§ 15. Torpaq ehtiyatlarının dövlət idarəetməsi funksiyaları
İslahatlara qədərki torpaq-hüquq ədəbiyyatında dövlət idarəetmə funksiyalarının sırasına aşağıdakılar
aiddir:
– dövlət torpaq kadastrının aparılması;
– torpaqların istifadəsinin planlaşdırılması;
– torpaq sahələrinin verilməsi və geri alınması;
– yerquruluşu;
– torpaqların istifadəsi üzrə nəzarət;
– torpaqların meliorasiyasının təşkili;
– torpaqların rekultivasiyasının təşkili;
– torpaq mübahisələrinin həlli.
Müasir torpaq-hüquq ədəbiyyatında torpaq ehtiyatlarının dövlət idarəetməsinin funksiyalarının tərkibi ya
yuxarıda qeyd olunanlarla eynidir, ya da onunla müqayisədə bir qədər genişləndirilmişdir. Belə ki, məsələn,
funksiyaların siyahısına torpaqların lazımi istifadəsinin təminatı funksiyaları da daxil edilir ki, bunlar
aşağıdakılardır:
- vergi tədbirlərinin tətbiqi;
- iqtisadi stimullaşdırma tədbirləri;
- məsuliyyət tədbirləri;
- torpaq sahələrində fəaliyyətin normativlərinin müəyyən olunması;
- bütün torpaq istifadəçiləri tərəfindən yerquruluşu işlərinin həyata keçirilməsi;
- mühafizəedici funksiya.
Torpaq ehtiyatlarının dövlət idarəetməsinin mahiyyətinin təyini – onun funksiyalarının siyahısı bu
idarənin funksiyalarını eyniləşdirməkdən çəkinərək, ilk növbədə torpaq fondunun dövlət idarəetməsi anlayışının
özündən, onun məqsədindən və vəzifələrindən, yəni, fəaliyyətin konkret istiqamətindən, bununla da müvafiq
idarəetmə fəaliyyətin həyata keçirilməsinin məhz nəyə istiqamətləndiyi nəticəsini çıxarmaqdan ibarətdir.
Başqa sözlə, belə halda konkret torpaq sahəsində vətəndaşların və hüquqi şəxslərin hüquqlarının
növündən asılı olmayaraq, ölkənin bütün torpaq ehtiyatlarının mühafizəsini və səmərəli istifadəsini dövlətin
məhz hansı konkret üsullarla təmin etdiyini təyin etmək lazımdır.
Bundan başqa, həmin məsələnin həlli zamanı həm qüvvədə olan qanunvericilikdən, həm də Azərbaycan
Respublikasının Torpaq Məcəlləsindən çıxış etmək lazımdır. Onda məhz dövlət idarəetməsinin aşağıdakı