Oksigenin dövran.
Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses
olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndirir.Oksigenin dövranının
ə
sas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin
ə
mələ
gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi,
üzvi qalıqların və qeyri-üzvi maddələrin (məs. yanacağın yandırılması)
oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bunlar
karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların
fotosintetik çevrilmələrin yeni tsiklinə cəlb edilməsinə səbəb olur.
İ
l ərzində sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15%
tənəffüs
prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin
yaşıl bitki örtüyünün illik oksigen məhsulunun miqdarı 300x109 ton təşkil edir.
Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən bitki örtüyü
tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən
ayrılır, sərbəst oksigen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll
olunmuş vəziyyətdə mövcuddur.
Karbonun dövranı
. Karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri
sayılır. Bu aşağıdakılarla bağlıdır:
1.
Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir;
2.
Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları
yalnız karbonun deyil, həmçinin oksigenin və bir çox digər elementlərin
qlobal yayılmasına və balansına səbəb olur;
3.
Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin
müxtəlifliyini təmin edir;
4.
tərkibində karbon olan qazlar – karbon qazı və metan – antropogen
istixana effektində müəyyən rol oynayır.
Karbonun əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə
yerləşir. Onlar arasında intensivliyi ildə on milyard tonlarla aktiv karbon
mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, bu
qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən –
bütün canlı orqanizm kompleksinin (biotanın) tənəffüsü nəticəsində daxil olur.
Biosferdə mühüm proseslər – qeyri-üzvi maddələrdən günəş enerjisinin iştirakı
ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın (biosenozun) aerob və
anaerob
www.behruzmelikov.com
proseslərin fəaliyyəti və üzvi maddələrin destruksiyasından üzvi maddələrin sərf
olunması prosesləri gedir.
Biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya
okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun
ə
ksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə örtülür
və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük
tsiklində qalır. Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı
prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir.
Azotun dövranı
.Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu
element bütün zülal birləşmələrin vacib komponentidir.
Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə
kimyəvi cəhətdən az aktiv qaz şəklində atmosferin
79% -ni təşkil edir.
Azotun ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına
baxmayaraq, bu aktiv element geosferlər arasında tez mübadilə edir. Azot
tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və
torpağa müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir.
Azot birləşmələrinin dövranında azot toplayan, nitrifikatorlar,
denitrifikatorlar mikroorqanizmləri olduqca böyük rol oynayır. Yerdə qalan
orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu
assimilyasiya
etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif
torpaq bakteriyaları da azot toplayır.
Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan
çirklənmiş göllərdə baş verir. Atmosferdə və biosferin çöküntü qabığında olan
külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okeanın canlı
orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak
edir. Azotun mübadilə fondu kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin
azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, yuvenil
(vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot.
Kükürdün dövranı
.Kükürd zülalların vacib komponenti olduğu üçün
bioloji proseslərdə mühüm rol oynayır. Torpaqda və çöküntülərdə kükürdün
ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi
mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın
nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid
qarışır.
Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin
asidifikasiyası, stratosfer və troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi
kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir.
Fosforun dövranı
. Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol
oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sayılır. Fosforun əsas
www.behruzmelikov.com
rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində
gətirmələrin çöküntüləridir.
Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona
atmosferdə rast gəlinmir. Litosferdə fosforun əksər hissəsi kristal süxurlar olub
apatitlərin tərkibində olur (95%) .
Fosfor çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada
toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru ekosistemlərinin (o
cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar
onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor
gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor
axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyasının
güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln.
tona yaxındır. Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Fosforun
dövranı «Quru-Dünya okeanı» sistemində gedir.
Ozon qatı
yer kürəsinin mövcudluğunda də əvəzolunmaz rol oynayır.
Ozon sözü yunancadan tərcümədə “kəskin iy” mənasını verir. Bu sözü ilk dəfə
1839-cu ildə K.F.Şonbeyn tərəfindən işlədilmişdir. 1850-ci ildən sonra ozon
qatının atmosferin tərkib hissəsi olduğu sübut olundu və 1881-ci ildən
başlıyaraq, ozon təbəqəsi troposferdən və strotosferdən ayrı tətqiq olunmağa
başlandı.
Ozon təbəqəsi yer kürəsini əsasən günəşin yüksək temperaturundan və
ultrabənövşəyi şüalarından qoruyur.
Biosferdə maddələrin dövretməsi və
ekoloji təhlükəsizlik
Dostları ilə paylaş: |