88
1) torpaqların istehsalat və digər tullantılarla, tullantı suları ilə çirkləndirilməsi, bakterial-parazitik və
zərərli karantin orqanizmlərlə yoluxdurulması;
2) torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması.
Hüquq pozuntusının predmeti Torpaq
Məcəlləsində nəzərdə tutulmuş, bütün torpaq kateqoriyalarından
olan torpaq sahələri ola bilər.
Torpaqların çirklənməsi, torpağın keyfiyyətinin antropogen təsir nəticəsində (qərarlar da daxil olmaqla), o
cümlədən kimyəvi maddələrin və ya radiasiya səviyyəsinin meydana çıxması (artması) ilə xarakterizə olunan
torpağın münbit qatdan məhrum edilməsi səbəbindən pisləşməsidir.
Bu zaman, aqrokimyəvi maddələrin kənd və
meşə təsərrüfatında istifadəsindən torpaqların çirklənməsi, onların torpaqda qatılığının yol
verilən və ya
mümkün olan həddən yüksək olması və onun miqdarının artması ilə bağlıdır. Beləliklə, torpaqların
çirklənməsinin obyektiv tərəfi, torpağa onun üçün xarakterik
olmayan fiziki, kimyəvi, bioloji maddələrin,
birləşmələrin, orqanizmlərin verilməsi üzrə hərəkəti özlüyündə təqdim edir.
Torpaqların korlanması mexaniki təsir yolu ilə məsələn, yolların çəkilişi, tikinti işləri zamanı torpağın
münbit qatının götürülməsi, torpağın münbit qatının
zədələnməsi, onun kipləşməsinə səbəb ola bilən ağır
nəqliyyatın keçidi, kanalların qazılması, torpaqların rekultivasiyası üzrə tədbirlərin yerinə yetirilməməsi ilə
həyata keçirilə bilər. Bütün bu hərəkətlər torpaqların çirklənməsi hüquq pozuntusunun obyektiv tərəfidir.
İnzibati Xətalar Məcəlləsinin 86-cı maddəsində torpaqların istehsalat və digər tullantılarla və tullantı
suları ilə çirklənməsi üsulları göstərilmişdir.
Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi müxtəlif terminologiyadan istifadə edir və istehsalat
və məişət tullantılarını (istehsalat və istehlak tullantıları), təhlükəli tullantıları, təhlükəli tullantıların
qadağan
olunmuş növünü, zəhərli tullantıları, potensial zəhərli və xüsusi zəhərli tullantıları fərqləndirir.
Tullantı suları, onların ilkin kimyəvi, fiziki, bioloji xüsusiyyətlərinin dəyişməsi ilə xarakterizə olunan və
kommunal və təsərrüfat-məişət ehtiyacları üçün
sənayedə, kənd təsərrüfatı istehsalında istifadə olunan sulardır.
Hər iki tərkibin
subyektiv tərəfi – dolayısı ilə qəsd və ya ehtiyatsızlıqdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş cinayətlə
ayrılma obyektiv tərəfinə görə, o cümlədən predmetinə və nəticələrinə görə, cinayətin
müəyyənləşdirilmiş
tərkibi ilə ayrılması – onun baş verdiyi yerə görə (ekoloji fəlakət və ya fövqəladə ekoloji vəziyyət zonasında),
nəticələrinə görə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) aparılır.
Cərimənin ölçüsü isə qanunvericiliyə uyğun olaraq təshih olunur.