6.3.4. Disklərin məntiqi quruluşu Diskin formatlaşdırılması. İnformasiyanı diskə yazmaq üçün əvvəlcə disk format-
laşdırılmalıdır. Bu isə o deməkdir ki, disk həm fiziki, həm də məntiqi quruluşa malik
olmalıdır. Diskin fiziki strukturlaşdırılması onun üzərində konsentrik cığırlar açmaqdan və
onları cektorlara bölməkdən ibarətdir.
Çevik diskin məntiqi quruluşu. Maqnit diskinin məntiqi quruluşu dedikdə, 512
baytlıq həcmə malik olan nömrələnmiş sektorlar məcmusu nəzərdə tutulur. Sektorlar 0-cı
cığırın 1-ci sektorundan başlayaraq sonuncu cığırın son sektorunadək ardıcıl nömrələnir.
Sektor – çevik diskdə ünvanlaşdırılmış minimal elementdir. Fayl sektorların tam sayına
yazılır. Yəni ən kiçik fayl 1 sektor yer tutursa, ən böyük fayl da diskdəki sektorların sayı
qədər yaddaş zəbt edir. Fayl sektorlara ixtiyari qaydada yazılır. Faylı adına görə tapmaq
üçün diskdə xüsusi kataloq vardır ki, bu da fayllar barədə verilənlər bazası rolunu oynayır.
Fayl haqqındakı yazı faylın adından, faylın yazıldığı birinci sektorun ünvanından,
faylın həcmindən və yaradıldığı tarixdən və vaxtdan ibarətdir. Faylın yerləşdiyi sektorlar
barədə bitkin informasiya FAT 142
deyilən xüsusi cədvəldə əks etdirilir
143
. Bu cədvəldə
faylın yerləşdiyi sektorların nömrələri yazılır. Sonuncu nömrədən sonra faylın sonunu
göstərən işarə yerləşir. Çevik diskdəki verilənlər bazasında və FAT cədvəlində kataloqlar
üçün 2-ci sektordan 33-cü sektoradək yer ayrılır. 1-ci sektor əməliyyat sisteminin
yükləyici yazısı üçündür. Fayllar 34-cü sektordan başlayaraq yerləşdirilir.