Dissertasiya işinin birinci fəsli “Beynəlxalq maliyyə qurumlarının
təsnifatı və onların beynəlxalq əməkdaşlıqda rolu” adlanır. Burada beynəlxalq
maliyyə qurumlarının yaranma tarixi, strukturu, məqsədi və vəzifələri, əsas
fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Dünya Bankı (DB)
rəsmi olaraq BMT-nin Monetar və Maliyyə Konfransı (01-22 iyul, 1944)
nəticəsində
qəbul
edilən
Bretton-Vuds
Sazişinin beynəlxalq arenada
ratifikasiyasından sonra yaradılmışdır. DB-nin fəaliyyətinin əsas məqsədi
dünyada
yoxsulluq
səviyyəsini
azaltmaq, insanların həyat şəraitini
yaxşılaşdırmaq, üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardım etmək, xarici
maliyyə qaynaqlarından daxil olan investisiya vəsaitləri ilə təmin etmək, ölkələrin
xarici dövlət borcu mexanizmini normal hala gətirmək və beynəlxalq iqtisadi
tarazlığı təmin etmək, yerli şirkətlərin maliyyə vəsaitlərinə yaranan ehtiyaclarını
aradan qaldırmaq və s.dən ibarət olmuşdur. Beynəlxalq maliyyə qurumları
dünyanın zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə qrant və güzəştli
kreditlər təqdim edir.