Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


normaların ümumi xarakter daşıdığı  nəticəsinə  gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   205
torpaq hüququ

normaların ümumi xarakter daşıdığı  nəticəsinə  gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət 
münasibətlərinin və digər  əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas 


21 
 
prinsip və normalardan istifadə etmək lazımdır. Torpaq qanunvericiliyində, torpağın təkcə daşınmaz 
əmlak obyekti olmadığı, həm də vacib təbii ehtiyat və istehsal vasitəsi olduğu ideyasından irəli gələn 
torpaq münasibətlərinin hüquqi tənzimlənməsinin spesifikliyi öz əksini tapmalıdır. Bu amillər torpaq 
dövriyyəsinin məhdudlaşdırılmasının mümkünlüyü, onun müəyyən qaydalara tabe olması və daşınmaz əmlakın 
həmin növünün sərt istifadə qaydalarının müəyyən olunmasını  şərtləndirir. Belə ki, əgər torpaq 
qanunvericiliyi torpaq sahəsi ilə müvafiq saziş bağlamağa icazə versə  də,  əqd anlayışı, onun 
bağlanmasının hüquqi nəticələri mülki qanunvericilik normalarına əsaslanmalıdır. 
Torpaq hüququ torpaqların istifadəsi və mühafizəsinin dövlət idarəedilməsi ilə  əlaqədar münasibətlərin 
tənzimlənməsi sahəsində inzibati hüquqla da müəyyən nisbətdədir.  İnzibati hüquqdan fərqli olaraq torpaq 
hüququ həyata keçirildiyi obyektin spesifikliyi ilə  təyin olunan bu fəaliyyətin mahiyyətinə xüsusi əhəmiyyət 
verir. Hazırda torpaq hüquq pozuntularına görə inzibati məsuliyyət tədbirlərinin tətbiqi ilə  əlaqədar olan 
münasibətlərin tənzimlənməsi sahəsində torpaq və inzibati qanunvericiliyin nisbəti haqqında sual ortaya çıxır. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına  görə  məsuliyyətə 
həsr edilmiş xüsusi fəsil (XXII fəsil) mövcuddur. Lakin, İnzibati Xətalar Məcəlləsində bütün hüquqpozmalara 
görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur ki, torpaq qanunvericiliyini pozan günahkar şəxslər də inzibati 
xətalar haqqında qanunvericiliyə görə inzibati cəzalara məruz qala bilərlər. 
11 iyun 1999-cu ildə  qəbul edilmiş  «Şəhərsalmanın  əsasları haqqında» Azərbaycan Respublikasının 
Qanunu da torpaq qanunvericiliyi ilə bu qanunvericiliyin nisbətinin təyin olunması problemini ortaya 
qoymuşdur. Belə ki, həmin qanunun tənzimlədiyi ictimai münasibətlərin növləri sırasına (preambulada) 
tərkibinə torpaqdan səmərəli istifadə sahəsində münasibətlərin də daxil olduğu təbiətdən səmərəli istifadə 
sahəsində münasibətlər də daxildir. Bundan başqa «Şəhərsalmanın  əsasları haqqında» Qanun özündə, 
mahiyyətcə müəyyən  ərazidə torpaq sahəsinin məqsədli istifadəsini təyin edərək, torpaq sahələrinin istifadəsi 
növlərinin və zonalaşdırılmasının təyinatını birləşdirir. 
Qanunvericilikdə şəhərsalma fəaliyyətinin obyekti kimi: 
1)  Azərbaycan Respublikasının ərazisi; 
2)  Coğrafi regionlar, inzibati bölgülərin əraziləri
3)  Şəhər və digər yaşayış məskənləri; 
4)  Məskənlərarası ərazilər; 
5)  Ərazi-istehsalat (sənaye, aqrosənaye, hidrotexniki) kompleksləri; 
6)  Mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik təchizatı, rabitə  və s.) nəqliyyat  şəbəkələri və 
sistemləri; 
7)  Qoruq  şəhərləri, tarix və  mədəniyyət abidələri,  şəhərsalma, memarlıq, təbii-mədəni landşaft 
kompleksləri, parklar, ansambllar, bina və qurğular; 
8)  Yaşayış və digər zonalar, ictimai mərkəzlər, idman kompleksləri, rayonlar, mikrorayonlar, məhəllələr, 
tikinti sahələri;  
9)  Sanatoriya-kurort, turizm kompleksləri və obyektləri; 
10) Rekreasiya əraziləri; 
11) Xüsusi qorunan ərazilər. 


22 
 
Yaşayış məskənlərində və məskənlərarası ərazilərdə yerləşən daşınmaz əmlak və onların komplekslərində 
yenidən planlaşdırma, yenidənqurma, genişləndirmə  işləri aparılan obyektlər tanınır («Şəhərsalmanın  əsasları 
haqqında» Qanun, maddə 5.). Lakin, əslində, torpaq şəhərsalmada bütün daşınmaz  əmlak obyektlərinin 
yerləşdiyi ümumi məkan-əməliyyat bazisi rolunda çıxış edir. Yuxarıda sadalananlar və «Səhərsalmanın əsasları 
haqqında» Qanunun bir sıra maddələrinin analizi əsasında belə bir nəticəyə  gəlmək olar ki, o, daha çox 
şəhərlərdə  və digər yaşayış  məntəqələrində torpaqların planlaşdırılması  və istifadəsi ilə  əlaqədar olan 
münasibətləri tənzimləyir. Həmin torpaqların sonrakı  fəsillərdə hüquqi rejiminin araşdırılması zamanı  ətraflı 
danışılacaq.  
Torpaq hüququ, müvafiq resursların (meşə, su, yerin təki) istifadəsi və mühafizəsini tənzimləyən digər 
hüquq və qanunvericilik sahələri ilə qarşılıqlı  təsirdə olan, başqa təbii ehtiyatlarla sıx bağlı olan torpaq 
ehtiyatının tənzimləmə obyekti olduğu ictimai münasibətləri tənzimləyir. Torpaq, su, meşə və yerin təki hüququ 
öz tənzimləmə predmeti və özünün xüsusi kodlaşdırılmış (məcəllələşdirilmiş) aktı – Torpaq Məcəlləsi,  Su 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin