Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


qərarlara uyğun olaraq müəyyən edilir



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə45/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   205
torpaq hüququ

qərarlara uyğun olaraq müəyyən edilir. 
Yuxarıda deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, torpaq sahələrinə  sərəncam hüququna da torpaq 
bazarının fəaliyyəti ilə  əlaqədar olan neqativ nəticələrin minimuma endirilməsi məqsədi ilə dövlət tərəfindən 
həmçinin, müəyyən məhdudiyyətlər müəyyən olunur. Belə  məhdudiyyətlərin obyektiv zəruriliyi və torpaq 
bazarının dövlət tənzimlənməsinin mümkün yol verilən həddi sonrakı bölmələrdə xəsusi olaraq araşdırılacaq. 
Torpağa xüsusi mülkiyyət hüququ problemini araşdırarkən, bu hüququn hazırda vətəndaşların ən mühüm 
iqtisadi konstitusiya hüquqlarından biri olduğunu qeyd etməmək olmaz. İqtisadi münasibətdə  şəxsiyyətin 
azadlığının təşəkkül tapmasında torpaq mülkiyyətinin rolunu dəfələrlə inqlaba qədərki hüquqşünaslar da 
göstərmişlər. K.Pobedonosçsev yazırdı: “Torpağa mülkiyyət hüququ o vaxtdan bəri insanın şəxsi hüquqlarının 
təmin olunması ilə qırılmaz surətdə bağlıdır. Torpaq mülkiyyəti insana hər hansı başqa hüquqlara nisbətən daha 
möhkəm və daha müstəqil hüquqlar verir… İnsan öz şəxsiyyətini torpaq qədər heç nə ilə bu qədər sıx bağlamır, 
heç nə ilə bu qədər təsdiq etmir. Şəxsiyyətin tarixi inkişafını izləyərkən biz görürük ki, bu inkişafla yanaşı 


38 
 
ardıcıl olaraq insanın torpağa tam və müstəsna sahib olmaq hüquqları da inkişaf edir. Bu sahiblik nə  qədər 
müstəqildirsə, vətəndaş şəxsiyyəti də bir o qədər azad və müstəqil çıxış edir və əksinə”. 
Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanununda ölkəmizdə 
torpaq islahatının keçirilməsinin  əsasları müəyyən edilmişdir. Qanuna müvafiq olaraq torpaq islahatı 
keçirilməsinin məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri  əsasında torpaq üzərində keyfiyyətcə yeni 
mülkiyyət münasibətləri yaratmaq, bazar iqtisadiyyatını  və  işgüzarlıq təşəbbüsünü inkişaf etdirmək,  ərzaq 
təminatı da daxil olmaqla ölkənin iqtisadi müstəqilliyinə nail olmaq və  nəticədə xalqın maddi rifahını 
yüksəlmək təşkil edir. Torpaq islahatının vəzifələri, eləcə də respublika ərazisində dövlət torpaqlarının müəyyən 
edilməsi, torpaqların bələdiyyə  və özəl mülkiyyətə verilməsi, torpaq sahibliyi, istifadəsi və icarəsi üzrə 
mülkiyyətçilərin hüquqlarına zəmanət verilməsindən ibarətdir. 
Qanuna görə, torpaq sahəsi yalnız Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xüsusi 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin