Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


«Ailə  kəndli təsərrüfatı haqqında»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə166/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   205
torpaq hüququ

«Ailə  kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununa (14 iyun 2005-ci il) görə, 
ailə  kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə  fəaliyyət göstərən  şəxslərin fərdi  əməyi və 
mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və 
digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) 
birgə həyata keçirilməsidir. 
Qanunun məqsədi kənd yerlərində ailə  əməyinə  əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi
özünüməşğulluğun stimullaşdırılması  və  səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin 
genişləndirilməsi və  kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Odur ki, Qanun mülkiyyətində  və 
icarəsində olan torpaqdan və əmlakdan istifadə etməkdə bu qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd 
yerlərində  fəaliyyət göstərən fiziki şəxslərə  şamil edilir. Lakin, kənd yerlərində  fəaliyyət göstərən hüquqi 
şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir. 
Ailə  kəndli təsərrüfatının  əmlakı onun mülkiyyətində  və ya icarəsində olan torpaq sahələri, tikililər, 
qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından 
ibarətdir. Burda olan torpaq sahələri ailə üzvlərinin pay torpaqları, alqı-satqı yolu ilə satın alınmış torpaqlar və 
mülkiyyətçidən icarəyə götürülmüş torpaqlar ola bilər. 
Qanunvericiliyə görə – ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi mülki və torpaq 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin, bu təsərrüfatın illik dövriyyəsinin yuxarı 
həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə, o, öz statusunu itirir və sahibkarlıq 
fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin