- Məktəbin maddi-texniki bazası daim möhkəmləndirilməli,
hər bir məktəb normal tədris binaları, müasir təlim
avadanlığı,
İnformasiya və kommunikasiya texnologiyaları, tədris
ləvazimatları ilə təchiz edilməlidir;
- İdarəetmə, sözün həqiqi mənasında, demokratik üsullarla
aparılmalıdır. Bu sahədə sərt reqlamentləşdirmə, bürokratik
Mərkəzləşdirmə, inzibati-amirlik halları aradan qaldırılmalı,
yerli idarəetmə orqanlarının, valideynlərin, ictimaiyyətin
genişiştirakına, şagird özfəaliyyətinin hər vasitə ilə inkişaf
etdirilməsinə nail olunmalıdır, məktəbdə kollektivin hər
hansı üzvünün rəyinə hörmətlə yanaşılmalıdır;
- İdarəetmə
stimullaşdırılmalı,
səriştəli
müəllimlər,
tərbiyəçilər və digər işçilər maddi, mənəvi cəhətdən
mükafatlandırılmalı, onların nüfuzu hər vasitə ilə artırılmalı,
pedaqoji kollektivdə sağlam psixoloji iqlim yaradılmalıdır.
Sosioloqlar qeyd edirlər ki, sağlam mikroiqlim əməkhaqqı
səviyyəsindən də vacibdir. İşlərin düzgün planlaşdırılmasına
və görülmüş işlərin vaxtlı-vaxtında təhlil edilməsinə nail
olunmalıdır; qarşıya qoyulmuş vəzifələrin nə dərəcədə yerinə
yetirildiyi
müəyyənləşdirilməli,
perspektiv
tədbirlər
hazırlanıb ətraflı götür-qoy edilməli, əməyin elmi təşkilinə
nail olunmalıdır. Göstərilən şərtlərə düzgün əməl olunması
məktəbi idarəetməni optimallaşdırmaq, yəni nisbətən az
qüvvə və vəsait sərf etməklə, nisbətən qısa müddətdə
fəaliyyətdə daha yaxşı nəticələr qazanmaq yolunda ən etibarlı
təminatdır.
Optimallaşdırmanın inkişafı idarəetmənin
intensivləşdirilməsinə zəmin yaradır. İntensivləşdirmənin
mahiyyəti vaxta qənaətdən ibarətdir. Vaxt temp, ritm, sürət
deməkdir. Temp, ritm, sürət nə qədər yüksək olarsa, vaxt da
o qədər həcmli və məzmunlu olar.
Dostları ilə paylaş: