3
nəzəri tədqiqat üçün elmi baza kimi istifadə oluna bilər. Beynəlxalq maliyyə
qurumlarının layihələrinin dəyərliliyi ondan ibarətdir ki, onlar nəinki əlavə
maliyyə resursları əldə etməyə, hətta sosial və iqtisadi inkişaf məsələləri ilə
məşğul olan iri beynəlxalq təşkilatların təcrübə və məlumatlarından yararlanmağa
imkan yaradır.
Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi siyasətə tətbiq etsək, TMK-
lar fəal iştirakçı ( həm individual və ya kollektiv) kimi öz sərəncamında olan
aktiv və potensial resurslardan və onlardan daha effektiv istifadə imkanları
hesabına öz şəxsi maraqlarından çıxış edərək beynəlxalq münasibətlər sisteminə
həlledici və uzun müddətli təsiretmə strategiyasını həyata keçirir və qərar qəbul
edir. Bu aktorların o zaman beynəlxalq kateqoriya əldə etməsindən danışmaq olar
ki, söhbət bir dövlətin çərçivələrini öz fəaliyyəti ilə aşan, qəbul edilmiş idealları
(maraqları) təmsil edən mükəmməl şəkildə təşkilatlanmağa meyl edən
strukturlaşmış ictimaiyyətdən söhbət getsin.
Dostları ilə paylaş: