MüNDƏRİcat giriş


  Digər beynəlxalq maliyyə təşkilatları



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
fsan-

  1.2  Digər beynəlxalq maliyyə təşkilatları     
1930-cu  ildə      Avropa  dövlətləri  sırf  kommersiya  əməliyyatlarının  həyata 
keçirilməsi  məqsədilə,  mərkəzi  banklar  arasında  valyuta  əməkdaşlığını  təşkil 
etmək  üçün  Beynəlxalq  Hesablaşmalar  Bankını  yaratdılar.  Bank  Haaqa 
müqaviləsinə  əsaslanır.  Bu  müqavilə  altı  dövlət  –  Belçika,  Böyük  Britaniya, 
Almaniya, İtaliya, Fransa və Yaponiya imzalamışdı. Həmçinin bu ölkələr bankın 
yerləşdiyi  İsveçrə  ilə  də  xüsusi  konvensiya  bağladılar.  Hal-hazırda  Beynəlxalq 
Hesablaşmalar  Bankının  33  üzvü  var.  Bura  Qərbi  Avropanın  bütün  dövlətləri, 
Şərqi  Avropanın  6  dövləti  ABŞ,  Yaponiya,  Avstraliya,  CAR  və  s.  ölkələr 
daxildir.  Bankın  əsasını  qoyan,  onun  ilk  kapital  bazasını  təmin  edən  ölkələr 
arasında 6 Avropa dövlətinin mərkəzi bankları ilə yanaşı ABŞ-ın da kommersiya 
bankları  da  var  idi.  Buna  baxmayaraq,  BYİB  və  BVF-dan  fərqli  olaraq,   
Beynəlxalq  Hesablaşmalar  Bankında  ənənəvi  liderlik  rolu  Qərbi  Avropa 
ölkələrinə məxsusdur.   
Milli  banklar  BHB-nın  həm  yaradıcıları,  həm  rəhbərləri,  həm  də 
alıcılarıdırlar.  BHB-nı  “mərkəzi  bankların  beynəlxalq  bankı”  da  adlandırırlar. 
BHB-nı beynəlxalq maliyyə əməkdaşlığı sahəsində ən qədim  beynəlxalq təşkilat 
da  adlandırımaq  olar.  Səhmdar  cəmiyyət  kimi  təşkil  olunub.  Bankın  fəaliyyəti 
beynəlxalq  hüquqla  tənzim  olunur,  o  öz  fəaliyyətini  səmərəli  təşkil  etmək  üçün 
lazım  olan  bütün  immunitet  və imtiyazlardan  istifadə  edir.  Bank  əməliyyatlarda 
ancaq  qızıla  dönərliliyi  olan  valyutadan  istifadə  etməyə  çalışırlar.  BHB  əgər 
həmin  ölkənin  mərkəzi  bankının  etirazı  yoxdursa,  istənilən  ölkənin  kommersiya 
bankları,  kooperativ  birlikləri  və  ayrı-ayrı  şəxslərlə  əməliyyatlar  apara  bilər. 
Məqsədi  mərkəzi  bankların  əməkdaşlığına  nail  olmaq,  beynəlxalq  maliyyə 
əməliyyatlarının  həyata  keçirilməsi  üçün  daha  da  münbit  şərait  yaratmaq  və 


25 
 
maraqlı  tərəflərin  razılığı  ilə  beynəlxalq  maliyyə  hesablaşmalarında  etibarlı 
nümayəndə  (vəkil)  kimi  çıxış  etməkdir.  Bank  öz  siyasətini  üzv  dövlətlərin 
siyasətləri ilə uzlaşdırır. BHB Şərqi Avropanın mərkəzi banklarına, keçmiş Sovet 
İttifaqı dövlətlərinə və keçid iqtisadiyyatlı bir sıra Asiya ölkələrinə texniki yardım 
təqdim edir. BHB-da iqtisadi tədqiqatlar da aparılır. 
Quruluşu aşağıdakı kimidir: 
1.Ümumi Konfrans. 
2.Direktorlar Şurası. 
3.Bankın prezidenti. 
4.Administrasiya. 
Ali  orqanı  ildə  bir  dəfə  iyun  ayında  toplanan  aksionerlərin  ümumi 
konfransıdır.  Direktorlar  Şurasının  konkret  təkliflərini  müzakirə  etmək  üçün 
fövqəladə  sessiyalara  toplana  bilər.  Səsvermədə  ancaq  mərkəzi  bankların 
nümayəndələri  iştirak  edə  bilər.  Səslər  səhmlərə  uyğun  olaraq  paylanır.  Lakin 
səsvermə  zamanı  onda  olan  səhmlərin  miqdarı  deyil,  banka  üzv  olarkən  sahib 
olduğu miqdara əsaslanır. Banka idarəçilyi Direktorlar Şurası həyata keçirir, cari 
işlərlə məşğul olur. Razılaşma və müqavilələrin bağlanmasında  Bankın adından 
çıxış etmək hüququ yalnız ona məxsusdur. İldə 10 dəfədən az olmamaq şərti ilə 
iclaslar  keçirir.  Direktorlar  Şurasının  üzvləri  mərkəzi  bankların  rəhbərlərini 
çıxmaqla,  hökumətdə  və  ya  qanunverici  orqanda  çalışanlardan  və  dövlət 
qulluqçularından  təyin  oluna  bilməzlər.      Direktorlar  Şurasının      sədri,  onun 
müavini,  Administrasiyanın  heyəti  və  BHB-nın  prezidenti  Şuranın  üzvləri 
tərəfindən  öz  aralarından  3  illiyə  seçilir.  BHB-nın  prezidenti  Direktorlar  Şurası 
tərəfindən  qəbul  edilən  qərarların  həyata  keçirilməsinə  nəzarət  edir.  Onun 
Direktorlar Şurasının iclaslarında iştirak və çıxış etmək, öz təkliflərini bildirmək 
hüququ var. BHB 3 hissədən ibarətdir: 
1.Bank (Əməliyyat ) idarəsi ; 
2.İqtisadi –valyuta idarəsi; 
3.Katiblik. 


26 
 
HB  BVF  və  Dünya  Bankı  Qrupu  ilə  sıx  əməkdaşlıq  edir.  BVF-nun 
Müvəqqəti  komitəsində  administrativ  posta  malikdir.  BHB-nın  hazırladığı 
məsləhətlər  bəzən  digər  təşkilatların  hazırladıqları  təkliflərdən  daha  etibarlı 
sayılır.  Aksioner  kapitalın  84%-nə  mərkəzi  banklar,  qalan  16%-nə  isə  özəl 
səhmdarlar sahibdir. Ümumi iclaslar zamanı özəl aksionerlər səsvermə hüququna 
malik deyillər.  
1992-ci  ildə  Maastrix  müqaviləsinin  imzalanmasıyla  Avropa  yeni  dövrə 
qədəm  qoydu.Vahid  Avropa  valyutası,  bazarı,  iqtisadi  birlik  gerçəkləşməyə 
başladı.  “Avropa  Cəmiyyəti”nin  əsas  məqsədi  üzv  ölkələrin  iqtisadi  inkişafını 
tənzimləmək;  əmtəənin,  kapitalın,  xidmətlərin  və  əmək  resurslarının  hərəkətinin 
qarşısını alan bütün daxili problemlərin ləğvi; ümumi bazarın, valyuta və iqtisadi 
ittifaqın  yaradılması;  xarici  ticarətdə  vahid  tariflərin  müəyyən  edilməsi; 
qanunların  uyğunlaşdırılması;  vahid  anti-inhisar  siyasəti  aparmaq;  energetika, 
turizm,  nəqliyyat,  kənd  təsərrüfatı,  balıqçılıq,  ətraf  mühitin  qorunması  və  s. 
sahələrdə  vahid  siyasətin  aparılması;  vahid  valyutanın  yaradılması;  sosial 
müdafiə,  məşğulluq  sağlamlıqla  bağlı  ümumi  siyasətin  formalaşdırılması; 
istehsalçılar  və  istehlakçıların  hüquqi  müdafiəsinin  təmin  edilməsi.  Cəmiyyət 
çərçivəsində  dövlət  və  hökumət  başçıları  ildə  3  dəfə  görüşürlər.  Nazirlər 
Şurasının ildə 60-dan çox sesiyası keçirilir.  
Aİ  haqda  müqavilə  Avropa  Valyuta  İttifaqının  yaradılmasını  nəzərdə 
tuturdu. Bu ittifaqın yaranması 3 mərhələ keçib.
18 
1. Birinci mərhələ 1990-cı ilin 1 iyulundan 1993-cü ilin 31 dekabrına qədər 
çəkib.  Bu  mərhələdə  kapital  bazarlarının  liberallaşmasına,  mərkəzi  banklar 
arasında  əməkdaşlığın  və  koordinasiyasının  artırılmasına,  valyuta  kursu  və 
qiymətlərdə  stabilliyə,  üzv  dövlətlərin  iqtisadi  siyasətinin  uyğunlaşdırılmasına 
nail olundu. 
2.  İkinci  mərhələ  1993-cü  ilin  1  yanvarından  1999-cu  ilin  əvvəlinədək 
çəkdi.Vahid  Avropa  valyutasının  qəbulu  üçün  dövlət  borcu,  büdcə  defisiti, 
                                                           
18
 Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 240-242. 


27 
 
infilyasiya  və  s.  ilə  bağlı  müəyyən  şərtlər  irəli  sürüldü.  Bu  şərtlərə  Aİ-nin  15 
üzvündən  yalnız  11-i  cavab  verirdi  və  onlar  da  Avropa  Valyuta  İttifaqının  üzvü 
olmağa  və  avrodan  istifadə  etmək  hüququ  qazandılar.  Böyük  Britaniya, 
Danimarka,  İsveç,  Yunananıstan  Avropa  Valyuta  İttifaqına  daxil  olmadılar. 
Yunanıstan  bir  neçə  mühüm  şərtlərə  cavab  vermirdi.  İsveç  isə  öz 
qanunvericiliyini  dəyişməmişdi  və  milli  valyutanın  stabilliyini  təmin  etməmişdi. 
İngiltərə və Danimarka isə özləri bu ittifaqa daxil olmaq istəmədilər. 
3. Üçüncü mərhələ 1999-cu ilin yanvarından etibarən başlayıb. Avro rəsmi 
Avropa valyutası statusunu aldı, EKÜ isə öz fəaliyyətini dayandırdı. 
1958-ci  il  Roma  Müqaviləsinə  əsasən  Avropa  İnvestisiya  bankı  yaradıldı. 
Nizamnaməsi  Aİ  yaradılması  haqda  müqavilənin  tərkib  hissəsi  olsa  da,  AİB 
maliyyə  cəhətdən  avtonom,  hüquqi  cəhətdən  isə  müstəqil  təşkilatdır.  AİB  gəlir 
məqsədilə yaradılmayıb. 
Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  1990-cı  ildə  dövlətlərarası 
razılaşma  əsasında  yaradılıb.  Avropa  dövlətləri,  Avropada  yerləşməyən,  lakin 
BVF-nun  üzvü  olan  dövlətlər,  Avropa  cəmiyyəti  və  Avropa  İnvestisiya  Bankı 
AYİB-nin  üzvü  ola  bilərlər.  1991-ci  ildə  fəaliyyətə  başlayıb.  Əsasını  40  ölkə 
qoyub, hazırda 57 üzvü var. Müqavilədə bankın BVF və DB ilə sıx əməkdaşlığı 
nəzərdə tutulur 
AYİB-nın əsas məqsədləri aşağıdakılardır: 
1.İqtisadi islahatlar aparan dövlətlərə yardım 
2. Özəl sektorun inkişafına dəstək vermək 
3.Maliyyə qurumları və hüquqi sistemin gücləndirilməsi 
4.Özəl sektorun inkişafı üçün lazım olan infrastrukturun yaradılması. 
Asiya  İnkişaf  Bankı  1966-cı  ildə  BMT-nin  Asiya  və  Uzaq  Şərq  ölkələri 
üçün  İqtisadi  Komissiyasında  aparılan  danışıqlar  nəticəsində  yaradılıb.  Bankın 
qərargahı  Manilada  (  Filippində  )  yerləşir.  AİB  regional  maliyyə  təşkilatıdır  və 
Asiya-Sakit  okean  regionunda  uzunmüddətli  layihələri  maliyyələşdirir.  Hal-
hazırda bankın 67 üzvü var. Onlardan 48 ölkə regionun özündən, 19 ölkə isə digər 


28 
 
qitələrdəndir.  Bankdakı  pay  uyğun  olaraq,  inkişaf  etmiş  ölkələrə  60%,  inkişaf 
etməkdə  olan  ölkələrə  isə  40%-dir.  Ən  çox  səsə  sahib  olanlar  ABŞ  və 
Yaponiyadır. Region ölkələrinin ödədiyi haqq onların ÜDM-nun həcminə, ixracın 
həcminə, əhalinin sayına və s.-yə əsaslanır. 
AİB-nın başlıca hədəfləri: 
1.Yoxsulluğa qarşı mübarizə aparılması 
2.İqtisadi inkişafa yardım edilməsi 
3.Qadınların vəziyyətinin yaxşılaşdırılması 
4.Əmək  qüvvəsinin  inkişafı,  o  cümlədən  əhalinin  planlaşdırılması  üçün 
məsləhətlərin hazırlanması 
5.Təbii ehtiyatlaran istifadə zamanı ətraf mühitin qorunması.
19
 
Adi  resurslardan    verilən  kreditlər  10  ildən  30  ilədək  verilir.  Xüsusi 
fonddan  verilən  kreditlər  isə  40  illiyə  verilir.  Bankın  tərkibinə  Asiya  inkişaf 
fondu, Xüsusi texniki kömək fondu, Xüsusi  yapon fondu daxildir. Asiya İnkişaf 
Bankı  BMT-nin  qurumları,  xüsusilə  də  DB  və  BVF  ilə,  Aİ  ilə  sıx  əməkdaşlıq 
edir. Bankın fəaliyyəti faktiki olaraq inkişaf etmiş ölkələr tərəfindən idarə olunur. 
AİB-nın  siyasətinin  müəyyən  edilməsində  mühüm  rol  Yaponiya  və  ABŞ-ındır. 
Bankdan ən çox borc alan ölkə Çindir. 
Afrika İnkişaf Bankı Afrikanın ilk beynəlxalq maliyyə təşkilatıdır. 1962-ci 
ildə  BMT-nin  Afrika  üzrə  iqtisadi  komissiyasının  sessiyasında  32  Afrika 
dövlətinin  nümayəndələri  bu  barədə  razılığa  gəldilər.  1963-cü  ildə  imzalanan 
Afrika İnkişaf Bankının yaradılması haqda razılığın imzalanması ilə formalaşdı. 
Saziş  1964-cü  ilin  10  sentyabrında  qüvvəyə  minib,  1965-ci  ilin  1  iyulundan  isə 
Bank  fəaliyyətə  başlayıb.  1982-ci  ildə  Bankın  əsasnaməsini  təşkil  edən  sazişdə 
bir sıra dəyişikliklər edildi. Bankın Afrikan xarakterini saxlamaq üçün müəyyən 
prinsiplərin  qəbul  edilməsi  şərti  ilə  Banka  qeyri-Afrika  dövlətlərinin  daxil 
olmasına  da  icazə  verilirdi.
20
 77  üzvü  var.  Bankın  üzvləri  eyni  zamanda  Afrika 
İnkişaf Fondunun da üzvləri olmalıdırlar. 
                                                           
19
 “International Financial Institutions” Age F. Bakker 
20
 
Х. А. Шреплер « Международные економические организации». Стр.: 438
 


29 
 
Bankın ali orqanı Müdirlər Şurasıdır. Bura dövlətlərin maliyyə və iqtisadi 
nazirləri üzv ola bilərlər. Hər bir üzv dövlət bir müdir və onun muavini ilə təmsil 
olunur.  Onların  kim  olmağını  və  səlahiyyət  müddətini  hər  bir  ölkə  özü 
müəyyənləşdirir. Müdirlər Şurasında qərarlar adətən müzakirə və konsensus yolu 
ilə  qəbul  olunur.  Heç  bir  dövlətin  veto  hüququ  yoxdur.  Şura  ildə  cəmi  bir  dəfə 
toplanır.  Yeni  üzvlərin  qəbulu  ,  kapitalın  artırılması,  prezidentin  və  Direktorlar 
Şurasının  üzvlərini  seçmək  hüququ  yalnız  Müdirlər  Şurasına  məxsusdur. 
Direktorlar  Şurası  18  üzvdən  ibarətdir.  Direktorlar  Müdirlər  Şurası  tərəfindən 
seçilir.  12  üzv  regional  üzvlərdən,  qalan  6-sı  isə  qeyri-regional  üzvlərdən 
aksiyaların proporsional miqdarına  əsasən seçilir. Direktorlar 3 ilə seçilir, təkrar 
seçilmə  mümkündür.  Direktor  özünə  muavini  özünə  muavini  digər  ölkənin 
vətəndaşı  seçir.  İclasları  işin  tələbatından  asılı  olaraq  keçirirlər.  Direktorlar 
Şurasının  tərkibində  4  komitə  fəaliyyət  göstərir:  administrativ  məsələlərlə  bağlı 
komitə,  yoxlama  komitəsi,  bank  əməliyyatları  üzrə  komitə  maliyyə-büdcə 
komitəsi.  Rəhbərliyə  Direktorlar  Şurasının  məsləhəti  ilə  Müdirlər  Şurası 
tərəfindən seçilən prezident rəhbərlik edir. Onun səlahiyyət müddəti 5 ildir, təkrar 
seçilmək  hüququna  malikdir.  O,  mütləq  regional  üzv  nümayəndəsi  olmalıdır. 
Direktorlar  Şurasının  rəhbərliyi  altında  Bankın  cari  fəaliyyəti  ilə  məşğul  olur. 
Rəhbərliyin tərkibinə həmçinin şöbələri idarə edən 5 vitse-prezident daxildir: baş 
əməliyyatlar  şöbəsi  ;  Şimal  regionunda  (  Şimali  və  Qərbi  Afrika  )  əməliyyatlar 
Şöbəsi;  maliyyə  şöbəsi  ;  ümumi  xidmət  və  administrativ  şöbə  ;  xarici  əlaqələr 
şöbəsi. 
Bankın  məqsədi  sənaye  inkişafının  sürətləndirilməsi  və  dünya  bazarında 
mövcud  konyukturadan  asılılığının  azaldılmasıdır.  AİB-nın  əsas  səhmdarları 
Misir, Əlcəzair, Nigeriya və Mərakeşdir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin