«Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri»nə görə, Azərbaycan Respublikasının bütün ərazisi aşağıdakı zonalardan ibarətdir: 1) Respublikanın regional qruplar sistemləri daxilində mövcud şəhər, digər yaşayış məntəqələri və onların perspektiv inkişafı üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları; 2) Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq şəhər və digər yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları; 3) Arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar; 4) Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq və qışlaq zonaları; 5) Yer səthində və yerin təkində yerləşən (perspektiv geoloji axtarış sahələri də daxil olmaqla), mineral ehtiyatlar zonaları; 6) Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər və poliqonlar zonası; 7) Perspektiv nəqliyyat koridorları və qovşaqları daxil olmaqla ölkələrarası, ölkədaxili, şəhərləarası tranzit dəmir yolları, avtomobil yolları və qovşaqları, hava nəqliyyatının yerüstü qovşaqları və onların