16.Demokratikləşdirmə,aşkarlıq və obyektivlik
idarəetmənin əsas prinsipləri kimi
Demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan inzibati-
amirlik üsullarını rədd edir, idarəetmə və rəhbərliyi
əməkdaşlıq üzərində qərarlaşdırır, məktəbi uşaqlar üçün
sevinc mənbəyinə, tərbiyə ocağına çevirir. Əlbəttə, bu,
məktəb rəhbərlərinin məsuliyyətini əsla azaltmır. İdarəetmə
və rəhbərliyi həyata keçirən hər bir şəxs öhdəsinə düşən rolu
yüksək səviyyədə yerinə yetirməyə borcludur. Həmin rol,
vəzifə və hüquqlar orta ümumtəhsil məktəbinin nümunəvi
əsasnaməsində və digər normativ sənədlərdə konkret şəkildə
əks etdirilmişdir. Məsələn, direktor pedaqoji kadrların
düzgün seçilib yerləşdirilməsini təmin etməli, onların öz
ixtisaslarını artırmaq, elmi-nəzəri, təcrübi, mənəvi və mədəni
səviyyələrini yüksəltmələri üçün əlverişli şərait yaratmalı,
şagirdlərin intizamına, təlim-tərbiyə işlərinin keyfiyyətinə,
məktəbdəki şagird özünüidarə orqanlarının və valideyn
komitəsinin, valideyn-müəllim assosiasiyasının tədbirlərinə,
sinifdənxaric və məktəbdənkənar işlərin məzmun və təşkilinə
nəzarəti həyata keçirməli, məktəbin təmiri, maddi-texniki
bazasının zənginləşdirilməsi, ayrılmış maliyyə vəsaitinin
düzgün xərclənməsi və sair bu kimi mühüm işlərin qayğısına
qalmalıdır. İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri
də aşkarlıq və obyektivlikdir. Aşkarlıq və obyektivlik
demokratiyanın təzahür formasıdır. Aşkarlıq – hər şeyin
hamı üçün aydın olması deməkdir.Təcrübə göstərir ki,
məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur
və ictimai bəlaya çevrilir. Aşkarlıq və obyektivlik olmayan
yerdə
təlim-tərbiyə
işlərinin
vəziyyətini
düzgün
müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı
müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə
qiymətləndirmək, işdə müvəffəqiyyətə nail olmaq mümkün
deyildir. Bu prinsip nəzarət üçün xüsusilə vacibdir.
Nəzarətdə aşkarlıq və obyektivlik faktları, hadisələri
dərindən təhlil etməyi, prinsipial olmağı, subyektivliyə yol
verməməyi, ədalətli mövqe tutmağı tələb edir.Ən vacib
prinsiplər sırasında elmilik mühüm yer tutur. Ümumiyyətlə,
yaxşı idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik,
təcrübə, işgüzarlıq, dərin bilik, sadalanan
Keyfiyyətlərin vəhdəti çox vacibdir. Bu vəhdət isə
pedaqogika,
psixologiya
və
sosiologiya
elmlərinin
nailiyyətlərinə əsaslandıqda, onları təcrübədə tətbiq etdikdə
yaranır. Məktəb rəhbərləri geniş dünyagörüşə, yeni üsullar
axtarmaq, tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik
olmalı, mürəkkəb təşkilati, pedaqoji məsələləri yaradıcılıqla,
operativ şəkildə həll etməyi bacarmalıdırlar. Əgər məktəbin
direktoru idarəetmənin, xüsusilə məktəb kollektivinə
rəhbərliyin elmi-nəzəri və praktik əsaslarını bilirsə, o, işini
elmi nailiyyətlərə və qabaqcıl təcrübəyə əsaslanaraq dəqiq
quracaq, idarəetmə metodlarını düzgün tətbiq edirsə, onda
pedaqoji kollektivlə rəhbərlik arasında qarşılıqlı anlaşma
yaranacaq, müəllimlərin əməyi səmərəli təşkil olunacaq,
onların elmi-nəzəri səviyyəsi və peşəkarlığı yüksələcəkdir.
İdarəetmə işinə elmi yanaşma mövcud vəziyyəti obyektiv
qiymətləndirməyi
təmin
edir,
məktəb
kollektivinin
fəaliyyətinə təkanverici təsir göstərməyə imkan yaradır.
Dostları ilə paylaş: |