– torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; – bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icazəsinə (subicarəyə) vermək; – qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək (TM, maddə 81).
Qanunvericiliyə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri aşağıdakılar olub, onları yerinə yetirməyə borcludurlar: – torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji