vəziyyətinin pisləşməsinə yol verməmək;
– torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks-mühafizə tədbirlərini həyata keçirmək;
– torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti,
sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara,
normativlərə) uyğun olaraq həyata keçirmək;
– torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl
etmək;
– torpaq vergisini və ya icazə haqqını vaxtında ödəmək;
– başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq;
– torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya – istinad
məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və
irriqasiya sistemlərini qoruyub saxlamaq;
– torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında
vermək;
Dostları ilə paylaş: |