§ 2. Maliyyə və iilurəeiınə ıiı^otmıuıı Ucsublur sistemində
istehsalata ııiəsrəjləı in uçotımnn təşkili
İstehsalata məsranərm uv’ttınun təşkili metodikası və məhsulun
faktiki maya dəyərinin miMyyi'iı edilnmsi qaydəsi istehsalın tipindən
və xarakterindən, onun təşkilindən və texnologiyasından, buraxılan
məhsulun növlərinin miqdarından, isiehsalm idarə edilməsinin
quruluşundan, uçot-hesablama işlərinin mexanikləşmə səviyyəsindən
və məsrəflərin uçotu, məhsulun maya dəyəri kalkulyasiyasmm
metodlarından olduqca asılıdır. Bütün bu xüsusiyyətlərə baxmayaraq,
məhsul buraxılışı və hazırlanması üzrə məsrəflər istehsalın növləri (əsas
və köməkçi) üzrə, xərclərin əmələ gəlmə yerləri üzrə (fazalar və
mərhələlər), məhsulun maya dəyəri kalkulyasiyasmm obyektləri
(məhsulun növləri, sifarişlər, bircinsli məhsul növləri, qrupları və b.)
üzrə xərclərin kalkulyasiya madələrinin nümunəvi nomenklaturası
çərçivəsində qruplaşdırılmalıdır.
Müəssisədə məsrəflərin yuxanda qeyd olunduğu kimi
ümumiləşdirilməsi və qruplaşdırılması üçün mühasibat uçotunun
hesablar planının bir neçə hesablan tətbiq olunur. Məsələn, məsrəflərin
qru- plaşdırılmastnın birinci növü- istehsalın növləri üzrə 20 «Əsas
isteh- salat» və 23 «Köməkçi istehsalat» hesablarında əks olunur. Sonra
istehsal məsrəflərinin aydınlaşdırılması əmələ gəlmə yerləri üzrə həyata
keçirilir. Məhsulun istehsalına müstəqim xərclər yuxarıda əks olunan
istehsalın kalkulyasiya hesablarında əks olunur, qeyri- müstəqim
xərclər isə- müvafiq olaraq toplayıcı-bölüşdürücü olan 25
«Ümumistehsalat xərcləri». 26 «ÜmumtəsəiTufat xərcləri»və b.
hesablarda əks olunur.
Ay ərzində mühasibat uçotunda baş vermiş xərcləri müvafiq olaraq
yuxarıda sadalanan sintetik hesablarda, hesablartn daxilində isə
məsrəfləri, xərclərin müəyyən edilmiş maddələri üzrə əks etdirirlər.
23 «Köməkçi istehsalat» hesabında uçota alınan məsrəfləri, ay
qurtardıqdan sonra bölüşdürürlər. Müəssisədə müəy>ən olunmuş
metodikaya müvafiq olaraq bu məsrəfləri təyinatı üzrə o.sas istehsalat,
ümumistehsalat və b. hesablara aid edirlər. Sonra əvvolcodon
toplayıcı-bölüşdürücü hesablarda toplanmış xərclər, bir ı«>roldən
əmtəəlik məhsul və bitməmiş istehsalatın qalıqları arasında
bölüşdürülür. İkinci bölüşdürmə təkcə kompleks xərclərə deyil həm də
müstəqim xərclərə aiddir. Bu yolla istehsal prosesinin bütün
mərhələlərində istehsal edilən bütün məhsulların maya dəyərini və
bitməmiş istehsalatın maya dəyərini müəyyən edirlər.
Məsrəflərin uçot metodologiyası və məmulatın maya dəyərinin
müəyyən edilməsi üsulları, təşkilatın uçot siy^əti adlanan sənəddə əks
olunur, bu da hesabat ili ərzində, bir qayda olaraq dəyişdirilməməlidir.
İstehsal edilən məhsulların uçotunun məmulatlar üzrə hansı maya
dəyərinin, yəni tam və ya məhdud (kəsik) maya dəyərinin hesablanması
mühüm əhəmiyyətə malikdir. İkinci birincidən onunla fərc[lənir ki,
məhdud maya dəyəri prinsipi üzrə məsrəflərin uçotu zamanı təşkilatın
idarə edilməsi üzrə ümumi xərcləri (adətən sabit həcmə.malik olan)
məsrəf uçotu hesablarına aid etmirlər, bilavasitə 26 «Ümumtəsərrufat
xərcləri» aktiv hesabın kreditindən 46 «Məh- sullarm(işlərin,
xidmətlərin) satışı» hesabının debetinə silirlər.
Təşkilatın uçot siyasətində hazır məhsül bufaxılışı uçotunun 37
«H|zır məhsulların(işlərin, xidmətlərin) bufaxılışi)> heşabından istifadə
etmək və ya onu tətbiq etməmək qaydasına baxm^ lazımdır.
Sözü'gedən hesab istehsal edilən məhsulların uçotu və faktiki
istehsalat maya dəyərinin normativdən və ya plandan kənarlaşmasını
aşkar etmək üçün ayrılmışdır. Bu hesabın istifadə edilməsi, hazır,
göndərilmiş və satılmış məhsullar üzrə faktiki maya dəyərinin plan maya
dəyərindən kənarlaşmasını müəyyən etməklə əlaqədar olan çox zəhmətli
hesablamaların aradan qaldırılmasına imkan verir. Bu hesabın debeti
üzrə faktiki, krediti üzrə isə normativ və ya plan maya dəyərini əks
etdirirlər.
Məhsulların faktiki istehsalat maya dəyərini 20»Əsas istehsalat»
hesabının kreditindən 37»Hazır məhsullann (işlə rin, xidm-ıtlərin)
buraxılışı»hesabmm debetinə silinir.
Məhsulların normativ və ya plan maya dəyərini 37«Hazır
məhsulların (işlərin, xidmətlərin) buraxıhşı» hesabının kreditinə və
40«Hazır məhsul» və ya 46 «Məhsulların (işlərin, xidmətlərin) satı- şı»
hesablarının debetinə aid edirlər.
37»Hazır məhsulların(işlərin, xidmətlərin) buraxılışı» hesabı üzrə
debet və kredit dövriyyələrini müqayisə etməklə ayın 1-nə
məhsulların faktiki maya dəyərinin normativ və ya plan maya
dəyərindən kənarlaşmasını müəyyən edirlər.
Dostları ilə paylaş: |