İsa Musayev, Mətləb Əlizadə


Veb-in funksiyaları nədən ibarətdir?



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə247/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   266
Informatikanin esaslari aze

Veb-in funksiyaları nədən ibarətdir? 
Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər informasiya servisləri kimi, Veb-in 
arxitekturası  da  ―müştəri  –  server‖  prinsipinə  əsaslanır.  Sistemin  informasiya  resursları 
Veb-serverlərdə  hipermətn  və  ya  hipermediya  formasında  saxlanır.  Veb-serverin  infor-
masiya  resursları  həm  öz  aralarında,  həm  də  digər  serverlərdəki  resurslarla  hiperiqti-
baslarla əlaqələndiklərindən, qlobal informasiya hiperməkanı yaranır. Veb-serverlərdəki 
informasiya  resurslarının  hipermətn  təqdimatı  (veb-səhifələr)  və  multimediya  resursları 
(şəkillər, audio-video verilənlər və s.) HTML dilinə əsaslanır.  
Beləliklə, Veb - bircins olmayan (hipermətn+multimediya) qlobal paylanmış infor-
masiya sistemidir. 
Veb-müştərilərinin  proqram  təminatı  veb-brauzer  adlanır.  Veb-brauzer  istifadəçiyə 
sorğu  vermək  imkanı  yaratmaqla  yanaşı,  həm  də  cavabı  öz  kompüterinin  ekranında 
almağa,  çap  etməyə,  öz  diskində  saxlamağa,  Veb-in  paylanmış  informasiya  resursları 
fəzasında hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.  
Veb-in  instrumental  vasitələri  istifadəçi  ilə  veb-server  arasında  əks-əlaqə  yarat-
maqla, müəyyən proqramların serverdə icrasına nail olmaq imkanı da yaradır. Bu halda 
server  nəticəni  münasib  formaya  salaraq  istifadəçi  kompüterinin  ekranına  çıxarır.  Bu 
prinsip paylanmış VB-yə telekommunikasiya vasitələri ilə müraciət zamanı geniş tətbiq 
edilir.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin