Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#40897
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
8.3.  Ekoloji lizinq 
Ekoloji  və  digər  fondların  hesabına  ekoloji  lizinq 
(müəssisələr  tərəfindən  ekoloji  avadanlığın  icarəyə  götürülməsi) 
inkişaf edə bilər. Ekoloji lizinq öz mahiyyətinə görə uzunmüddətli 
kreditləşdirmədir,  belə  ki,  müəyyən  müddətdə  geri  qaytarmaq 
prinsipinə  əsaslanır.  Eyni  zamanda  ekoloji  lizinq  həm  də 
maliyyələşdirmə  (investisiya)  formasıdır.  Lizinqdə  eyni  zamanda 
həm  avadanlığın  ahnması,  həm  də  maliyyələşdirmə  məsələsi  həll 
olunur,  çünki  icarədar  avadanlığın  dəyərinin  birdəfəlik 
ödənməsindən  azad  olur  və  bununla  da  firmanın  investisiya 
imkanları artır. 
Ekoloji fondlardan başqa əmlak mülkiyyətçisi ola biləcək 
sahələr: 
-  banklar və onların filialları; 
-  xüsusi maliyyə lizinq kompaniyası; 
-  istənilən firma. 
Lizinqdə  əsas  kapital  icarəyə  uzun  müddətə  verilir. 
Mülkiyyət hüququnda (funksiyasında) bölünmə gedir: mülkiyyətçi 
bir şəxsdir, istifadə edən isə başqa şəxsdir. İcarə müddəti 1 ildən 20 
ilə  qədər  ola  bilər.  Bir  illik  sövdələşmə  reytinq,  orta  müddətli 
sövdələşmə isə xayrinq adlanır. 
135 


Klassik  lizinqdə  iştirakçılann  tərkibi  iki  şəxsdən  ibarət 
olur (lizinq verən və lizinq alan). Bu halda avadanhq verən və lizinq 
satan  bir  hüquqi  şəxs  kimi  iştirak  edirlər.  Lizinq  üç  tərəfli 
münasibətlərdə də ola bilər. Gələcək lizinq alan, müəyyən əmlak 
növünə  ehtiyacı  olan  aydın  bilir  ki,  ona  hansı  növ  avadanhq 
lazımdır.  Onun  əgər  şəxsi  vəsaiti  yoxdursa,  istiqraz  vəsaitlərinə 
yolu  yoxdursa,  əmlak  ala  bilmirsə,  o,  gələcək  lizinq  verənə 
müraciət  edir  ki,  sövdələşmədə  iştirak  etmək  üçün  kömək  etsin. 
Lizinq  verən  gələcək  istifadəçidən  alqı-satqı  müqaviləsinin  hazır 
layihəsini  alır  və  yalnız  o  zaman  imzalayır  ki,  lizinq  müqaviləsi 
bağlanmış olsun. Lizinq verən avadanlığın mülkiyyətçisi olur, lakin 
onun  rolu  avadanlıq  almaq  və  verməklə  məhdudlaşır.  İqtisadi 
şəraitdən  asılı  olaraq  sövdələşmə  iştirakçılarının  sayı  arta  və  ya 
azala  bilər.  Sövdələşmədə  broker  lizinq  firmaları  da,  vasitəçi 
rolunda iştirak edə bilərlər. 
Amortizasiya  şərtlərindən  və  özünüdoğrultma  (alma) 
dərəcəsindən asılı olaraq iki növ lizinq qeyd edilir: 
- operativ (əməli 3,5 il), icarə dövründə avadanlığın natamam 
amortizasiyasım  nəzərə  alan  növ.  İcarənin  vaxtı 
qurtarandan  sonra  avadanlıq  yenidən  lizinq  obyekti  ola 
bilər və ya mülkiyyətçiyə qaytarılır; 
- maliyyə (5, 10, 20 il) lizinqi, avadanhğm amortizasiyası ya 
tam, ya da əksərən başa çatmış olur. 
Öz növbəsində maliyyə lizinqi üç formada ola bilər: 
1)  Lizinq  «standart»-avadanhq  hazırlayan  onu  maliyyə 
kompaniyasına  satır,  həmin  kompaniya  öz  lizinq  firması 
vasitəsi ilə avadanhğı icarəyə verir
2)  Lizinq  «liz-bek»  -avadanlığın  sahibi  (mülkiyyətçisi)  onu 
lizinq  firmasına  satır  və  eyni  zamanda  əgər  mülkiyyətçi 
maliyyə çətinliyi hiss edirsə, onu təzədən icarəyə götürür
3)  Lizinq  «satıcı»  -  avadanlığı  satan  (verən)  icarədar  olur, 
lakin icarəyə götürülmüş avadanlıq subicarəyə, o cümlədən 
xarici ölkəyə də verilir. 
136 


Lizinqin  təsnifatı  başqa  meyarlara  əsasən  də  ola  bilər. 
Xidmət həcminə görə təmiz lizinq, xidmətlərin tam seçimi ilə lizinq 
(«həm  lizinq»)  və  xidmətlərin  qismən  seçimi  ilə  lizinq  növləri 
mövcuddur. Birinci halda verilən əmlakın bütün xidmətlərini lizinq 
alan öz üzərinə götürür. «Həm lizinq» də xidmətlər tamamilə lizinq 
verənin  üzərinə  qoyulur.  Eyni  zamanda  daxili  və  xarici  lizinq  də 
aymrlar.  Xarici  lizinq  ola  bilər:  a)  ixrac  və  b)  idxal.  İxracat 
lizinqində lizinq alan xarici ölkə olur, idxal lizinqdə isə-lizinq verən 
olur. 
Kontraktın  müddəti  qurtaranda  icarədar  aşağıdakıları 
həyata keçirə bilər: 
A)  icarə obyektini geri qaytara bilər
B)  icarə müqaviləsini yenidən razılaşma şərtləri əsasında təzədən 
bağlayar, ya da köhnənin vaxtını uzada bilər
V) qalıq qiyməti üzrə satın ala bilər. 
Lizinq prosesində üç mərhələ ayırırlar. Birinci mərhələdə 
müqavilə  bağlamaq  üçün  bütün  hazırlıq  işləri  görülür.  Hər  bir 
sövdənin  bütün  şərtləri  və  xüsusiyyətlərini  ətraflı  öyrənmək 
lazımdır.  Lizinq  alamn  ödəmə  qabiliyyəti,  lizinq  layihəsinin 
effektivliyi  və  s.  öyrənilir.  İkinci  mərhələdə  lizinq  sövdələşməsi 
bağlanır.  Lizinq  obyektinin  alqı-satqı  müqaviləsi  sənədləşdirilir: 
lizinq  obyektinin  istismar  qəbul  aktı;  lizinq  razılaşması,  li-  zinqə 
verilən avadanlığına texniki xidmətin müqaviləsi, lizinq obyektinin 
sığorta müqaviləsi və s. Üçüncü mərhələ- lizinq obyektinin istifadə 
mərhələsidir. Bu mərhələdə lizinq əməliyyatı mühasibatı uçotu və 
hesabatı əsasında aparıhr, lizinq verənə lizinq ödəmələrinin ödənişi 
həyata keçirilir, lizinq müqaviləsi başa çatdıqdan sonra avadanlığın 
gələcəkdə istifadəsi barədə münasibətlər sənədləşdirilir. 
Ekoloji  lizinq  kompleks  əmlak  münasibətlərindən 
ibarətdir.  Bu  münasibətlərdə  təbiəti  mühafizə  avadanlıqları 
müvəqqəti  istifadəyə  verilir.  Bu  kompleks  əsas  lizinq 
müqaviləsindən başqa, köməkçi rol oynayan digər müqavilələri də 
(al-  qı-satqı,  istiqraz  və  s.)  özündə  birləşdirir.  Həmin  köməkçi 
müqavilələr olmasa, lizinq münasibətləri təkmil olmazdı. Mə 
137 


sələn,  alqı-satqı  müqaviləsi  yalnız  avadanlığın  lizinqə  verilməsinə 
kömək  etmir,  eyni  zamanda  həm  də  lizinq  münasibətlərini 
tamamlayır  (yəni  istifadəçi  müddət  qurtardıqdan  sonra  həmin 
avadanlığı yerli-köklü ala da bilər). 
Lizinq 
təbiəti 
mühafizə 
avadanhğımn 
ənənəvi 
maliyyələşdirilmə  mənbəi  üçün  əlavə  amil  kimi  özünü  göstərir. 
Özünün  iqtisadi  mahiyyətinə  görə  lizinq  uzunmüddətli  kredit- 
ləşdirməyə daha uyğundur. Ekoloji lizinqin üstünlüyü bir də ondadır 
ki,  lizinq  ödəmələrinin  qaydalan  hər  iki  tərəfin  razılığı  ilə  (lizinq 
satan, lizinq alan) onların maraqlanna uyğun olaraq ödəmələr həyata 
keçirilə bilər: həm məbləğ, həm də vaxt baxımından. Bundan başqa 
lizinq üçün müxtəlif növ ödəmə forması tətbiq etmək olar. Ödəmələr 
məhsulun  satışından  əldə  edilmiş  pul  (gəlir)  hesabına,  yaxud  hər 
hansı bir əmtəə (mal) kimi, hətta qarşıhqlı xidmət kimi də ödənilə 
bilər. 
Müsbət  tərəfləri  ilə  yanaşı  ekoloji  lizinqin  müəyyən 
çatışmazlıqları  da  vardır.  Bu  ilk  növbədə  lizinq  alan  üçün 
avadanlığın baha olmasıdır. Çünki, lizinq alan həmin avadanlığı öz 
nəğd vəsaitinə və ya istiqraz hesabına daha ucuz ala bilər. Ona görə 
də, lizinq sövdələşməsini bağlamazdan əvvəl hərtərəfli təhlil etmək 
lazımdır və onun müəssisənin maliyyə vəziyyətinə təsirini vaxtında 
qiymətləndirmək vacibdir.  Lizinq  biznesi  həddindən artıq risklidir 
və cəsarət tələb edir. Bu məsələ hüquqi təminatsızlıq şəraitində daha 
da çətinliklər yaradır. Lizinq verən üçün operativ lizinq zamam daha 
yüksəkdir, çünki bir ildən sonra avadanlığı icarəyə götürən olmazsa, 
bu onun üçün ağır maliyyə yükü ola bilər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin