İsa Musayev, Mətləb Əlizadə


 Kompüterin təşkili və fəaliyyəti



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə53/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   266
Informatikanin esaslari aze

 
3.8. Kompüterin təşkili və fəaliyyəti 
Müasir  fərdi  kompüterlərin  arxitekturası  magistral-modul  prinsipinə  əsaslanır. 
Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul 
təşkili  isə  magistral  prinsipə,  yəni  qurğulararası  informasiya  mübadiləsinin  şin  vasitəsi 
ilə ötürülməsinə əsaslanır. 
Arxitektura dedikdə,  kompüteri təşkil edən  qurğular, onların qarşılıqlı əlaqələri  və 
bu  əlaqələrin  qurulması  qaydaları  çoxluğu  nəzərdə  tutulur.  Başqa  sözlə,  arxitektura 
dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici 
qurğulara  müraciət  üsulları,  maşın  əmrləri  sistemi,  əmrlərdə  istifadə  edilən  verilən 
formatları və s. ön plana çəkilir. 
Kompüterin  əsas  qurğuları  prosessor  və  yaddasdır.  Kompüterin  hesablama  imkanı 
məhz  bu  iki  qurğunun  qarşılıqlı  fəaliyyəti  ilə  təyin  olunur.  Verilənləri  prosessordan 
yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan 
şini,  idarə  şini  və  qidalanma  (cərəyan)  şini.  Kompüter  qurğularını  əlaqələndirən  şin 
ümumi  şin  adlanır.  Bundan  əlavə,  köməkçi  şinlər  də  vardır  ki,  bunlara  da  lokal  şinlər 
deyilir. 
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır.  
Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi  bir  qurğudur
85
.  Dünyada  prosessor  qədər  mürəkkəb  qurğu  yoxdur.  Kompüter 
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi
86
 ilə bağlıdır. 
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1 
saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-
                                                 
85
 
Pentium  4-də  42  milyon  funksional  element  var.  Hər  element  0,13  mikrondur.  1  mikron  1  metrin 
milyonda biridir.
 
86
 
icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı -
ğının yüksəldilməsi
 


 
44 
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi 
başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə)  müəyyən 
sayda  taktlar  ayrılır.  Takt  tezliyi  çox  olan  prosessor  daha  sürətli  və  məhsuldardır.  Takt 
tezliyi  meqahers  (MHs)  və  qiqaherslə  (QHs)  ölçülür.  1  MHs  1  saniyədə  1  milyon  takta 
bərabərdir.  Son  20  ildə  takt  tezliyi  500  dəfə  artırılaraq  5  MHs-dən
87
  2,4  QHs-ə
88
 
çatdırılmışdır.  
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu, 
prosessorun  bir  dəfəyə  emal  edib  ötürdüyü  2-lik  mərtəbələrin  sayını  ifadə  edir. 
Prosessorun  mərtəbəliliyi  64/36  şəklində  yazılıbsa,  bu,  o  deməkdir  ki,  prosessorun 
verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.  
Prosessorun  məhsuldarlığı  inteqral  xarakteristikadır.  Çünki  bu,  tezlikdən,  mərtə-
bəlilikdən  və  arxitekturadan  (keş-yaddaşın  olub-olmamasından)  asılı  göstəricidir. 
Prosessorun  məhsuldarlığı  CD-ROM-dan  yüklənən  SiSoftware  Sandra  adlı  testləşdirmə 
proqramının köməyi ilə təyin edilir. 
Nisbətən  daha  cəld  yaddaş  növü  olan  prosessor  registrləri  prosessorun  daxilində 
yerləşir. 
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları 
kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir-
birinə  qoşan  hissə  həmin  qurğunun  interfeysi  adlanır.  İnterfeysin  reallaşdırdığı  qayda 
protokol  adlanır.  Bəzən  interfeys  dedikdə,  qoşqu  ilə  yanaşı,  həm  də  protokol  nəzərdə 
tutulur.  Eyni  qurğu  üçün  bir  neçə  protokol  ola  bilər.  Kompüter  daxilindəki  rabitə 
kanallarında  siqnallar  yalnız  rəqəm  formasında,  1  və  0-ları  kodlaşdıran  impulslar 
şəklində ötürülür. 
Müxtəlif  cür  periferiya  qurğuları  mövcuddur.  Fərdi  kompüterin  periferiya 
avadanlığına:  klaviatura,  mış,  skaner,  manitor,  printer,  plotter  (qrafquran),  vinçester, 
diskovod,  CD-ROM,  səsucaldan,  şəbəkə  çıxışı  aiddir.  Kompüterin  qurğuları  şinə 
kontroller  və  ya  adapter  vasitəsilə  qoşulur.  Kontroller  və  adapterlərin  öz  prosessoru 
vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir. 
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün 
lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.  
                                                 
87
 1978-ci ildə istehsal edilmiş 8086 prosessoru  
88
 2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru 


 
45 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin