istiqamətdə olur. Mədə ilə onikibarmaq
bağırsaq arasında selikli qişa dairəvi bir
büküş təşkil edir; bu büküş əzələ
qişasından əmələ gəlmiş mədə
çıxacağını büzən əzələyə - lat. m.
sphincter pylori uyğundur və mədə
çıxacağı qapağı - lat. valvula pylorica
adlanır. Kiçik əyrilik boyu gedən boylama
büküşlər mədə yolu adlanan boylama bir
şırım əmələ gətirir. Mədə boş olduğu
zaman büküşlərin miqdarı artır, dolu və
ya genəlmiş halad onların miqdarı azalır.
Bu büküşlərdən başqa selikli qişada
mədə meydançaları - lat. areae gastricae
adlanan hündürlüklər vardır. Bunların da
üzərində zərrəbin ilə çuxurcuqlar - lat.
foveolae gastricae gırmək olur. Bu
çuxurcuqlara mədə vəzilərinin axacaqları
açılır. Selikli qişa birqatlı silindrəbənzər
epitel təbəqədən, əsas zardan və əzələ
səfhəsindən ibarətdir. Bu qişada mədə
şirəsi (lat. succus gastricus) ifraz edən
borulu vəzilər vardır; bunlar iki qrupa
bölünür: 1) xüsusi mədə vəziləri - lat.
glandulae gastricae propriae və 2) mədə
çıxacağı vəziləri - lat. glandulae pyloricae.
Mədə şirəsinin tərkibində olan duz
turşusunu xüsusi mədə vəziləri ifraz edir.
Bu vəzilərdən başqa mədənin selikli
qişasında limfa follikulları - lat. folliculi
lymphatici gastrici vardır.
Selikaltı qat - lat. tela submucosa mədədə
yaxşı inkişaf etmişdir; ona görə selikli
qişa mütəhərrikdir və yuxarıda göstərilən
büküşləri əmələ gətirirlər.
Dostları ilə paylaş: