Microsoft Word forma muhazire docx



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#41760
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
kartoqrafiya

Kartoqrafiya 

Ə

hlimanov R.M. 

 

işarə  edilir.  Hal-hazırda  başlanğıc-meridian  Qrinviçdən  keçən  meridian  hesab  olunur. 



Uzunluq dairələri başlanğıc meridiandan hər iki tərəfə 0

°-dən 180°-dək hesablanır; şərqə 

müsbət, qərbə isə mənfi işarə ilə göstərilir. 

Coğrafi  koordinatlar  nöqtənin  vəziyyətini  yer  səthində  deyil,  ellipsoid  səthində 

təyin edir. Yer səthində nöqtənin vəziyyətini tamamilə bilmək üçün 3-cü bir koordinatı-

nöqtənin okean səthindən olan yüksəkliyini də bilmək lazımdır. 

XIX  əsrin  əvvəlinə  yaxın  əksər  ölkələrdə  başlanğıc  meridian  Ferro  adasının 

meridian qəbul olunmuşdur (Ferro adası Kanar adalarından ən qərbdə yerləşənidir). Bu 

ada  Paris  meridianından  şərti  olaraq  20

° qərbə  götürülürdü. Lakin  artıq  XIX  əsrın 1-ci 

yarısında  hər  bir  ölkə  “öz”  yerli  meridianlarını  –  adətən  baş  astranomiya 

rəsədxanalarının mərkəzindən keçən meridianını – başlanğıc meridian qəbul etdi. 

XIX əsrin əvvəlinə qədər Rusiyada əksər halda uzunluq dairələrini Ferro adasından 

hesablayırdılar. XIX əsrın əvvəllərində, Rusiyanın ayrı-ayrı yerlərində trianqulyasiya və 

planalma  işlərinin  inkişafı  ilə  əlaqədar  olaraq  uzunluq  dairələrini  hesablamaq  üçün  bir 

sıra  yerli  başlanğıc  meridianlar  götürülürdü.  1845-ci  ildən  etibarən  başlanğıc  meridian 

Pulkovo  rəsədxanasının  (1839-cu  ildə  açılmışdır)  meridianı  qəbul  olundu  (Pulkovo 

meridianı  Qrinviç  meridianına  nisbətən  30

°19'42'',  09  şərqdədir).  1884-cü  ildə 

Vaşinqtonda  çağırılmış  beynəlxalq  coğrafiya  konqresində  bütün  ölkələr  üçün  Qrinviç 

meridianının başlanğıc meridian götürülməsi qərarı alındı. Bu vaxtdan etibarən Rusiyada 

xəritə tərtib etdikdə Pulkovo meridianı ilə Qrinviç meridianından da istifadə olunurdu. 

SSRİ-də  bütün  astronomiya-geodeziya  işləri  və  coğrafiya  xəritələri  üçün  Qrinviç 

meridianı başlanğıc meridian qəbul olunmuşdur. 

 

Hər  hansı  A  və  C  nöqtələri  arasında  paralel  qövsün  uzunluğu  aşağıdakı  düsturla 



hesablanır. 

l = r 


∆λ 

Burada r-AC paralelinin radiusu; 

Melikov Behruz




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin