99
Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən
illik
olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq bu hesablamaları vergi orqanına təqdim edirlər.
Fiziki
şəxslərə torpaq vergisi müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək hesablanılır
və tədiyyə bildirişləri
avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Torpaq vergisi 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Bu
zaman müəssisələrin torpaq
vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə
büdcəsinə) ödənilir.