239
NƏTİCƏ
Dilin sistemi həm qrammatik modellərin strukturu,
həm də leksik
material baxımından müəyyən
qanunauyğunluqlar
üzərində
qurulmuşdur.
Bu
qanunauyğunluqlar müəyyən kateqoriyalar vasitəsilə
təzahür edir. İdiomatik vahidlərin də dilin sistemində öz
yeri vardır. Hər bir sabit söz birləşməsi dil sistemində
paradiqmatik cəhətlərdən kənarda mövcuddur, yəni
idiomatik
korpusun
nominativ
vahidləri
kimi
qiymətləndirilir. Hər bir idiomatik vahid fərdi şəkildə
yaranır və bu şəkildə dilin idiomatik tərkibinə daxil olur.
Lakin idiomatik tərkiblər dildə müəyyən ümumi cəhətlər
qazanır və bu cəhətlər də onların həmin dilin sistemində
yarısistem kimi qəbul edilməsini şərtləndirir. İdiomatik
vahidlər dilin bir hissəsi kimi onun əsas cəhətlərini,
xüsusiyyətlərini özündə ehtiva edir.
İngilis və Azərbaycan dillərinin idiomatik sisteminin
kontrastiv təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Hər iki dildə idiom yaradan fel komponentlərinin
əksəriyyəti hərəkət, anlama, qavrayış bildirən fellərdir.
240
2. Hər iki dildə ismi idiomatik ifadələr aşağıdakı
modellər üzrə formalaşmışdır:
а) “sifət + isim” (“adjective + nown”),
b) “isim + isim” (“nown + nown”),
c) “isim + zərf” (“nown + adverb”),
ç) sayın iştirakı ilə.
3. Hər iki dildə idiomatik ifadələr öz daxili leksik-
qrammatik strukturları olan birləşmələrdir.
4. İdiomatik ifadələr metaforik səciyyə daşıyır,
çünki onların məna tutumu bütövlükdə əlavə üslubi və
emosional çalarla yüklənir və fikri poetik fiqurlar
vasitəsilə ifadə edir.
5. İdiomatik vahidlər həm kateqorial, həm də qeyri-
kateqorial əlamətlərə malikdir. Onların kateqorial
əlamətlərinə diferensiallıq, qeyri-kateqorial əlamətlərinə
isə üslubi çalarlıq, ekspressiv-emosional ifadəlilik xasdır.
Kateqorial
əlamətlər
idiomatik
vahidlərin
dildə
mövcudluğunun təminatçısı kimi çıxış edirsə, qeyri-
kateqorial əlamətlər onları yalnız müşayiət edir.
241
İdiomların
mövcudluğunu
şərtləndirən
kateqorial
əlamətlər onların 1) dildə hazır şəkildə olmaları, 2)
struktur qapalılığı, 3) semantik bütövlüyü və 4) motivlən-
məsidir. Bu kateqorial əlamətlərin əsasında isə sabitlik,
məcazlılıq, obrazlılıq və emosionallıq durur.
6.
İdiomatik
vahidlərin
formalaşmasında
desemantikləşmənin
rolu
böyükdür.
Nominativ
funksiyasını itirmiş sözlərin yalnız idiomatik vahidlərin
tərkibində qalması da bu hadisənin nəticəsidir. Bu mənada
idiomatik vahidləri dilin ən qədim laylarına məxsus söz və
ya mənaların sığındığı etibarlı mənbə və ya “zəngin
yataq” adlandırmaq olar.
7. İdiomatik vahidlər sözlərin, söz birləşmələrinin və
cümlələrin məcazlaşmaqla semantik bütövlük, işlənmə
sabitliyi, struktur qapalılıq əldə etməsi və bunula da
yeniləşərək idiomatikləşməsi nəticəsində yaranmışdır. Bu
proses ingilis və Azərbaycan dillərinin müxtəlif inkişaf
mərhələlərini – təşəkkül, keçid və sabitlik mərhələlərini
əhatə edir. İdiomatik vahidlərin semantik bütövlük
dərəcəsi bu mərhələlərlə bağlıdır. Bu, müəyyən dərəcədə
242
həmin idiomatik vahidlərin qrammatik quruluşunda da əks
olunmuşdur.
8. İngilis idiomatik vahidlərinin Azərbaycan
dilinə transformasiyası zamanı adekvatlığa nail olmaq
üçün aşağıdakı tərcümə üsul və növlərindən istifadə
olunur:
1) ekvivalent tərcümə,
2) analoji tərcümə,
3) təsviri tərcümə,
4) antonimik tərcümə,
5) kalka yolu ilə tərcümə,
6) kombinasiya üsulu ilə tərcümə.
9. İdiomlar həm söz, həm söz birləşmələri, həm də
cümlə səviyyəsində məcazlaşmaya məruz qalıb semantik
bütövlük qazanmış, vahid şəkildə birikmiш, daşlaşmış,
dildə hazır vəziyyətdə mövcud olan və bir dildən başqa
dilə dəqiq tərcümə edilməyən sabit dil vahidləridir.
İdiomatik vahidlərin uzun müddət sabit birləşmələr adı
altında
öyrənilməsi
onların
özünəməxsus
xüsusiyyətlərinin kölgədə qalmasına, bununla da həmin
243
vahidlərin sərbəst birləşmələrlə, mürəkkəb sözlərlə
qarışdırılmasına, heç bir əsas olmadan paremiyalardan
uzaqlaşdırılmasına
gətirib çıxarmışdır. İngilis və
Azərbaycan dillərində idiomatik vahidlərin kontrastiv
tədqiqi bu sahədə mövcud olan bir sıra mübahisəli
məsələlərin həllinə də yol açır.
Dostları ilə paylaş: |