasında hürufi ideyaları. Əsərlərində
ilahi və dünyəvi eşq. Vəhdəti-vücud fəlsəfəsi konsepsiyasının şeirlərində ifadəsi.
XV əsrdə Azərbaycan ədəbiyyatı.
XV əsrdə Azərbaycan ərazisində Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin yaranması.
Şirvanşahlar dövlətinin yenidən dirçəlməsi.
Şah Qasım Ənvarın həyatı və yaradıcılığı. Lirikası. Fəlsəfi görüşləri.
Mirzə Cahanşah Həqiqinin həyatı və yaradıcılığı.
Osmanlı dövlətinin sarayı ilə bağlı olan Azərbaycan şairləri: Hamidi, Süruri, Kişvəri,
Həbibi, Xəlili, Bəsiri.
XVI əsr Azərbaycan ədəbiyyatı.
Səfəvi dövlətinin yaranması və inkişafı..
Həqirinin həyatı və yardıcılığı. “Leyli və Məcnun” poeması. Əsərin bədii xüsusiyyətləri.
Şah İsmayıl Xətai. Lirikası. “Dəhnamə” və “Nəsihətnamə” poemaları.
Məhəmməd Füzuli. Dövrü, mühiti və həyatı. Lirikası. Azərbaycan, fars və ərəb dillərində
divanları. Alleqorik poemaları: “Bəngü badə”, “Həfti cam”, “Söhbətül-əsmar”. “Ənisül-
qəlb” poemasında Füzulinin fəlsəfi baxışlarının poetik ifadəsi “Leyli və Məcnun”
poeması. Əsərin bədii quruluşu, ideya və mövzu qaynaqları.
Füzulinin bədii nəsri. Məktubları. Onlarda cəmiyyətin problemlərinin cəsarətlə əks
etdirilməsi.
“Rindü Zahid” əsərində dövrün ictimai ziddiyyətlərinin təsviri. Sufi ideyalarının əks
etdirilməsi.
“Hədiqətüs-süəda” əsərində peyğəmbərlərin və imamların taleyinin inikası. Əsərdə böyük
şairin qitələrinin – şeir nümunələrinin yeri və rolu.
“Mətləül-etiqad” Füzulinin fəlsəfi əsəri kimi.
“Hədisi-ərbəin” əsərinin mövzu və ideya qaynaqları.
Azərbaycan ədəbiyyatında Füzuli ədəbi məktəbi. Füzuli irsinin Azərbaycanda nəşri,
təbliği və tədqiqi.
Məhəmməd Əmaninin həyatı və yaradıcılığı. Şairin mənzum hekayələrin personajları.
Əsərlərinin bədii dili.
Fədainin həyatı və yaradıcılığı. “Bəxtiyarnamə” poemasının ideya-bədii xüsusiyyətləri.
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı.
XVII əsrdə aşıq poeziyasının ədəbiyyatda geniş yer tutması. Tufarqanlı Abbas, Sarı Aşıq,
Xəstə Qasım kimi böyük söz və saz ustalarının həyat və yaradıcılıqlarına bir baxış.
“Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Qurbani”, “Abbas və Gülgəz” kimi
məhəbbət dastanları və onların yazılı ədəbiyyatla əlaqəsi.
Məsihinin həyat və yaradıcılığı. “Vərqa və Gülşa” poeması. Əsərin tarixi gerçəkliklərlə
səsləşən cəhətləri və bədii xüsusiyyətləri.
Saib Təbrizinin həyat və yaradıcılığı. Şairin lirikası. Əsərlərində fəlsəfi-lirik
xüsusiyyətlər. Azərbaycan dilində yazdığı şeirləri. Şairin sənətkarlığı – hind üslubu
Qövsi Təbrizinin həyat və yaradıcılığı. Füzuli ədəbi məktəbinin davamçısı kimi. Şeir və
sənət, bədii söz haqqında fikirləri.
XVIII əsr Azərbaycan ədəbi mühiti.
Məhcur Şirvaninin həyat və yaradıcılığı. “Qisseyi-Şirzad” poeması və folklor motivləri.
Poemada Nadir şah rejiminə dair işarələr.
Nişat Şirvani. Şairin bədii irsi. Poeziyasında ictimai motivlər. “Əhvadi-Şirvan”
poemasında tarixi hadisələrin təsviri.
Ağa Məsih Şirvaninin həyatı və yaradıcılığı. Lirik şeirləri və tarixi mənzumələri.
4
Molla Vəli Vidadinin həyatı və yaradıcılığı. Lirikası. M.P.Vaqif yaradıcılığına
münasibəti, onunla dostluğu və deyişmələri. “Müsibətnamə” poeması.
Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı. Realizmi. Qoşmaları. Əsərlərində gözəlliyin
tərifi və tərənnümü. Poetik dili və üslubu. Vaqif irsinin tarixi əhəmiyyəti. Vaqif irsinin
tədqiqi tarixi.
Möhsün Nəsirinin həyatı və yaradıcılığı. “Tutinamə” əsəri. Onun mövzu və ideya
mənbələri.
Məhəmmədin “Şəhriyar” dastanı. Məzmun və ideya xüsusiyyətləri. Əsərdə qadın və kişi
surətləri.
XIX əsr Azərbaycan ədəbiyyatı.
Heyran xanım Dünbülinin həyat və yaradıcılığı. Lirikası
Seyid Əbülqasim Nəbatinin həyat və yaradıcılığı. Lirikasının mövzu və ideya məzmun
qaynaqları. Şairin poeziyasında klassik irs və şifahi xalq ədəbiyyatı ənənələri.
Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı. Şairin bədii əsərləri: Lirikası.
“Mişkətül-ənvar”, “Miratül-camal”, mənzum hekayələri. “Kitabi Əsgəriyyə” hekayəsi.
“Tatar nəğməsi”, “Fatma tar çalır”, “Bismillah”, “Şəklin göstərir”, “Tiflis” kimi lirik
şeirin müxtəlif janrında yazılmış əsərləri.
Təmsilləri: “Qurd və ilbiz”, “Tülkü və qoyun”, “Yersiz iftixar”. i.A.Krılovdan
tərcümələri.
Elmi əsərləri: “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Tənzibül-əxlaq”, “Nəsayeh”,
“Gülüstani-İrəm”, “Ümumi coğafiya”, “Kəşfül-qərayib” əsərləri.
A.Bakıxanov ilk Azərbaycan maarifçilərindən biri kimi.
Mirzə Şəfi Vazehin həyatı və yaradıcılığı. Lirikası. Şeirlərində qadın azadlığı məsələsi.
“Məktubun intizarında” adlı lirik poeması. “Divani-hikmət” məclisi. A.Bakıxanov,
M.F.Axundov və Mirzə Şəfi. F.Bodenştedt və Mirzə Şəfi irsi.
Mirzə Şəfi maarifçi kimi.
İsmayıl bəy Qutqaşınlının həyatı və yaradıcılığı. “Rəşid bəy və Səadət xanım”, yaxud
“Şərq hekayəsi”. “Səfərnamə”. Ədəbi irsinin Azərbaycan maarifçi ədəbiyyatında yeri.
Qasım bəy Zakirin həyatı və yaradıcılığı. Şairin klassik şeir və folklor ənənələrindən
isitfadəsi. Lirik şeirlərində Füzuli və Vaqif üslubu. Qəzəlləri, müxəmməsləri,
müstəzadları, qoşamları, təcnisləri, gəraylıları və s. Satirik əsərləri. Satira hədəfləri.
Mənzum məktubları və təmsilləri. Zakir şeirlərinin dili, sənətkarlıq xüsusiyyətləri.
Mirzə Fətəli Axundovun həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıcılığı. Lirikası.
A.S.Puşkinin ölümü münasibətilə yazdığı qəsidəsi. Satirik şeirləri.
M.F.Axundovun dramaturgiyası: “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-
vəziri-xani-Lənkəran”, “Hekayəti-xırs-quldurbasan”, “Hekayəti-müsyö Jordan və dərviş
Məstəli şah”, “Sərgüzəşti-mərdi xəsis” (“Hacı Qara”) və “Mürafiə vəkillərinin hekayəti”
komediyaları. Bu əsərlərin hər birinin mövzu, ideya-məzmun və bədii sənətkarlıq
baxımından təhlili və dəyərləndirilməsi.
“Aldanmış kəvakib” povestinin məzmunu, ideyası və bədii surətlər aləmi. Povestdə
maarifçilik ideyaları. Əsərdə yazıçının tarixdən istifadə üsulu və bunun özəlliyi.
“Kəmalüddövlə məktubları” fəlsəfi traktatı. Əsərdə Şərq despotizminə və dini-xurafata
münasibət.
M.F.Axundov Azərbaycan ədəbiyyatında ilk professional ədəbi tənqidçi kimi. Nizami,
Füzuli, Vaqif, Zakir və s. şairlər, həmçinin roman, poeziya, nəsr haqqında fikirlər.
M.F.Axundovun davamçıları və irsinin tədqiqi məsələsi.
XIX əsr Azərbaycan ədəbiyyatında “Səyahətnamə” yazan müəlliflər: Zeynalabdin
Marağayi və Əbdürrəhim Talıbov Təbrizi.
5
Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığı. Lirikası. Füzuli ədəbi məktəbinin
davamçısı kimi. Təmsilləri və mənzum hekayələri. Onların didaktik-tərbiyəvi məzmunu
və əhəmiyyəti. Satirik əsərlərinin tənqid hədəfləri. Beytüs-Səfa məclisi. Məktubları.
“Rəbiül-ətfal” kitabı. Təzkirəsi.
Xurşid Banu Natəvanın həyatı və poetik irsi. Füzuli ənənəsini davam etdirən şair kimi.
Yaradıcılığında kədər, məhəbbət və təbiət mövzuları.
Xalxalinin həyatı və yaradıcılığı. “Sələbiyyə” poeması. Əsərin mövzu, ideya və
məzmunu. Satirik şeirləri.
Mirzə Mehdi Şükuhinin həyatı və ideya-poetik irsi. Satiralarında tənqid hədəfləri.
Təmsillərinin
əsas personajları. Poemalarının ideya-məzmun və sənətkarlıq
xüsusiyyətləri.
Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığı. M.F.Axundovun ədəbi məktəbinin layiqli
davamçısı kimi. “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan
daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan
çıxdıqq yağmura düşdük”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa
Kərim xan Ərdəbili”, “Dələduz”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar”
komediyaları, onların mövzu və ideya-məzmuunlarına görə təhlili.
“Müsibəti Fəxrəddin” Azərbaycan ədəbiyyatı tarixində faciə janrının ilk nümunəsi kimi.
N.Vəzirovun son dram əsəri: “Təzə əsrin ibtidası”
N.Vəzirovun dram əsərlərində maarifçilik baxışları.
Publisistikası.
N.Vəzirovun Azərbaycan ədəbiyyatı tarixində mövqeyi.
Milli dirçəliş dövrü və XX əsr Azərbaycan ədəbiyyatı. XX əsrin ilk iki onilliyində
mətbuat və ədəbiyyat. “Molla Nəsrəddin” ədəbi məktəbi. Realist ədəbiyyat.
Cəlil Məmmədquluzadənin həyatı və jurnalistik fəaliyyəti. Bədii nəsri: “Danabaş
kəndinin əhvalatları” povesti. Əsərin ideya-bədii təhlili. “Usta Zeynal”, “Poçt qutusu”,
“İranda hürriyyət”, “Xanın təsbehi” və s. hekayələri. “Bəlkə də qaytardılar” hekayələr
toplusu.
Dramaturgiyası: ilk dramı “Çay dəstgahı”, “Ölülər” trgikomediyası. “Kamança”,
“Anamın kitabı”, “Dəli yığıncağı” pyesləri. Bu pyeslərin hər birinin ideya-bədii təhlili və
dəyərlndirilməsi. Ədibin publisistikası. “Azərbaycan” məqaləsi.
Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı. Şairin satiralarının mövzu və ideya-məzmun
baxımından əhatəliliyi. Sabir əsərlərinin təsir dairəsinin genişliyi. “Hophopnamə”. Şairin
poetik irsinin nəşri, təbliği və tədqiqi.
Nəriman Nərimanovun həyatı və yaradıcılığı. İctimai-siyasi fəaliyyəti. Bədii nəsri. “Pir”,
“Bir kəndin sərgüzəşti” hekayələri. “Bahadır və Sona” romanı.
Dramaturgiyası: “Nadanlıq”, “Nadir şah”, “Şamdan bəy” pyesləri.
Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı. Bədii nəsri. “Ayın şahidliyi”, “Ata
və oğul”, “Şeyx Şaban”, “Mirzə Səfər” və s. hekayələri. “Marallarım” silsiləsi. “Xortadın
cəhənnəm məktubları”. “Odabaşının hekayəsi”. “Mozalan bəyin səyahətnaməsi”nin
ifşaedici gücü.
Ə.Haqverdiyevin dramaturgiyası. “Dağılan tifaq” faciəsi. “Bəxtsiz cavan” faciəsində
köhnəliklə yeniliyin qarşılaşdırılması. “Pəri cadu” pyesinin ideya-bədii xüsusiyyətləri.
“Ağa Məhəmməd şah Qacar” əsəri tarixi mövzuda yazılmış yaxşı bir əsər kimi. Bu
pyesdə konfiliktin kəskinliyi və xarakterlərin canlılığı.
Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz və Bayraməli Abbaszadənin satiraları.
Bu satiralarda Sabir ruhunun təsiri və təcəssümü.
6
XX əsrin ilk iki onilliyində realist-maarifpərvər ədəbiyyat. Süleyman Sani Axundovun
həyatı və yaradıcılığı. “Tamahkar” pyesinin mövzusu və ideya məzmunu. Kiçik pyesləri.
“Laçın yuvası”, “Eşq və intiqam” pyesləri. Hekayələri. “Qorxulu nağıllar” silsiləsinin
didaktik ruhu. Bu silsilədə şifahi xalq ədəbiyyatı motivlərindən istifadə üsulunun
özəllikləri.
Üzeyir Hacıbəylinin həyatı və publisistikası.
Dramaturgiyası: “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” komediyalarında
bədii gülüş.
Abdulla Şaiqin, Rəşid bəy Əfəndiyevin didaktik ruhlu əsərləri.
İbrahim bəy Musabəyovun həyatı və yaradıcılığı. “Neft və milyonlar səltənəti” povesti.
“Cəhalət fədailəri” və “Gözəllərin vəfası” əsərləri.
XX əsr Azərbaycan romantizmi. Məhəmməd Hadinin həyatı və yaradıcılığı. Hadi və
füyuzatçılar. “Əlvahi intibah”, yaxud “İnsanarın tarixi faciələri” poeması. Hadi
poeziyasında vətənpərvərlik.
Abbas Səhətin həyatı və yaradıcılığı. Şairin poeziyasında maarif və məktəb,
vətənpərvərlik mövzuları. “Şair, şeir pərisi və şəhərli”, “Əhmədin qeyrəti” poemaları.
“Sınıq saz” və “Məğrib günəşləri” kitablar.
Abdulla bəy Divanbəyoğlunun həyatı və yaradıcılığı. “Duman” və “İlan” hekayələri.
“Can yanğısı”, “Əbdül və Şəhzadə” əsərləri.
XX əsrin ilk iki onilliyində tənqid və ədəbiyyatşünaslıq.
Firidun bəy Köçərlinin həyat və yaradıcılığı. Tənqidçilik fəaliyyəti. Ədəbi-estetik
görüşləri. “Azərbaycan türklərinin ədəbiyyatı” (“Azərbaycan ədəbiyyatı materialları”)
kitabı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920). Şeir Məhəmməd
Hadinin bu dövrdə yazdığı “Şühədayi-hürriyyətimizin ərvahinə ithaf”, “Əsgərlərimizə,
könüllülərimizə”, “Məfkureyi-aliyəmizə” şeirləri.
Əhməd Cavadın həyatı və yaradıcılığı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər yaradıcılığının birinci mərhələsi üçün
səciyyəvi olan kədəri ifadə edən əsərləri. “Bismillah” şeiri. Azərbaycan bayrağını
tərənnüm etməsi. Sovet dövründə yazdığı əsərlərində simvolikadan istifadə etməsi.
“Göygöl”, “Kür”, “Səsli qız” əsərləri.
C.Cabbarlının “Sevdiyim”, “Sevimli ölkəm”, “Azərbaycan bayrağına” adlı şeirləri
Azərbaycan
Xalq
Cümhuriyyətinin
dövründə
nəsr.
C.Məmmədquluzadənin
“Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Rus qızı”, “Zırrama”
adlı hekayələri.
Seyid Hüseynin “İsmailiyyə”, C.Cabbarlının “Şamaxı yoluna qədər” adlı hekayələri.
Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanı.
Dramaturgiya. Hüseyn Cavidin “İblis” faciəsi. C.Məmmədquluzadənin “Kamança”,
“Anamın kitabı” pyesləri. Bu əsərlərin mövzu və ideya-məzmun xüsusiyyətlərinə görə
təhlili.
C.Cabbarlının “Bakı müharibəsi”, M.B.Məmmədzadənin “Bakı uğrunda müharibə”
pyeslərində dövrün ictimai-tarixi hadisələrin təsviri.
C.Cabbarlının “Aydın” melodramında tənqidi pafos, ifşaçı qəhərman obrazı – Aydın.
Siyasi-icttiami ziddiyyətlər, münaqişlər və repressiyalar dövründə ədəbiyyat (1920-1940).
Şeir. Hacı Kərim Sanlının həyatı və yaradıcılığı. Şairin “Aran köçü”, “Namus davası”,
“Zülmün sonu”, “Novruz və Gülarə”, “Turqut qaçaqları” adlı poemaları
7
Nəsr. Seyid Hüseyn (1887-1937). Həyatı və yadıcılığı. Hekayələri. “Yeni həyat
yollarında” (1928) və “İki həyat arasında” (1934) kitablarına toplanmış hekayələri. Ədəbi
tənqidi fəaliyyəti.
Dramaturgiya.
S.S.Axundovun,
C.Məmmədquluzadənin,
Ə.Haqverdiyevin,
M.S.Ordubadinin,
H.Cavidin,
C.Cabbarlının,
S.Vurğunun,
S.Rüstəmin,
Y.V.Çəmənzəminlinin, M.İbrahimovun, S.Rəhmanın 1920-1940-cı illərdə müasir və
tarixi mövzularda yazdıqları dram əsərləri. Bunların mövzu, problematika baxımından
qruplaşdırılması və dəyərləndirilməsi.
Hüseyn Cavidin (1882-1941) həyat və yaradıcılığı. Poeziyası. “Hərb və fəlakət”, “Mənim
tanrım” və s. şeirləri. “Azər” poetik dastanı. Dramaturgiyası. “Ana”, “Maral”, “Şeyx
Sənan”, “Şeyda” pyesləri. “İblis” faciəsində müharibə və insan probleminin qoyuluşu və
bədii dramatik planda həlli. Iblis obrazı. “Uçurum” pyesi. Əsərdə milli-mənəvi kökdən
uzaqlaşmağın faciəsi. “Afət” pyesində insanları həyatın dibinə sürükləyən və nəhayətdə
çökdürən amillərin bədii tədqiqat süzgəcindən keçirilməsi. “Peyğəmbər”, “Topal
Teymur”, “Siyavuş”, “Xəyyam” pyesləri. Bu əsərlərdə tarix vasitəsilə müasirliyi əks
etdirmə cəhdlərinin uğurla nəticələnməsi. Həmin pyeslərdə tarix və müasirlik
probleminin parlaq bədii həlli.
H.Cavidin Azərbaycan ədəbiyyatında mövqeyi. Azərbaycan Cavidşünaslığı müasir
mərhələdə.
Yusif Vəzir Çəmənzəminli (1884-1943). Həyatı və yaradıcılığı. Hekayə ustası kimi.
“Cənnətin qəbzi”, “Toy”, “Osman Dövlətşin”, “Bir qaçqının dəftərindən”, “Sidi”, “Mİrzə
Əbaqülvahab” və s. hekayələri. “Bir cavanın dəftəri”, “Studentlər” əsərləri. “Qızlar
bulağı” ilk Azərbaycan tarixi-fəlsəfi roman nümunəsi kimi. “İki od arasında” romanında
tarixlə müasirliyin, sənədliliklə bədiiliyin dialektik əlaqə və vəhdəti. Əsərdə tarixi
şəxsiyyətlərin bədii surətlərinin canlılığı. Vaqif, Vidadi, İbrahim xan, Ağa Məhəmməd
şah Qacar surətləri.
Cəfər Cabbarlı (1899-1934). Həyatı və yaradıcılığı. Poeziyası. “Bahar”, “Qürub çağı bir
yetim”, “Ölkəm”, “Ana”, “Məhkum Şərqə” və s. lirik şeirləri. Satririk şeirləri. “Qız qalası”
poeması. Hekayələri: “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Altun heykəl”. 1920-
1930-cu illərdə yazdığı hekayələr: “Müfəttiş”, “Çocuq”, “Dilarə”, “Gülzar”, “Dilbər”,
“Gülər”, “Papaq”, “Firuzə”. Ilk pyesləri: “Vəfalı Səriyyə...”, “Solğun çiçəklər”. Birinci
dünya müharibəsi ilə əlaqədar hadisələrdən istifadə ilə yazdığı pyeslər: “Ədirnə fəthi”,
“Trablis müharibəsi, yaxud Ulduz”. Tarixi mövzuda yazdığı ilk pyesi – “Nəsrəddin şah”.
“Aydın”, “Oqtay Eloğlu” pyeslərinin ideya-məzmun və problematika baxımından bir-
birini tamamlaması. “Od gəlini” yeni tipli tarixi pyes kimi. “Sevil”, “1905-ci ildə”,
“Almas”, “Yaşar”, “Dönüş” pyesləri.
C.Cabbarlının ədəbi-tənqidi görüşləri.
M.S.Ordubadi (1872-1950). Həyatı və fəaliyyəti. Poeziyası. Ilk şeir kitabları: “Qəflət”,
“Vətən və hürriyyət”. Publisistik kitabları: “Qanlı sənələr”, “Nisvani-islam”. Romanları:
“İki cocuğun Avropaya səyahəti”, “Bədbəxt milyonçu”. Romanlarında inqilab mövzusu.
“Dumanlı Təbriz” romanında Səttərxan və Bağırxan obrazları. “Qılınc və Qələm”
romanında tarixi həqiqətlərin bədii inikası. Nizami Gəncəvi surəti. Pyesləri: “Dinçilər”,
“Maral”, “Dumalı Təbriz” və s.
Səməd Vurğun (1906-1956). Həyatı və yaradıcılığı. Lirikası. Şeirlərində vətənpərvərlik
hisslərinin parlaq poetik ifadəsi. “Azərbaycan” şeiri. Məhəbbət və təbiət lirikası. Ictimai-
siyasi və fəlsəfi lirikası: “Avropa xatirələri”, “Həyat fəlsəfəsi”, “Dörd söz”, “Ürək”,
“Düşüncələr” və s. Poemaları: “Komsomol poeması”, “Üsyan”. Beynəlxalq mövzularda
yazdığı “Ölüm kürsüsü”, “Zəncinin arzuları” poemaları. “Muğan”, “Bakının dastanı” adlı
8
əsərləri. “Aygün” poemasında məhəbbət, ailə, məişət mövzularının ictimai məna və
məzmunla əlaqələndirilməsi. “Aygün” və ədəbi tənqid. Əfasnəvi və tarixi poemaları.
“Aslan qayası”, “Ayın əfsanəsi” əsərləri.
S.Vurğunun dramaturgiyası. “Vaqif” tarixi materialdan istifadə ilə yaradılmış xalq
qəhərmanlıq dramıdır (Mehdi Hüseyn). Pyesdə tarixi şəxsiyyətlərin bədii surətlərinin
canladırılması. “Fərhad və Şirin”, “Xanlar”,”İnsan” pyesləri.
S.Vurğunun ədəbi-tənqidi görüşləri. Vurğunşünaslıq müasir mərhələdə.
Mikayıl Müşfiqin həyatı və yaradıcılığı. Lirikası. Poemaları.
Süleyman Rəhimovun həyatı və yaradıcılığı. Hekayələri. Povestləri. Romanları.
Süleyman Rüstəmin həyatı və yaradıcılığı. Lirikası. Poemaları. Dramaturgiyası.
İkinci Dünya müharibəsi dövründə Azərbaycan ədəbiyyatı. Şeir. Nəsr. Dramaturgiya.
Publisistika.
Ə.Ələkbərzadənin həyatı və yaradıcılığı.
Məmməd Rahimin həyatı və yaradıcılığı. Lirikası. Poemaları.
Ənvər Məmmədxanlının həyatı və yaradıcılığı. Hekayələri. “Babək” romanı.
Dramaturgiyası.
Müharibədən sonrakı dövrdə ədəbiyyat (1946-1990). Poeziya. Nəsr. Dramaturgiya.
Tənqid və ədəbiyyatşünaslıq.
Mehdi Hüseyinin həyatı və yaradıcılığı. Bədii nəsri. “Yeraltı çaylar dənizə axır” romanı.
Dramaturgiyası: “Nizami”, “Cavanşir”, “Şeyx Şamil”, “Alov”.
Mir Cəlal. Həyatı və yaradıcılığı. Hekayə yaradıcılığı. Bədii nəsri. Lirik hekayələri.
Satirik və yumoristik hekayələri. Roman və povestləri. “Dirilən adam”, “Bir gəncin
manifesti” romanlarının ideya-bədii təhlili. “Yolumuz hayanadır?” romanında qaldırılan
problemlər. Böyük satirik Mirzə Ələkbər Sabirin surəti.
Mir Cəlalın ədəbi-tənqidi və elmi-nəzəri yaradıcılığı. Füzuli irsinin və XX əsr
Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi. “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi
məktəblər”,
“Klassiklər və müasirlər”, “XX əsr Azərbaycan ədəbiyyatı”,
“Ədəbiyyatşünaslığın əsasları” kitabları.
Publisistikası: “Bir ay və bir gün”. Ədəbi-tənqidi yaradıcılığı.
Mirzə İbrahimovun həyatı və yaradıcılığı. Bədii nəsri: “Cənub hekayələri”, “Gələcək
gün”, “Böyük dayaq”, “Pərvanə”romanları. Dramaturgiyası: “Həyat”, “Məhəbbət...”.
komediyaları.
Tənqid və ədəbiyyatşünasılq sahəsində fəaliyyəti: “Böyük demokrat”, “Azərbaycan dili”
kitabları. Klassik və müasir ədəbiyyata dair məqalə və məruzələri.
Sabit Rəhman. Həyatı və yaradıcılığı. Bədii nəsri. Dramaturgiyası. “Toy”, “Əliqulu
evlənir” və s.
Rəsul Rza. Həyatı və yaradıcılığı. Litikası. Poemaları. “Qızılgül olmayaydı”.
İlyas Əfəndiyev. Həyatı və yaradıcılığı. Hekayələri. Povest və romanları. “Söyüdlü arx”,
“Körpüsalanlar”, “Sarköynəklə Valehin nağılı”, “Üçatılan”, “Geriyə baxma, qoca”.
Dramları: “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda
bilmirəm”... tarixi pyesləri : “Xurşidbanu Natəvan”, “Xiyabani” və s.
Balaş Azəroğlu. Həyatı və yaradıcılığı.
Tənqid və ədəbiyyatşünaslıq.
M.Arif həyatı və yaradıcılığı. “Cəfər Cabbarlının yaradıcılıq yolu”, “Səməd Vurğunun
dramaturgiyası” monoqrafiyaları.
Milli özünəqayıdış dövründə ədəbiyyat (1960-1990). Şeir. Nəsr. Dramaturgiya.
Publisistika. Tənqid və ədəbiyyatşünaslıq.
9
Bəxtiyar Vahabzadə. Həyatı və yaradıcılığı. Lirikası. Poemaları: “Gülüstan”, “Muğam”.
Dramaturgiyası: “Fəryad” və s. yaradıcılığında azadlıq, istiqlal və vətənpərvərlik mövzu
və motivlərinin parlaq bədii ifadəsi.
İsmayıl Şıxlının həyatı və yaradıcılığı. Hekayələri. Romanları. “Dəli Kür”, “Ölən
dünyam”. Elmi-pedaqoji fəaliyyəti.
İsa Muğanna. Həyatı və yaradıcılığı. Hekayələri. “Faciə” (“Teleqram”) povestində təbiət,
insan və mənəviyyat problemi. Müharibə povestləri: “Saz”, “Tütək səsi”, “Quru budaq”,
“Kollu Koxa” və digər povestlərində müharibədən sonrakı dövrün və insanların həyatının
təsviri. “Məşhər” müasir Azərbaycan ədəbiyyatında tarixi-fəlsəfi roman nümunəsi kimi.
“İdeal”, “Ölüm dirim”, “Qəbiristan”, “Cəhənnəm” romanları.
İsa Muğanna yaradıcılığı və ədəbi tənqid.
Nəbi Xəzri. Həyatı və yaradıcılığı. Şairin lirikası, poemaları və dramaturgiyası.
Hüseyn Arif. Həyatı və yaradıcılığı. Şairin lirikası və poemaları.
Tənqid və ədəbiyyatşünaslıq.
Məmməd
Cəfər.
“Hüseyn Cavid”, “Azərbaycan ədəbiyyatında romantizm”
monoqrafiyaları. Ədəbi-tənqidi məqalələri, məruzələri.
Cənubi Azərbaycan ədəbiyyatı.
Poeziya. M.Şəhriyar. həyatı və yaradıcılığı. Lirikası. “Azərbaycan”, “Türkün dili”.
Şeirləri. Poemaları. “Heydərbabaya salam” və “Səhəndiyyə” əsərləri.
Bulud Qaraçorlu Səhənd. Həyatı və yaradıcılığı. “Sazımın sözü” kitabı.
Səməd Behrənginin həyatı və yaradıcılığı. Hekayələri. “Balaca qara balıq” əsərində
azadlıq ideyasının bədii inikası.
Qulamhüseyn Sayedinin həyatı və yaradıcılığı. Bədii nəsr nümunələrində bədii şərtilik və
psixologiyanın dərinliyi. Yaradıcılıq üslubunda sirli, sehrli, fantastik və ya magik
realizmin üstünlük təşkil etməsi.
Azərbaycan mühacirət ədəbiyyatı. Poeziya. Nəsr. Dramaturgiya. Tənqid və
ədəbiyyatşünaslıq.
Əlibəy Hüseynzadə. Həyatı və yaradıcılığı.
Əhməd Ağaoğlu. Həyatı və yaradıcılığı.
Məhəmməd Əmin Rəsulzadə. Həyatı və yaradıcılığı.
Almas İldırım.Həyatı və yaradıcılığı.
Əhməd Cəfəroğlu. Həyatı və yaradıcılığı.
Müstəqillik dövründə ədəbiyyat (1991-2011).
Poeziya. Qabil, Xəlil Rza Ulutürk, Məmməd Araz.
Nəsr. Sabir Əhmədli. Yusif Səmədoğlu. Anar , Elçin, Əkrəm Əylisli, Afaq Məsud.
Tənqid və ədəbiyyatşünaslıq. Yaşar Qarayev.
Dostları ilə paylaş: |