aləmini, floranı istehsal və təkrar istehsal etmək qabiliyyətidir. Əkinçiliyi həyata keçirərək insan öz
tələbatını ödəmək üçün öz maraqları daxilində təbii münbitlik prosesini intensivləşdirir və yönəldir. Başqa
sözlə, torpaq – təbii özünübərpa edən istehsal ehtiyatıdır. Müasir şəraitdə hətta münbitliyi pozulmuş, korlanmış
torpaq da bərpa oluna və yaxşılaşdırıla bilir. Məlumdur ki, torpaqdan düzgün istifadə etdikdə onun təbii
münbitlik xüsusiyyətləri nəinki bərpa olunmaq, hətta yaxşılaşmaq qabiliyyətinə belə malikdir.
Torpaq bütün ekosistemdə çox mühüm əlaqələndirici olduğu üçün onun istifadə edilməsi, ona olan təsir
nəinki torpağın öz vəziyyətinə, həm də bütövlükdə ətraf təbii mühitə təsir edə bilər. Belə ki, təmizləyici qurğusu
olmayan obyektlərin bu və ya digər torpaq sahəsində yerləşdirilməsi yaxınlıqda olan suların və meşələrin
vəziyyətinə təsir etmək qabiliyyətinə malikdir. Uyğun olaraq, bu və ya digər obyekt üçün torpaq sahəsinin
düzgün seçilməsi çox mühüm, kompleks təbiəti mühafizə əhəmiyyətinə malikdir.
Torpaqda göstərilən təbii münbitlik xüsusiyyətlərinin mövcudluğu onların səmərəli istifadəsi və
mühafizəsinə, torpağın sosial-ədalətli və iqtisadi əsaslandırılmış bölgüsünə istiqamətlənmiş, müxtəlif
subyektlərin dövlətdən, onun orqanlarından başlayaraq hüquqi və fiziki şəxslərdə qurtarana qədər hüquqi
normalarda xüsusi davranışın təsbit olunmasını şərtləndirir.
Beləliklə, torpaq əsası Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş prinsiplərə riayət