руку – die hand reichen, открыть рот – den mund
auftun [128, 249]. L.A.Mesinyovanın apardığı tədqiqat
göstərir ki, həm rus, həm alman dillərində feli frazeoloji
vahidlər çox müxtəlif və rəngarəngdir. Rus dilində belə
vahidlərin formalaşmasında брать, делать, дать,
оказывать kimi fellər daha məhsuldardır. Alman
dilindəki nehmen, machen, geben, leiqfen, ansiiben,
erweisen və fransız dilində işlənən prendre, faire, donner
81
felləri rus dilindəki fellərlə ekvivalentdir və frazeoloji
vahidlərin yaranmasında fəal iştirak edir.
İngilis dilində feli idiomatik vahidlərin yaranmasında
daha məhsuldar olan fellər aşağıdakılardır: to have, to
give, to take, to get, to make, to put, to go, to keep. Həmin
fellərin işləndiyi idiomatik vahidlərə misallar gətirək: give
somebody a dressing down (“kiminsə dərsini vermək”),
take heart of grace (“özünü toplamaq”), get the upper
hand of (“kiminsə üzərində üstünlük qazanmaq”), make
cow /sheep’s/ eyes at (“kiməsə məhəbbətlə baxmaq”), put
somebody through his facings (“kimisə imtahana
çəkmək”), go to the dogs (“iflasa uğramaq, məhv olmaq”),
come into handy (“bir vaxtsa faydalı olmaq”), give a
helping hand (“kömək əlini uzatmaq”), have a good head
(“yaxşı başı olmaq” // “təfəkkürlü olmaq”), keep oneself
in hand (“özünü ələ almaq” // “əsəblərini cilovlamaq”),
bind smb.’s hand and foot (“əl-ayağını bağlamaq”), fall
into good hands (“yaxşı əllərə düşmək”), close (shut)
one’s eyes to smth. (“bir şeyə göz yummaq”), lose one’s
82
head (“başını itirmək”), get smb. (smth) out of one’s head
(“başından çıxartmaq”).
Müqayisə edilən dillərdəki ümumilik, oxşarlıq idiomatik
vahidlərin ekvivalentliyi üçün şərait yaradır. Ekvivalentlik
məzmun oxşarlığı planında ifadənin müəyyən qədər fərqli
formalaşması, yaxud tam oxşarlığı zəminində yaranır. Hər
bir dilin daxilində bir sıra idiomatik vahidlər istər
məzmunca, istərsə də ifadəlilik baxımından variantlığa
malik olur. Ekvivalent idiomatik vahidlərin strukturunda
mütəhərrik və üeyri-mütəhərrik vahidlərin olması
dillərarası invariantlığa gətirib çıxarır. Bu, dildə işlənən
vahidlərin leksik-semantik, leksik-morfoloji, sintaktik və
semantik səviyyədəki mövqeyi ilə şərtlənir.
Bir çox dilçilərin fikrincə, hər bir dilin milli
xüsusiyyətləri, frazeoloji vahidlərin özünəməxsus şəkildə
struktur-qrammatik və semantik təşkili, onun dil
sistemində yerinin fərdi olması və həmçinin sabitliyin
dərəcəsi və s. cəhətləri nəzərə aldıqda dillərarası
ekvivalentliyi şərti qəbul etmək lazımdır [112, 15].
Müxtəlif dillərdə frazeoloji omonimlik yalnız semantik
83
planda mümkündür. Məsələn, rus, ingilis və alman
dillərində belə omonimlik o qədər də tez-tez müşahidə
olunmur. Bu dillərdə cəmi 40 omonimik frazeoloji vahid
qeydə alınmışdır.
Eyni sistemə malik dillərin idiomatik vahidlərinin
müqayisəli təhlili belə bir ümumi nəticəyə gəlməyə imkan
verir ki, bu dillərin idiomatik sistemində köklü keyfiyyət
oxşarlığı
vardır.
Bu
oxşarlıq
özünü
əsasən
frazayaratmanın əsas üsulları, semantik mexanizm və
derivasiya bazaları, komponentlərin tematik mənsubiyyəti
və tipik obrazlar (frazayaratma modelləri), aparıcı
sintaktik strukturların məcmusu və onların idiomatikada
realizə olunması aspektlərində göstərir. Bu dillərin
idiomatik sistemindəki fərqlər dilin fərdi xüsusiyyəti və
daha çox kəmiyyət baxımından üzə çıxır. Belə fərqlər,
eyni zamanda idiomatik vahidlərin komponentlərinin
qrammatik mənsubiyyəti ilə də bağlıdır.
Struktur-genetik cəhətdən fərqlənən, coğrafi yaxınlığa və
uzunmüddətli mədəni-tarixi əlaqələrə malik olmayan
müxtəlif sistemli dillərdə işlənən idiomatik vahidlərin
84
müqayisəli tədqiqi onlardakı dil hadisələrinin və
qanunauyğunluqlarının daha dərindən dərk edilməsinə
imkan yaradır. İdiomatikaya həsr olunmuş bütün
tədqiqatlarda idiomatik vahidlərin yaranması dilin milli-
mədəni səciyyəsi ilə əlaqələndirilir. Bu, əlbəttə, təsadüfi
deyildir. “Müxtəlif xalqların təfəkkür tərzi elə yaranır ki,
onlar daim müxtəlif düşüncə tərzləri, metaforalar,
müxtəlif idiomlar – bir sözlə, müxtəlif söz yaradıcılığı ilə
qarşılaşırlar” [128, 34]. Bu məqam nəzərə alınmadıqda bir
xalqa məxsus dil vahidi başqa xalqa məxsus dil faktları ilə
tutuşdurularkən bir çox çətinliklər meydana çıxır.
Əlbəttə, müxtəlifsistemli dillər genetik cəhətdən bir-
birindən nə qədər uzaq olsa da, nə qədər özünəməxsus
struktura malik olsa da, onların idiomatik sistemində
ümumi bir qanunauyğunluq, frazayaratma mexanizmində
oxşarlıq özünü göstərir. Belə ümumi cəhətlərdən bəlkə də
ən əsası idiomatik vahidlərin komponentlərinin məcazi
səciyyə daşıması, obrazlılığıdır. Obrazlılıq problemi
dilçilik üçün yeni deyildir. Müxtəlifsistemli dillərin
idiomatik vahidlərinin müqayisəli tədqiqində həm eyni
85
dərəcədə obrazlılığı ifadə edən vasitələrə aid funksional-
semantik üsuldan istifadə edilməli, həm də obrazlılığın
ifadə vasitələrinin təhlilində vahid metodiki əsas
seçilməlidir.
Məhz
bu
şərtlər
dil
materialının
müqayisəsinə şərait yarada bilir. Dil faktlarına funksional-
semantik yanaşma zamanı müxtəlif dillərin idiomatik
sisteminin obrazlılığının ifadəsində müəyyən sabit
paralellər aşkar edilir.
Müxtəlifsistemli
dillərdəki
idiomatik
vahidlərin
müqayisəli-tipoloji təhlili qohum dillərdə mövcud olan
birləşmələrdən bir sıra fərqli cəhətləri üzə çıxarmağa
imkan verir. Bu fərqlər, hər şeydən əvvəl, hər bir dil
ailəsinin özünəməxsus struktur-qrammatik quruluşa malik
olması ilə bağlıdır. Bundan başqa, hər bir xalq öz
emosiyalarını özünə xas şəkildə ifadə edir, onu əhatə edən
mühitə müxtəlif şəkildə yanaşır. Müxtəlif xalqlarda
metaforlaşdırma, jestikulyasiya, simvolika, mimika
fərqlidir. Məhz bu cəhətlərə görə də idiomatik vahidlərin
işlənməsində bir sıra dildaxili və dilxarici fərqlər
müşahidə olunur. Məsələn, Hind-Avropa dillərində bir
86
sıra somatik leksemlərin idiomatik aktivliyi türk
dillərindəkindən ciddi şəkildə fərqlənir. Məsələn, “ağ
ciyər”, “yanaq”, “çənə”, “kirpik”, “böyrək”, “qara ciyər”,
“qabırğa” mənalı somatizmlər german dillərində idiomatik
birləşmələrin tərkibində ya tamamilə işlənmir, ya da
qeyri-fəaldır, türk dillərində isə əksinə, çox fəaldır. Lakin
Hind-Avropa dillərində “bədən”, “əsəb”, “dirsək” mənalı
somatizmlər
frazayaratma
prosesində
türk
dillərindəkindən daha fəaldır [23, 30].
Türk dillərində bədən üzvlərinin adlandırılmasında
“detallaşdırmağa” meyl çox güclüdür və müvafiq
leksemlər özünü aşkar şəkildə təkcə sərbəst söz
birləşmələrində deyil, həm də bir çox idiomatik vahidlərin
yaranmasında göstərir. Məsələn, rus dilindəki нога
sözünün qarşılığı kimi Azərbaycan dilində ayaq, qıç, bud,
Dostları ilə paylaş: |