36
minimum) qanunverici (Almaniya, Rusiya və s. kimi ölkələrdə) ciddi şəkildə nizama salır. Bizim
respublikamızda isə qanunvericiliyə görə kənd təsərrüfatı təyinatlı torpaqlara yalnız klassik mənada sahiblik
hüququnun tətbiq olunması qəbul edilmədi. Qalan bütün hüquqlar digər sivil ölkələrdə olduğu kimi bizdə də
tətbiq olunur. Bu zaman iqtisadi maraqlardan çox fikrimizcə siyasi maraqlar önə çəkilmişdir. Belə ki,
ölkəmizə
qarşı tarix boyu torpaq iddiasında olmuş mənfur qonşularımız qanunvericiliyimizdə olan bu hüquqi boşluqdan
gələcəkdə istifadə edə bilərdi. Odur ki, bu zaman hüquqları ilə yanaşı öhdəliklərin də daşıyıcısı olan torpaq
üzərində xüsusi mülkiyyət hüququna üstünlük verildi.
Xüsusi mülkiyyət hüququnun ikinci məhdudiyyəti ondan ibarətdir ki, torpağı istifadəçiz saxlamaq olmaz.
Bu təlabat hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73.1-ci maddəsində belə təsbit olunmuşdur: kənd
təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahələrindən dalbadal iki il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları
üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə istifadə hüququna
xitam
verilə bilər (bu məsələ torpağa hüquqların xitam edilməsi haqqında bölmədə də araşdırılır).
Qanunvericilik
torpaq sahəsinin təsərrüfat istifadəsi üzrə mülkiyyətçiyə geniş hüquqlar verir:
Dostları ilə paylaş: