26
Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də ölkəmizin
qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Beləliklə, artıq qeyd etdiyimiz kimi Konstitusiya qanunevricilik sistemində ən yüksək hüquqi qüvvəyə
malik olan aktdır və bu səbəbdən də bütün digər qanunvericilik – normativ aktlar onunla uzlaşmalıdır.
Dövlət
hakimiyyəti orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, təşkilatlar öz səlahiyyətləri
daxilində məhz Konstitusiyaya, qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan
normativ-hüquqi aktlar
qəbul edə bilərlər.
Konstitusiyamızda təsbit olunduğu kimi normativ-hüquqi aktlar hüquqa və ədalətə (bərabər mənafelərə,
bərabər münasibətə) əsaslanmalıdır. Qanunvericilik-normativ aktlar yalnız dərc edildikdə qüvvəyə minir və
onların tətbiqi, icrası hamı üçün məcburidir.
Konstitusiyamızın mühüm hissəsi vətəndaşların iqtisadi hüquq və azadlıqlarına aiddir. Orada 13, 15-ci
maddələr üzrə cəmiyyətimizin iqtisadi əsasını dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri təşkil etdiyi təsbit
olunmuşdur.
Azərbaycan dövləti tərəfindən bu mülkiyyət növlərinin bərabərliyi tanınılır və müdafiə olunur. Beləliklə,
mülkiyyətin həmin formaları üçün eyni hüquqi şərait yaradılır və bütün mülkiyyətçilərin hüquq bərabərliyini,
eyni qaydada müdafiəsini nəzərdə tutmaqla mülkiyyət növünün azad seçilməsinə, azad sahibkarlıq fəaliyyətinə
zəmanət verilir.
Konstitusiyanın 29-cu maddəsində əsas insan və vətəndaş hüquqlarının tərkib hissəsi olan – mülkiyyət
hüququna təminat verilir:
mülkiyyətin heç bir növünə üstünlük verilməməklə mülkiyyət hüququ, o
Dostları ilə paylaş: