çei}hl dövriyyə cədvəli tərtib edilir.
İstehsalatdan alınmış hazır məhsullar eyni adlı 40 saylı sintetik
hesabda uçota alınır. Bu hesabda hər bir nomenklatura nömrəsinə anbar
uçotunun kartoçkaları açılır, onlarda hazır məmulatların saxlandığı
yerlər üzrə analitik uçotu aparılır.
Hazır məhsul, adətən, anbarda saxlanılır. İri məmulatlar
(ekskavatorlar, dəzgahlar, avtomobillər və i.a.) onlar malalanlara
göndərilənə qədər sexdə və yaxud da xüsusi meydançada qalırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, hazır məhsullar müəssisənin
mühasibatında çeşid dövriyyə cədvəlinin köməkliyi ilə və ya operativ
mühasibat (saldo) metodu ilə uçota alınır. Bu metod daha qabaqcıldır.
Bu metod zamanı anbarda miqdar-çeşid uçotu aparılır, mühasibatda isə
taksirovka edilmiş (qiymət qoyulmuş) sənədlərin kartotekası dəyər
ifadəsində hazır məmulatların hərəkəti cədvəli və illik qalıq (saldo)
cədvəli aparılır, bu cədvəl anbar uçotunun kartoçkalarındakı qeydlərin,
mühasibatda məhsulların hərəkətinin qrup uçotu qeydləri ilə
düzgünlüyünü üzləşdirmək üçün istifadə edilir.
İllik qalıq (saldo) cədvəlinə (kitabına) anbar müdiri və ya
mühasibat işçisi tərəfindən ayın 1-i tarixə anbar kartoçkalarında hazır
məhsulların qalıqları yazılır. Məhsul qalıqlarını uçot qiymətinə vurub,
hesabat tarixinə anbarda hazır məhsulların dəyəri aparılır. Uçot qiyməti
ilə bu məhsulların qalığı, dəyər ifadəsində hazır məhsulların hərəkəti
cədvəlində əks etdirilmiş onun qalığı ilə üzləşdirilir.
Qalıqların düz olması hazır məhsulun anbarda və mühasibatda
86
uçotunun düzgünlüyünü göstərir. Səhv olan zaman yazılışları yoxlamaq
və səhvləri düzəltmək lazımdır. Məhsulun anbarda uçotu, onun
mühasibatdakı uçotu ilə belə qarşılıqlı əlaqədə olur.
Bundan başqa mühasibatda natural və məbləğ ifadəsində hazır
məhsulların buraxılışı cədvəlini aparırlar, həmçinin 16 saylı «hazır
məmulatların hərkəti, onların göndərilməsi və satışı» cədvəli apanlır.
16 saylı cədvəlin 1 «Dəyər ifadəsində hazır məmulatların
hərəkəti)) bölməsinin A ((Ümumiləşdirilmiş məlumatlar)) yarımböl-
məsində məhsulların bircinsli qrupları (yarımqaıpları) üzrə uçot qiyməti
ilə və faktiki maya dəyəri ilə anbarda hazır məmulatların hərəkəti əks
olunur.
Burada qalığın və istehsaldan daxil olan məhsulların faktiki maya
dəyərinin məmulatların qrup (yarımqınp) çərçivəsində uçot qiyməti ilə
onların dəyərində xüsusi çəkisi müəyyən edilir. Bizim misalımızda faiz
95-ə bərabərdir ki, bu da müəssisənin məhsulun maya dəyərinin aşağı
salınmasında müvəffəqiyyətidir. Göstərilən faiz nisbəti mühasibat
tərəfindən hesabat ayında göndərilən, mala- lanlar tərəfindən qaytarılan
məhsulların və ayın axırına onun qalığının faktiki maya dəyərini
hesablamaq üçün istifadə olunur.
Anbarda məhsulların qalıqlarının uçotu cədvəlinə (maddi məsul
şəxsin hesabatına) əsasən, ayın axırına (hesabat dövmnün) uçot qiyməti
ilə məhsulların qalığı, 16 saylı (dıazır məmulatların hərəkəti, onların
göndərilməsi və satışı)) cədvəlinin 1 bölməsində əks olunan oxşar
qalıqları ilə üzləşdirilir. Qalıqların düz gəlməsi uçotun düzgün
olmasından xəbər verir, düz gəlməməsi isə səhvlərin mövcudluğundan
xəbər verir ki, onu da aradan qaldırmaq lazımdıı.
87
|