məsələ qaldırmaq; – torpaq qanunvericiliyini pozan vəzifəli və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək; – qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda mülkiyyətə, istifadəyə və icarəyə verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi üçün aidiyyəti üzrə müvafiq məhkəməyə, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təkliflər vermək; – torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərindən torpaqlardan səmərəli istifadə və onların mühafizəsi vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada statistik hesabat və digər