Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq münasibətlərinin obyekti kimi torpaq sahəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   205
torpaq hüququ

Torpaq münasibətlərinin obyekti kimi torpaq sahəsi – dövlət qeydiyyatı  sənədlərində  sərhədləri, 
ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir 
hissəsi olub onun sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Yalnız bundan 
sonra torpaq sahəsinin ölçüsü müəyyən edilir.  
Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, 
habelə torpaq sahəsi ilə bağlı daşınmaz  əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, 
qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər (TM, maddə 4). 
Torpaq qanunvericiliyi həmçinin torpaq sahəsini bölünən və bölünməz olmaqla xarakterizə edir. Belə ki, 
bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və  təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə 
bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından 
keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-
ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. 
Qanunvericiliyə görə torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət 
qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (TM, maddə 4). 
İkinci: hüquqi tənzimləmə metodu hüquq sahəsinin ayrılması zamanı diqqəti cəlb edən yalnız əlavə 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin