18
xüsusiyyətini – insan cəmiyyətinin həyat və fəaliyyətinin əsasını qorumağın vacibliyi həm torpağa subyektiv
əşya hüquqlarının, həm də özünün müvafiq orqanlarının simasında torpağın
bölünməsi, səmərəli istifadəsi və
mühafizəsi üzrə dövlətin fəaliyyətinin realizə olunması kimi özünəməxsusluğu təyin edir. Məhz
müvafiq hüquqi
normalarda əks olunmuş, hüquqi tənzimləmənin predmetinin bu özünəməxsusluğu torpaq hüququnun müstəqil
sahə kimi ayrılmasını şərtləndirən amillərdən biridir.
Qanunvericiliyə görə, torpaq münasibətləri dedikdə - dövlət orqanları,
bələdiyyələr, hüquqi və fiziki
şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək
sahəsində, habelə
torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində olan
ictimai münasibətlər başa
düşülür (Torpaq Məcəlləsi, maddə 3).
Dostları ilə paylaş: