Mövzu 1 ekoloji Kİmyanin predmeti VƏ Əsas analyişlari



Yüklə 205,06 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü205,06 Kb.
#41484
  1   2   3
ekokimya.muh.1



 



MÖVZU 1 



 

EKOLOJİ KİMYANIN PREDMETİ VƏ ƏSAS ANALYIŞLARI 

 

 



 

Müasir  dövrdə  ekologiya  özünü  mürəkkəb  inteqrasiya  etmiş  elmlərin 

kompleksi  kimi  göstərir.  Mütəxəssislər  –  kimyaçılar  müasir  texnologiyalaşdırılmış 

cəmiyyətlə ətraf mühit arasında əlaqələri bütün artan antropogen yüklənmələri, təbii 

obyektlərin analiz metodlarını, ətraf mühitin keyfiyyətinə nəzarəti və iqtisadi elmlər 

içərisində kimyanın yerini yaxşı bilməlidirlər. 

 

İndiki  vaxtda  müasir  dünyada  mövcud  olan  ekoloji  problemlər  kimya  və 



kimyəvi texnologiya ilə əlaqəli olub, biosferə geniş miqyasda təsir edir. Hazırda ətraf 

mühitdə  kimyəvi  prosesləri  öyrənən  bir  sıra  fənlər  bütöv  kompleks  elm  kimi 

mürəkkəbləşmişlər. Bütün onlar “Ətraf mühit kimyası” adı altında birləşdirilə bilər. 

Geniş mənada ətraf mühit kimyası hidrokimya, geokimya, torpağın kimyası və bioloji 

mənşəli təbii birləşmələr kimyasını  birləşdirir.  Ancaq dünyanın bir  çox  ərazilərində 

krizis halını alan və qlobal xarakter almağa genişlənən hadisələr bu kompleks elmlər 

işərisindən yeni elmi fənnin – ekoloji kimyanın ayrılmasına gətirib çıxarmışdır. 

 

Ekoloji kimyanın predmeti insan fəaliyyəti də (təsərrüfat, sənaye, hərbi və s.) 



daxil  olmaqla  ətraf  mühitdə  baş  verən  kimyəvi  prosesləri  tədqiq  etməkdir.  Ekoloji 

kimyanın maraqları sferasına birbaşa və dolayı yolla insanlara təsir edən və geosferdə 

(atmosfer, hidrosfer və litosfer) baş verən kimyəvi proseslər daxildir.  

Müasir  ekologiyanın  elmi  istiqamətlərindən  və  sahələrindən  biri  kimyəvi 

ekologiyadır. Kimyəvi ekologiya və ekoloji kimya arasında fərqlərə baxaq.  

1950-ci  illərdən  başlayaraq  ətraf  mühitə  texnogen  təsirin  artması,  sənaye, 

nəqliyyat,  kənd  təsərrüfatının  kimyalaşdırılması,  həmçinin  intensiv  urbanizasiya 

(şəhərlərin böyüməsi və inkişafı) ilə əlaqədar olaraq ətraf mühitin material balansının 

sürətli  dəyişməsi  baş  verdi.  Sənaye  istehsalının  həcminin  artması,  bütün  dünyada 

kimya  məhsullarının  yayılması  məhsulların  istehsal  olunduğu  və  istifadə  olunduğu 

yerdən  uzaqlarda  belə  kimyəvi  reagentlərin  miqdarının  əhəmiyyətli  dərəcədə 



 

artmasına  səbəb  oldu.  Bu  zaman  biosferin  kimyəvi  tərkibinin  dəyişməsi  müşahidə 



olundu ki, bu da heyvanların, bitkilərin və insanın  yaşayış şəraitini pisləşdirir. İndiki 

dövrdə sənayedə istehsal olunan kimyəvi məhsulların və materialların daha dərindən 

tədqiq  edilməsi  vacib  məsələlərdəndir.  İnsan  fəaliyyətinin  miqyasının  artması 

şəraitində  insanla  ətraf  mühit  və  ayrı-ayrı  ekosistemlər  arasında  kimyəvi  təsirin 

mexanizmləri  haqqında  məlumatlar  çox vacibdir.  Bu təsirin bioloji  aspekti  kimyəvi 

ekologiya  aiddir  ki,  o  da  canlı  orqanizmlər  arasında  və  ya  canlı  və  cansız  təbiət 

arasında  kimyəvi  qarşılıqlı  təsirlər  haqqında  elmdir.  Bu  təsirin  kimyəvi  aspekti 

kimyəvi  çirkləndiricilərin  ətraf  mühitdə  miqdarı  və  çevrilməsidir  ki,  onu  da  ekoloji 

kimya elmi öyrənir. Ekoloji kimya - ətraf mühitdə baş verən kimyəvi proseslər və bu 

təsirlərin nəticələri haqqında elmdir. Bu proseslər ətraf mühit obyektlərinin tərkib və 

xassələrini müəyyən edir. 

Kimyəvi  tərkibinə  və  aqreqat  halına  görə  fərqlənən  konsentrik  yerləşən 

təbəqələrin – geosferlərin meydana gəlməsi bizim planetin formalaşması və təkamülü 

prosesində maddələrin differensasiyası ilə əlaqədardır. 

 

Coğrafi  baxımdan  daxili  və  xarici  geosferlər  fərqləndirilir.  Daxili  geosferlərə 



yer  qabığı,  mantiya  və  nüvə  daxildir.  Onlar  demək  olar  ki,  planetin  bütün  kütləsini 

özündə  birləşdirir.  Daxili  geosferlərin  maddələrinin  differensasiyası  və  onların 

parçalanma  məhsullarının  atmosferə,  hidrosferə  və  yer  qabığına  düşməsi  hələ  də 

davam edir. Planetin səthi, hidrosfer, atmosferin aşağı təbəqəsi və yer qabığının üst 

hissəsi  coğrafi  təbəqə  adlanır.  Məhz  bu  hissədə  canlıların  yaranması,  yaşaması  və 

təkamülü baş vermişdir.  

 

Canlı  orqanizmlər,  yəni  biot  bir  çox  qlobal  geokimyəvi  və  biogeokimyəvi 



proseslərdə iştirak edərək Yerin coğrafi təbəqəsinin kimyəvi tərkibinin dəyişməsində 

həlledici rol oynamışdır. Hər bir planetar təbəqə kimya nöqteyi-nəzərdən mürəkkəb 

olub,  daxili  və  xarici  təsirlərlə  xarakterizə  olunan  dinamik  sistemdir.  Sonunculara 

misal  olaraq  atmosfer  və  hidrosfer,  atmosfer  və  biot  arasında  baş  verən  qazlar 

mübadiləsini göstərmək olar.  

 

Günəş radiasiyasının daimi təsiri şəraitində biotda biofil elementlərin (C, N, H, 



O, S, P, Ca, Fe) fasiləsiz hərəkəti baş verir. Elementlər canlı hüceyrələrin tərkibində 


 

yüksək  kimyəvi  potensial  halından,  hüceyrələrin  dağılması  hesabına  aşağı  enerji 



səviyyəsi  halına  keçir.  Beləliklə,  fiziki,  kimyəvi  və  bioloji  prosesləri  özündə 

birləşdirən  planetar  metabolizm  müşahidə  olunur.  Bu  proseslərin  cəmi  atmosferin, 

hidrosferin  və  yer  səthinin  kimyəvi  tərkibini  müəyyən  edir  və  nəticədə  təbii  ətraf 

mühitin  xarakteristikaları  müasir  planetdə  bizim  yaşama  formamızı  əlverişli  edir. 

Belə xarakteristikalara ilk növbədə yerin radiasiya rejimi və iqlimi aiddir. 

 

“Planetar  metabolizm”in  mexanizmini  başa  düşmək,  qlobal  biogeokimyəvi 



tsikllərin dinamikasını miqdari qiymətləndirmək və onun xarici təsirlərə, xüsusən də 

antropogen  təsirlərə  qarşı  davamlılığının  xarakteristikası  müasir  təbiətşünaslığın  və 

eləcə də ekoloji kimyanın vacib məsələsidir. Bu zaman qeyd etmək lazımdır ki, bu və 

ya  digər  neqativ  dəyişiliklərin  başa  düşülməsi,  geosferin  xarakteristikaları  və 

elementlərin tsiklləri haqqında kifayət qədər yaxşı biliyə malik olmaqla anlamaq olar.   

“Kimyəvi  ekologiya”  və  “ekoloji  kimya”  terminləri  kimya  və  ekologiya 

arasında  əlaqəni  göstərir.  Ekoloji  kimya  -  ətraf  mühit  kimyasıdır.  Ekoloji  kimyaya 

belə qısa izahı C.Bokris “Ətraf mühit kimyası” adlı fundamental əsərində vermişdir. 

Bu elm antropogen fəaliyyəin təsirilə ətraf mühitdə baş verən kimyəvi proseslər, eyni 

zamanda  çirkləndirici  maddələrin  flora,  fauna  və  insanlara  təsiri  haqqında  məlumat 

verir.  Bundan  başqa  ekoloji  kimyanı  ekoloji  hadisələr  və  problemlərin  kimyəvi 

əsaslarını öyrənən elm kimi müəyyən etmək olar. Ekoloji kimya digər elm sahələri – 

biologiya, tibb, fizika, meterologiya, Yer haqqında elmlərlə, kənd təsərrüfatı kimyası, 

torpaqşünaslıq və s. ilə sıx əlaqədardır.  

Ekoloji kimyanın məqsədi ətraf mühitin kimyəvi tərkibinin dəyişməsini və bu 

dəyişmələrin mümkün ekoloji fəsadlarını proqnozlaşdırmaqdır. 

Ekoloji  kimya  xüsusilə  sənaye  məhsulları  misalında  kimyəvi  maddələrin 

ekoloji  qiymətləndirilməsini  verir.  Lakin  son  vaxtlar  bu  məsələlərin  öyrənilməsi 

göstərdi ki, antropogen maddələrlə müqayisədə təbii maddələr biosferə daha çox təsir 

göstərir. Təbii maddələri heç də həmişə ekoloji təhlükəsiz hesab etmək olmaz.  

İnsan  fəaliyyəti  və  təbii  səbəblərdən  ətraf  mühitin  dəyişmələrinin  nəticələrini 

müqayisə  edək.  Müqayisəni  üç  kriteriya  ilə  -  miqdari  göstəricilərə,  sürət  və 

zəhərliliyə  görə  aparaq.  Antropogen  təsirlərlə  əlaqədar  dünya  miqyasında  təbii 



 

mühitin dəyişməsi təbii dəyişilmələrlə müqayisədə çox cüzidir. Ancaq Yerin ayrı-ayrı 



rayonlarında  çirklənmə  bir  neçə  faizə  və  daha  çoxa  çata  bilər.  Ətraf  mühitdə  təbii 

dəyişilmələr  çox  yavaş  sürətlə  baş  verir  ki,  bu  da  Yerdə  yaşayan  bütün  canlıların         

ətraf mühitin dəyişilməsinə genetik olaraq uyğunlaşır. Antropogen təsirlər dah sürətlə 

baş  verir  və  canlı  orqanizmlərin  belə  uyğunlaşma  imkanları  olmur.  Məsələn,  yer 

atmosferinin  oksigenlə  1%-dən  21%-ə  kimi  zənginləşməsi  1–1,5  milyard  ilə  baş 

vermişdir  ki,  bu  da  200-300  min  ilə  0,004%  təşkil  edir.  Bu  zaman  insan  fəaliyyəti 

nəticəsində  havada  CO

2

-nin  miqdarı  son  bir  neçə  on  ildə  həmin  miqdarda  0,004% 



artmışdır. Təbii mühitə antropogen təsirin digər xüsusiyyəti bütün canlı orqanizmlər 

üçün  yüksək  zəhərli  maddələrin  əmələ  gəlməsidir.  Zəhərli  çirkləndiricilərin  əmələ 

gəlməsi həm təbii maddələrin toplanması (məsələn, ağır metallar – qurşuğun, xrom, 

kadmium), həm də yeni maddələrin alınması ilə (pestisidlər və s.) əlaqədardır.  

Təbiətdə  ekolji  tarazlığın  pozulmasında  tək  səbəb  kimi  kimyanı  birtərəfli 

götürmək  düzgün  deyil.  Müasir  insanlar  bir  çox  kimyəvi  materiallar  və  kimya 

sənayesinin məhsulları olmadan yaşaya bilməz. Ən başlıcası odur ki, kimya elmi və 

kimya  sənayesi  qazların  və  tullantı  sularının  yeni  metodlarını  işləməklə,  sənaye  və 

məişət tullantılarının yeni lazımlı məhsullara effektiv emalı üsullarını təklif etməklə, 

az tullantılı, tullantısız və ekoloji təhlükəsiz texnoloji prosesləri tətbiq etməklə ekoloji 

problemləri  həll  etməyə  kömək  edir.  Bu  proseslərdən  istifadə  etmək  üçün  kimyəvi 

məhsulların xassələrini bilmək, kimyəvi maddələrin ətraf mühitdə özünü aparmalarını 

və  biosferə  mənfi  təsirini  əvvəlcədən  görmək  lazımdır.  Bunları  bilməklə  vaxtından 

əvvəl lazımlı tədbirləri görmək olar (məsələn, maddələri ətraf mühit üçün təhlükəsiz 

olan maddələrlə əvəz etmək).  

Qidalanma  mühitinin  saxlanılması  üçün  ekoloji  kimyanın  üç  əsas  məsələsinə 

diqqət yetirmək lazımdır: 

1.  Enerji-  və  resursqoruyucu  texnologiyaların  işlənilməsi,  atmosferə  və 

hidrosferə  atılan  tullantıların  minimuma  endirilməsi.  Buna tullantısız  texnologiyanı, 

qapalı su dövriyyəsi sxemini tətbiq etməklə xammaldan kompleks istifadə nəticəsində 

nail olmaq olar. 

2.  Atmosferə  atılan  qazların  və  su  hövzələrinə  axıdılan  tullantı  suların  daha 




 

təhlükəli maddələrdən təmizlənməsinin effektivliyinin artırılması. 



3.  Çirkləndirici  maddələrin  ətraf  mühitə  təsirini  qiymətləndirmək  və  ətraf 

mühit  faktorlarının  təsirindən  onların  özünü  aparmasını,  yayılmasını  və  digər 

maddələrə çevrilməsini proqnozlaşdırmaq. 

 

Ekoloji  kimya  maddələrin  analizində  istifadə  olunan  bir  çox  metodlardan 



istifadə edir. Bunun üçün bir sıra metodları – xromatoqrafiya, kütlə spektroskopiyası, 

infraqırmızı  oblastda  spektroskopiya,  atom-absorbsion  indentifikasiya  metodlarını 

özündə  birləşdirən  “hibrid”  metodlar  daha  geniş  istifadə  olunur.  Bu  metodların 

meydana  gəlməsi  havanın,  suyun,  torpağın  və  biotun  kimyəvi  tərkibi  haqqında 

məlumat almaqla kimyəvi-ekoloji məsələlərin həlli üçün stimul yaradır. Laboratoriya 

şəraitində  modelləşdirmə  təbii  və  antropogen  amillərin  təsirindən  ayrı-ayrı 

birləşmələrin  və  müəyyən  qrupa  aid  birləşmələrin  çevrilmə  mexanizmini  müəyyən 

etməyə imkan verir.  

 


Yüklə 205,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin