Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


ona zərər yetirməyən üsullarla səmərəli istifadə etmək



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   205
torpaq hüququ

ona zərər yetirməyən üsullarla səmərəli istifadə etmək;  
b) torpağın münbitliyini artırmaq, onun mühafizəsi və istifadəsi üzrə  tədbirləri həyata keçirmək, 
meşə, su və digər təbii obyektlərin istifadə qaydalarına riayət etmək, ətraf təbii mühitə ziyan vurulmasına 
yol verməmək;  
c) torpaqların müəyyən olunmuş istifadə rejiminə riayət etmək,  əgər torpaq sahəsinin 
mənimsənilməsi müddəti yerli idarəetmə orqanlarının normativ aktları ilə, qanunvericiliklə  nəzərdə 
tutulmuşdursa, o halda torpaq sahələrinin istifadəsinə vaxtında başlamaq;  
ç) torpaq sahələrində  şəhərsalma, tikinti, ekoloji, sanitar-gigiyena, yanğından mühafizə  və digər 
müəyyən olunmuş tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq tikinti, qurğu, binaların 
və tikililərin rahat vəziyyətdə saxlanması və inşası işlərini həyata keçirmək.  


37 
 
 Torpaq  Məcəlləsinə görə dövlət və  bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə  və icarəyə 
verilərkən (satılarkən) onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər (maddə 53.1): 
– torpaq sahəsi istifadəyə verildikdə onun icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi
– torpaq sahəsində müəyyən edilmiş qaydada razılaşdırılmış layihələr üzrə tikinti işlərinin və ya torpaq 
sahəsinin mənimsənilməsinin müəyyən edilmiş müddətlərdə başlanması və qurtalrması; 
– təbiətqoruyucu tələblərə  əməl edilməsi, torpaq sahəsində heyvanlar aləminin qorunması, torpağın 
münbit qatının, nadir bitkilərin, təbiət, geoloji, tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması; 
– verilmiş (satılmış) torpaq sahəsindən ovçuluq, balıqçılıq və ya cır meyvələrin toplanması  məqsədləri 
üçün müəyyən edilmiş qaydada və müddətdə istifadəsinə icazə verilməsi; 
– vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının saxlanması; 
– qanunvericiliyə zidd olmayan digər öhdəliklər və məhdudiyyətlər. 
 Torpaq  Məcəlləsi vətəndaşların və hüquqi şəxslərin torpağa sahiblik, istifadə  və  sərəncam üzrə 
fəaliyyətinə dövlət orqanlarının qanuna zidd müdaxiləsinə yol vermir (maddə 84.2). 
Sərəncam hüququna gəldikdə isə mülkiyyət hüququnda torpaq sahəsinə malik olan şəxslər 
qanunvericilikdə müəyyən olunmuş qaydalara riayət etməklə  həmin torpağa sərəncam hüququna malikdir. 
Sərəncam hüququ “Torpaq islahatı  haqqında” Azərbaycan Respublikası Qanununun (16.V11.1996) 17-ci 
maddəsində, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (04.V111.1999) 49-cu maddəsində  və digər 
normativ-hüquqi aktlarda təsbit olunmuşdur. Qanunvericiliyə görə,  torpaq mülkiyyətçilərinin torpağa 
sahiblik, torpağı  təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin