14.Ailə tərbiyəsində məktəbin rolu
XXI əsrdə də uşaq diqqət mərkəzindədir. Şəxsi mövqeyə
malik, prioritetlərini müəyyənləşdirən, həyatın mənasını dərk
edən, hərəkətlərinə görə məsuliyyət daşıyan şəxsiyyətin
tərbiyəsi ailə ilə məktəbin birgə fəaliyyətini labüdləşdirir.
Bazar iqtisadiyyatı şəraitində əksər valideynlər maddi rifahın
təmin olunmasına kökləndiklərindən uşaqla mənəvi
ünsiyyətə demək olar ki, zaman ayıra bilmirlər. Bəzi
valideynlər
hətta
birbaşa
vəzifələrinin
icrasından
kənarlaşaraq öz vəzifələrini nənə, baba, dayə və məktəbin
üzərinə qoyurlar. Lakin məktəb formalaşan şəxsiyyətin
ailədən ala biləcəyini əvəz etmək iqtidarında deyil.Bəlkə də
elə bu səbəbdən valideyn-övlad münasibətləri ildən-ilə
kəskinləşməkdədir. Əksər ailələr tərbiyə məsələlərində
çətinliklərlə üzləşirlər. Bəzi ailələlərin mədəni səviyyəsi bir
o qədər də ürəkaçan deyil. Bu isə məktəbin qarşısında olan
vəzifələri daha da mürəkkəbləşdirir. Onlardan ən əsası:
1. Hər bir uşağın şəxsiyyətinin inkişafı məqsədilə ailə ilə
məktəbin tərbiyə vermə prosesində vahidlik;
2. Ailəyə tərbiyə işində dəstəyin verilməsi;
3. Pedaqoji kollektivlə ailənin çətinliklərin öhdəsindən
gəlmək üçün birgə fəaliyyəti;
4. Pedaqoqun şagirdlərlə fərdi fəaliyyəti;
5. Valideynlərlə sosial-psixoloji mövzularda təlim və
seminarların təşkili, maarifləndirmə işinin aparılması.
Pedaqoqun əsas vəzifəsi gənc nəslin təlim-tərbiyəsinin təşkili
olduğundan hər bir müəllim tərbiyə məsələləri, uşaqların,
yeniyetmələrin davranışı və digər problemləri ilə bağlı ailəyə
kömək göstərməli, onlarla sıx əməkdaşlıq etməlidir.
Valideynlərin maariflənməsində məktəb psixoloqunun da
fəaliyyəti önəmlidir. Məktəblə ailə arasında əlaqələr müxtəlif
formada ola bilər. Şagirdlərin tərbiyəsində valideyn
iclaslarının rolu danılmazdır.Valideyn iclasları keçirilərkən
aşağıdakı məsələlər nəzərə alınmalıdır:
1. Valideyn iclaslarının əsas məqsədi şagirdlərin səhvlərini
və uğursuzluqlarını vurğulamaq üçün deyil, onları
maarifləndirmək məqsədilə təşkil olunmalıdır.
2. İclasın mövzusu şagirdlərin fərdi xüsusiyyətləri ilə əlaqəli
olmalı, sırf onları nəzərə almalıdır.
3. İclasda təlim müvəffəqiyyəti, müxtəlif vəziyyətlərin
müzakirə və təhlili aparılmalıdır.
4. İclaslarda şagird şəxsiyyətinin mühakiməsi və müzakirəsi
aparılmamalıdır.
5. İmkan daxilində iclaslarda müxtəlif təqdimat və
videoroliklərin
müzakirəsini
təşkil
etmək
məqsədəuyğundur.
6. Pedaqoq iclasa əvvəlcədən hazırlaşmalı, müzakirə
olunacaq problemləri dəqiq müəyyənləşdirməlidir.
Bəzən valideynlər müxtəlif səbəblərdən iclaslarda iştirak edə
bilmədikləri üçün məktəbin saytında iclasda aparılan söhbət,
maariflənmə ilə bağlı materialları görməyə imkan
yaradılmalıdır.
Məktəbdə açıq qapı günlərinin təşkili də əhəmiyyətli
məsələlərdəndir. Belə günlərdə valideyn fənn müəllimləri ilə
görüşmək, övladı haqqında ətraflı məlumat əldə etmək,
mövcud problemlərin aradan qaldırılması istiqamətində
müəllimlə birgəfəaliyyət planı hazırlamaq imkanı qazanırlar.
Müasir dövrdə ünsiyyətin müxtəlif yollarından istifadə ailə-
məktəb münasibətlərinin daha səmərəli olmasına münbit
şərait yaradır. Belə ki, sinif rəhbərləri, fənn müəllimləri sosial
şəbəkələrdə qruplar və ya e-mail vasitəsilə valideynlərlə
çevik əlaqələr yarada bilər. Həftəlik elektron hesabatların da
müntəzəm olaraq valideynlərə göndərilməsi pedaqoji
prosesin səmərəsini yüksəldən amillərdəndir. Məktəb
valideynlə əməkdaşlığın maksimum dərəcədə faydalı olması
üçün münbit iqlim yaratmalıdır. İstənilən əməkdaşlığın
müvəffəqiyyəti yaradılan mühitdən bilavasitə asılıdır.
Pedaqoqlar ailə sirlərini qorunmalı, uşaq və ailə haqqında
məlumatın konfidensiallığını təmin etməli, həmkarları ilə
bölüşməməlidirlər. Məktəb və müəllimə inamı itirən
valideynnövbəti dəfə əməkdaşlıqdan yayınacaq, bu isə
şagirdin həyatında mənfi iz buraxacaqdır.
Dostları ilə paylaş: |