dövlətin qanuna zidd müdaxiləsinin yolverilməzliyi; 6) torpaqdan istifadənin ödənişli olması; 7) torpaq ehtiyatlarının dövlət idarəedilməsi; 8) kənd təsərrüfatı yerlərinin keyfiyyətinin uçotu zamanı torpaqların kənd təsərrüfatında istifadəsinin üstünlüyü. Ölkədə mövcud olan hüquq sisteminin (qanunvericiliyin) elementi, tərkib hissəsi olaraq torpaq hüququ
özünün həm də daxili quruluşuna malikdir. Torpaq-hüquq normalarının obyektiv mövcud olan sisteminin
tədqiqi, torpaq münasibətlərinin hüquqi tənzimlənməsi mexanizmində ayrı-ayrı elementlərin formalaşması,
qruplaşması və qarşılıqlı əlaqəsinin daxili qanunauyğunluqlarının dərk edilməsini nəzərdə tutur. Həmin hüquq
sahəsinin struktur bölmələrinin bu qanunauyğunluqları, əlaqələri və asılılıqlarını dərk etmək üçün hər şeydən
əvvəl onların «bütöv təhsili» təmsil etməsi haqqında şəhadət verən, bütün struktur bölmələri (norma və
institutları) üçün və ya onların əksəriyyəti üçün ən xarakterik, ümumi xüsusiyyətləri və cizgilərini ortaya
çıxarmaq lazımdır. Torpaq hüququ institutlarının differensiasiyası, onların tənzimlənən münasibətlərin xarakteri
ilə şərtlənmiş əhəmiyyətindən, rolundan və mahiyyətindən asılı olaraq hüquq sahəsi daxilində müəyyən
ardıcıllıqla paylanmasını göstərir.
Əvvəllər ədəbiyyatda torpaq hüququnun aşağıdakı əsas institutları ayrılırdı:
1) torpağa dövlət mülkiyyəti hüququ institutu (əsas kimi);
2) torpaq fondunun dövlət idarəedilməsi institutu (dövlətə öz mülkiyyət hüququnun realizə olunmasını
təmin edən);
3) torpaqdan istifadə hüququ institutu (torpaqdan istifadəçilərin-vətəndaşlar və hüquqi şəxslərin hüquq
və öhdəliklərini təyin edən);
4) torpaqdan istifadə hüququ və dövlət mülkiyyəti hüququnun mühafizəsi institutu.
Göstərilən institutlar torpaq hüququnun ümumi hissəsini təşkil edirdi. Xüsusi hissənin institutuna ayrı-
ayrı torpaq kateqoriyalarının hüquqi rejimləri aid edilirdi.
Müasir torpaq hüququnun normalarının strukturlaşması zamanı sovet torpaq hüququ sistemi ilə müəyyən
varislik mümkündür. Lakin ona ölkəmizin torpaq-hüquq quruluşunun əsaslı dəyişməsi ilə bağlı olan torpağa
dövlət mülkiyyətinin inhisarının dəyişməsi nəticəsində yaranmış, əhəmiyyətli düzəlişlər etmək lazımdır. Bu
24
dəyişikliklər həm torpaq hüquq sisteminin öz elementlərinin dəyişməsi, həm də əvvəlki elementlərə yeni
mahiyyətlərin əlavə edilməsi ilə şərtlənmişdir.