Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


MÖVZU 2.   MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ



Yüklə 341,1 Kb.
Pdf görüntüsü
səhifə3/24
tarix02.01.2022
ölçüsü341,1 Kb.
#41914
1   2   3   4   5   6   7   8   9   ...   24
YourFileName

MÖVZU 2.  

MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ 

 

Mülki  hüquq  münasibətinin  anlayışı  və  əsas  xüsusiy-

yətləri.  Hüquq  münasibəti  ilə  hüququn  üzvü  surətdə  bağlılığı 

və bir-biri ilə qarşılıqlı əlaqəsi. Hüquq münasibəti ictimai mü-

nasibətin hüquqla tənzimolunma vasitəsidir. Hüquq münasibəti 

hüquqla tənzimetmənin nəticəsidir. Hüquq münasibəti hüquqla 

tənzimlənən  real-faktiki  münasibətin  formasıdır.  Mülki  hüquq 

münasibətlərinin  quruluşu.  Xüsusi  ideoloji  mənada  mülki  hü-

quq  münasibətləri.  Faktiki-real  ictimai  münasibət  mənasında 

mülki  hüquq  münasibəti.  Mülki  hüquq  münasibətlərinin  vacib 

tərkib  elementləri.  Mülki  hüquq  münasibətinin  subyekt  tərkib 

elementi. Mülki hüquq münasibətinin məzmun elementi. Mülki 

hüquq münasibətinin obyekt elementi. Subyektlərin hüquq bə-

rabərliyi  xüsusiyyəti.  Subyektlərin  əhatə  dairəsinin  genişliyi. 

Obyekt  rolunda  çıxış  edən  nemətlərin  sayının  kifayət  qədər 

çoxluğu.  Hüquqi  təminat  kimi  əmlak  xarakterli  mülki-hüquqi 

sanksiyaların  müəyyənləşdirilməsi.  Qanunvericilikdə  nəzərdə 

tutulmayan,  lakin  qanunvericiliyə  zidd  olmayan  müqavilələr-

dən və digər əqdlərdən yarana bilməsi.  

Mülki  hüquq  münasibətlərinin  subyektləri.  Mülki  hüquq 

münasibətlərinin  subyektlərinin  yaranması.  Səlahiyyətli  şəxs. 

Səlahiyyətli və borclu şəxs. Kreditor və debitor. Fərdi subyekt-

lər. Kollektiv subyektlər. Subyekt tərkibinin dəyişməsi. 

Mülki  hüquq  münasibətlərinin  obyektləri.  MM-nin  4-cü 

maddəsinə  əsasən  mülki  münasibətlərin  dairəsinin  müəyyən 

edilməsi:  maddi  nemətlər,  əmlak  dəyəri  olan  qeyri  maddi  ne-

mətlər, əmlak dəyəri olmayan qeyri-maddi nemətlər. 

Mülki  hüquq  münasibətlərinin  növləri.  Əmlak  və  şəxsi 

qeyri-əmlak mülki hüquq münasibətləri. Mütləq və nisbi mülki 

hüquq  münasibətləri.  Əşya  və  öhdəlik  mülki  hüquq  münasi-

bətləri. Müddətli və müddətsiz mülki hüquq münasibətləri. Sa-



 

də  və  mürəkkəb  mülki  hüquq  münasibətləri.  Tənzimləyici  və 



qoruyucu  mülki  hüquq  münasibətləri.  Birtərəfli  və  ikitərəfli 

(qarşılıqlı) mülki hüquq münasibətləri. 

 Mülki  hüquq  münasibətlərinin  yaranması.  Mülki  hüquq 

subyektliliyi.  Mülki-hüquqi  faktlar.  Hüquqi  faktlar  mülki  hü-

quq  münasibətlərinin  hüquqi-faktiki  əsası  kimi.  Mülki-hüquqi 

faktların təsnifi. 




Yüklə 341,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin