əlaqənin təsiri nəticəsində hər bir insanda konkret fikirlər
yaranır. İnsanlar adətən həmin fikirlərə əsaslanaraq
başqalarına
qiymət verir.Altı qrup sosial-qavrama
stereotipləri fərqləndirilir:
1. Antropoloji;
2. Etnomilli;
3. Sosial-status;
4. Sosial-rol;
5. Ekspressiv-estetik;
6. Verbal-davranış.
Antropoloji
stereotiplər
insanın
daxili
psixoloji
keyfiyyətlərinin, onun şəxsiyyətinin qiymətləndirilməsinin
fiziki simasının xüsusiyyətlərindən asılı olduğu zaman özünü
biruzə verir.
Etnomilli stereotiplər insanın psixoloji dəyəri onun bu və ya
digər irqə, millətə, etnik qrupa məxsus olması ilə
müəyyənləşdiyi zaman özünü göstərir.
Sosial-status stereotipi insanın şəxsi keyfiyyətlərinin
dəyərindən, onun sosial statusundan asılıdır.
Sosial-rol stereotipi insanın şəxsi keyfiyyətlərinin onun
sosial rolundan, həmin rolun funksiyalarından asılı olaraq
qiymətləndirilməsidir (məsələn, hərbçi – intizamlı, qəddar,
çevik qərarvermə bacarığına malik insan, professor stereotipi
– ağıllı, dalğın şəxs və s.).
Ekspressiv-estetik stereotip insan şəxsiyyətinin xarici
görünüşünündən asılı olaraq qiymətləndirilməsidir (məsələn,
“gözəllik effekti”: qiymətləndirilən insanın xarici görünüşü
nə
qədər
cəlbedici
olarsa,
onun
şəxsiyyətinin
keyfiyyətlərində pozitiv cəhətlər o qədər çox ortaya qoyulur).
Verbal-davranış
stereotipi
şəxsiyyətin
xarici
xüsusiyyətlərinin qiymətləndirilməsindən asılı olaraq gedir
(nitqin xüsusiyyətləri, mimikası, pantomimika və s.).
Bu fikirlər əksər hallarda insan haqqında informasiya
çatışmazlığı şəraitində istifadə olunur. Belə halda insanlar
adətən ilkin təsəvvürə görə mühakimə yürüdürlər. Müəllim
şagird şəxsiyyətinin vəziyyətini və davranışını dərk edərək
onu qiymətləndirməlidir.
Dostları ilə paylaş: