XAQANİ ŞİRVANİ
Töhfətül-Iraqeyn
(İKİ İRAQIN TÖHFƏSİ)
BAŞLANĞIC
Bu qara torpaqla mavi asiman,
Qoymuşdur dünyada bizləri heyran.
Bu fələk, bu torpaq nə qədər ki var,
Ömür kisəmizi boşaldacaqlar.
Qəribə deyilmi, səma dövr edir,
Lakin sabit durur məhvərində yer.
Bu iki sehribaz hər axşam-səhər,
Gah qara, gah da ağ dona bürünər.
Sarsılır varlığın, indi, təməli,
Açır qapıları bir heçlik əli.
Dörd hambal belindən atır yükünü,
Nə ili görək biz, nə ayı, günü. Göy atı
tərk edir göyün tağını, Həm tökür
nalını, həm dırnağını. Pələng dərisi
tək göy xal-xal olur, Bir boşluq içində
hər şey udulur. Vaxtdır, öz
dövründən qalsın fələklər, Rəqs etsin
yerdəki xətlər, büküklər. Haman bu
qozbelin, vaxtdır ki, birdən Boz
dovşan, ağ siçan düşsün belindən.
Dişilər qalsınlar bala doğmaqdan,
Qarınlar duvağa dönsünlər bir an. Ala
gözlərinə yenə dünyanın, İt dirsəyi
kimi bir yara çıxsın. Çünki insanlarda,
qalmamış, əlbət, Nə dostluq, nə vəfa,
nə də ünsiyyət. Dünyada qalmamış
etibar, bəli, Gözə görünməyir bir insaf
əhli. Qanun-qayda itib, bax, bir
dəfəlik, Nə bir dinclik qalmış, nə
asudəlik. İndi, din göyündə dəccallar
çoxdur, Heyif ki, xilaskar bir Mehdi
yoxdur. Bu dünyanın əli piyaləmizə,
Süzüb hər zəhərdən içirdi bizə.
Göy, sitəm şərbəti hazırlayaraq,
Onu ariflərə içirdi ancaq.
Axmaqlar gözündə dünya, heç zaman,
Seçilməz bir uşaq oyuncağından. Qəza
taxtasında bu əqlikəmlər Əli a
öyrənir hər axşam-səhər. Bu Xaqani
isə, bir sirri qanıb,
Torpağın üstündə möhkəm dayanıb,
Üz tutub hörmətlə deyir bir kərə,
Onu ehtiramla dinləyənlərə.
GÜNƏŞƏ XİTAB
Oruc ağızlara ey möhür vuran, Ey
verən bahara gözəllik və can. Hər
səma cisminin sənsən məhrəmi, Ey
dünya mülkünə atəş zəmzəmi. Aya
işıq verən sonsuz fələkdə, Sayəndə
dincəlir hər kələbək də, Qorxundan
bu mavi səmada səhər, Gizlənmiş
minlərlə rəna gözəllər. Kainat
içində açaraq qanad,
Narinc tək daima gəzirsən azad.
Bağlıdır hüsnünə hər iki cahan,
Sənsən zəncilərin tükünü buran.
Gecələr qaranlıq, gündüzlərsə nur,
Sənin lütfün ilə bərqərar olur. Sən
qızıl səpirsən öz xəzinən dən,
Dünyaya sən müftə isti verirsən.
Olursan, gah, həyat artıran kovsər,
Gah, şölən bıçaq tək ömürü kəsər.
Sən hər bir qapıya bir baş vurursan,
Hər çör-çöp səninlə olur kamran.
Bu qövsi-qüzəhi rəngləyən sənsən,
Bir saman çöpü də rəng alır səndən.
Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.
Edirsən soltana, yoxsula, hörmət,
Göylərdən artıqdır səndə səxavət.
Aya sən verirsən, müftə nur donu
Alırsan yenə də geriyə onu.
Ya vermə xələti möhtaclara sən,
Ya da verdiyini alma əlindən.
Hər bir tac səninlə edər iftixar,
Otlar da sayəndə boy atıb qalxar.
Neçin yar olursan axmaqlara sən,
Neçin pay verirsən alçaqlara sən?
Torpaqdan sən etdin hər şeyi zahir,
Yaratdın hər yerdə qızıl, cəvahir.
Bəs neçin çoxları kədərə batdı?
İqbalı onları torpağa atdı?