Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
IX  FƏSİL 

EKOLOJİ SAHİBKARLIQ 
9.1.  Ekoloji sahibkarlığın mahiyyəti, 
formaları və ekoloji biznesin 
səmərəliliyi 
Bazar  iqtisadiyyatında  sahibkarlıq  aparıcı  mövqeyə 
malikdir.  Sahibkarlıq  yalnız  ictimaiyyətin  yeniləşməsində  əsas 
həlledici rol oynamamalıdır, o, həm də ekoloji problemlərin həllinə 
kömək  etməlidir.  Sahibkarhq-bu  insan  fəallığının  və  fəaliyyətinin 
potensialıdır. Həmin potensial cəhd etməyə və adamlann marağına 
əsaslanmalıdır. 
Sahibkarlıq üçün ən vacib cəhət qərar qəbuletmə azadlığı 
və əldə ediləcək nəticələrə görə tam iqtisadi məsuliyyət daşımaqdır. 
Sahibkarlıq üçün istehsalın təşkili çox səciyyəvidir və xidmətlərin 
göstərilməsində öz qorxu və riskinə arxalanmaqdır. Burada təşkilatı 
və idarəetmə (menecment) sənətinə sahib olmaq zəruridir. 
Sahibkarlıqda müvəffəqiyyət (uğur) o kəsə mənsub olur 
ki,  o şəxs cəmiyyətin tələblərinə daha tez reaksiya  verir. Belə bir 
vəzifənin öhdəsindən kiçik və orta biznesin müəssisələri daha yaxşı 
gələ bilir. Lakin müəssisə fəaliyyət miqyasını və ölçüsünü hər bir 
konkret 
hal 
üçün 
sahibkar 
nəticələri 
müqayisəli 
ekoloji-sosial-iqtisadi  qiymətləndirdikdən  və  prioritetlərin  (üstün 
istiqamətlərin),  məhdudiyyətlərin  və  meyarlann  səmərəsini 
(effektini) müəyyən etdikdən sonra hərəkət etməlidir. Özü də nəzərə 
almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane etməyən biznesi, 
özü də gəliri olmayan biznesi qəbul etmir. 
Azərbaycanda, MDB və başqa xarici ölkələrin təcrübəsini 
öyrənmək  lazımdır.  Ekobiznesin  əsas  prinsipləri  1990-cı  ildə 
Beynəlxalq  ticarət  palatası  tərəfindən  «Sabit  inkişaf  naminə 
sahibkarlıq fəaliyyəti xartiyasında»  hazırlanmış  sənəddə öz əksini 
tapmışdır. 
140 


Bu  gün  daha  geniş  etiraf  edilir  ki,  ətraf  mühitin 
mühafizəsi  biznes  sahəsində  hər  bir  fəaliyyətin  ən  yüksək  üstün 
vəzifələrindən  biri  olmalıdır.  Xartiyada  16  prinsip  irəli 
sürülmüşdür. Məqsəd ondan ibarətdir ki, nə qədər mümkündürsə ən 
çox  müəssisə  öz  üzərinə  təbiəti  mühafizə  sahəsində  daha  yüksək 
öhdəliklər götürsünlər. Onlardan ən vacibləri aşağıdakılardır: 
-  müəssisə üçün üstün olan ekoloji təhlükəsizlik; 
-  inteqrasiya etmiş menecment; 
-  təkmilləşmə prosesi; 
-  heyətin təhsilinin artırılması və ətraf mühitin 
mühafizəsində kütləvilik; 
-  ilkin qiymətləndirmələr; 
-  məhsullar və xidmət; 
-  istehlakçılara məsləhətlər və s. 
Qeyd  edilməlidir  ki,  xartiya-arzudur.  Daha  konkret 
prinsiplər 1989-cu ildə qeyri-kommmersiya təşkilatı olan SE- RES 
(təbiətə  qarşı  məsuliyyətli  iqtisadiyyat  komissiyası)  tərəfindən 
hazırlanmışdır.  1996-cı  ilə  qədər  koalisiyanın  prinsiplərini  yerinə 
yetirmək üçün 81 kompaniya öz üzərlərinə öhdəlik götürmüşdülər. 
SERES  çərçivəsində  əməkdaşhğm  əsas  vəzifəsi  dəyişən 
texnologiyaların 
ətraf 
mühitin 
xüsusiyyətlərinə 
uyğun- 
laşdınlmasıdır.  İqtisadiyyatın  təbiətə  qarşı  məsul  münasibətinin 
həyata  keçirilməsini  aşağıdakı  tələblər  vasitəsilə  realizə  etmək 
nəzərdə tutulur: 
1)  Biosferin qorunması (mühafizəsi); 
2)  Təbii ehtiyatların qorunub saxlanmasmı dəstəkləmək; 
3)  Tükənən ehtiyatlan xüsusi mühafizə etmək; 
4)  Enerjinin qənaətlə işlənməsi; 
5)  Riskin azaldılması; 
6)  Təhlükəsiz məhsul və xidmət; 
7)  Ətraf mühitin bərpası; 
8)  İctimaiyyətə informasiya verilməsi; 
9)  Rəhbərliyin öhdəlikləri; 
10)  Auditlər və məruzələr. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin