Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 341,1 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix02.01.2022
ölçüsü341,1 Kb.
#41914
  1   2   3   4   5   6   7   8   9   ...   24
YourFileName



AZƏRBAYCAN RESPUBLİKASI  

TƏHSİL NAZİRLİYİ  

BAKI BİZNES UNİVERSİTETİ 

 

 



«Humanitar elmlər» kafedrası 

 

 



 

 

«MÜLKİ HÜQUQ» 

 

fənni üzrə  



 

P R O Q R A M 

 

(Bakalavr dərəcəsi alanlar üçün) 



 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil  

Nazirinin 30.04.2014-cü il tarixli,  

520 saylı əmri ilə təsdiq edilmişdir. 



 

 

 

 

 

Bakı – 2014 

 



 

Proqram  Bakı  Biznes  Universitetinin  Tədris–Metodik 



Şurasının  25.12.  2014-cü  il  tarixli  4  saylı  protokolu  ilə  təsdiq 

edilmişdir. 

 

 

 

Tərtib etdi:   

 

 



b/m K.T.Hüseynova 

 

 

Elmi redaktor: 

 

 



h.ü.f.d. N.İ.Abbasov 

 

 

Rəyçilər:                                        dos. Ə.S.Piriyev 

h.ü.f.d. C.N.Cəfərov 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



GİRİŞ 

 

Mülki hüquq böyük ictimai əhəmiyyətə və rola malik olan 



elm  sahəsidir.  Bu,  onunla  izah  edilir  ki,  mülki  hüquq  vətəndaş 

cəmiyyətinin əsasını təşkil edən ictimai münasibətlərin əsas his-

səsini  qaydaya  salır  və  rəsmiləşdirir.  Azərbaycan  Respublika-

sında həyata keçirilən islahatların güddüyü əsas məqsədlərdən 

biri vətəndaş cəmiyyəti qurmaqdan ibarətdir. Konstitusiyada bu 

cür  cəmiyyətin  bərqərar  edilməsinə  nail  olunması  əsas  niyyət-

lərdən biri kimi bəyan edilmişdir. İqtisadi azadlıq, çoxnövlü mül-

kiyyət,  bazar  münasibətləri,  hakimiyyətin  demokratik  və  legitim 

xarakterə  malik  olması,  şəxsiyyətin  hüquqi  cəhətdən  etibarlı 

müdafıəsi, hüquqi dövlət, hamının qanun və ədalət mühakiməsi 

qarşısında bərabərliyi, siyasi və ideoloji plüralizm, dövlətin fi-

ziki şəxslərin şəxsi həyatına qarışmaması, vətəndaşların maddi 

həyat səviyyəsini təmin edən səmərəli sosial siyasət, partnyor-

luq və s. istənilən hər hansı vətəndaş cəmiyyətinin əsasında du-

ran ümumi ideya və prinsiplərdir. Xüsusi mülkiyyət isə bu cə-

miyyətin əsasını təşkil edir.     

Azərbaycan Respublikasının Mülki hüququ həm də, iqti-

sadi  münasibətləri  nizama  salır.  O,  ayrı-ayrı  şəxslər  arasında 

normal iqtisadi  münasibətləri  nizamlayır. Mülki  hüquq ictimai 

həyatdakı iqtisadi şəraiti hüquqi cəhətdən ifadə edir. Buna görə 

də deyə bilərik ki, mülki hüquq sosial həyatın, iqtisadi münasi-

bətlərin əsası kimi çıxış edir.   

Konstitusiyadan sonra öz əhəmiyyətinə görə ikinci qanun-

vericilik aktı olan həmin Mülki Məcəllə Azərbaycan Respubli-

kasının iqtisadi Konstitusiyasıdır.  

Mülki Məcəllə bazar münasibətlərini, bütün mülkiyyət for-

malarının  bərabərliyini  istiqamətlənir  və  vətəndaş  cəmiyyəti 

ideyasını əks etdirir.  Xüsusi hüquq olmadan nə sabit inkişaf et-

miş bazar, nə də əsl mülkiyyət institutunun mövcudluğu müm-

kündür. O, ölkənin sosial həyatının və iqtisadi münasibətlərinin 

əsasıdır. 



 

Mülki hüquq digər ölkələrin də hüquq sistemində aparıcı 



rol oynayır.  Hal-hazırda öyrədilən mülki hüquq sivil, qabaqcıl 

və mütərəqqi xarakterə malikdir. Müasir ölkələrin mülki hüqu-

qu  ilə  Azərbaycan  Respublikasının  mülki  hüququ  arasında 

ümumi, oxşar cəhətlər çoxdur.  

Mülki hüquq sahəsində Almaniya sivilistika elminin nüma-

yəndələrinin  (L.Ennekserus,  V.Ermann,  P.Koler,  X.Broks, 

D.Şvab,  E.Klyunsinger,  K.Larens,  D.Medikus,  Q.Muselyak, 

M.Volf, Q.Vilinq və başqalarının) əsərləri mühüm elmi mənbə ro-

lunu  oynamışdır.  Yaponiya  mülki  hüquq  elminin  qabaqcıl  və 

görkəmli təmsilçiləri olan Sakae Vaqasuma və Toru Arüdzuminin 

doktorinal  (elmi)  fikirləri  bəzi  məsələlərin  aydınlaşdırılmasında 

müəlliflərin  köməyinə  gəlmişdir.  Bundan  əlavə,  sovet  dövrünün 

sivilist  alimlərinin  (O.S.İoffe,  B.B.Çerepaxin,  A.V.Venediktov, 

O.A.Krasavçikov,  V.P.Qribanov  və  başqalarının),  habelə  müasir 

Rusiya  müəlliflərinin  (J.K.Tolstoy,  A.P.Sergeyev,  V.A.Tarxov, 

V.F.Yakovlev,  Y.A.Suxanov  və  başqalarının)  əsərləri  də  bu 

sahənin öyrənilməsində böyük rol oynamışdır. 


Yüklə 341,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin