§2. Məqsədli maliyyalə^mələnn və daxil
olınalann uçotu
Müəssisələr bu və ya digər tədbirlərin maliyyələşdirilməsi üçün
ayrılmış vəsaitlər ala bilərlər, həmin vəsaitlər məqsədli maliyyələşmələr
və daxil olmalar adlanır. Onlara digər müəssisələrdən daxil
150
olan vəsaitlər, hökumət orqanlarının subsidiyaları, uşaq müəssisələrində
(baxçalarda, körpələr evində) uşaqların saxlanması üçün valideynlərin
ödədikləri pul vəsaitləri və b. aiddirlər.
Məqsədli maliyyələşmə və daxil olmalara ciddi müəyyən edilmiş
məqsədlərə
təşkilatlar
tərəfindən
alınmış
vəsaitləri:
uşaq
müəssisələrinin saxlanmasına, kadrların hazırlanmasına, makro iqtisadi
əhəmiyyətə malik olan elmi-tədqiqat işlərinə və b. aid edirlər. Onla- nn
maliyyələşdirilməsi büdcədən ödənilən təxsisatlar, valideynlərin
ödədikləri haqqlar, təhsilə görə ödəmələr, xüsusi təyinatlı fondların
vəsaitləri, digər təşkilatlardan alınan vəsaitlər və b. hesabına həyata
keçirilir.
Adətən məqsədli mənbələrdən müvafiq tədbirlər qismən
maliyyələşdirilir. Belə ki, məsələn, valideynlərin ödədikləri haqqlar,
uşaq baxçalarmm və körpələr evinin saxlanmasına çəkilən məsrəflərin
ödənilməsi mənbələrində ancaq kiçik bir hissəni təşkil edirlər; bunun
üçün istehlak fondlarının və digər mənbələrin vəsaitlərini istifadə
edirlər.
Yuxanda qeyd olunan vəsaitlərin uçotu üçün 96 «Məqsədli
maliyyələşmələr və daxil olmalar» hesabı tətbiq edilir. Bu hesab
passivdir və kredit qalığı olur, o müəssisənin sərəncamında olan,
istifadə edilməmiş məqsədli təyinatlı vəsaitləri, debet üzrə dövriyyə - bu
və ya digər tədbirə istifadə edilən vəsaitləri, kredit üzrə dövriyyə -
maliyyələşməni və digər məqsədli daxil olmaları əks etdirir.
Məqsədli maliyyələşmələr və məqsədli daxil olmaların vəsaitləri
təsdiq edilmiş smetaya ciddi müvafiq olaraq sərf olunur.
Maliyyələşdirilməsi ancaq məqsədli mənbələr hesabına həyata keç məli
olan ehtiyaclara digər vəsaitlərin yönəldilməsi \ ı mə.|sədli vəsaitlərin
təyinatından kənar istifadə edilməsi qadağandır. Bu , ə- saitlərin sərf
edilməsi, istiqamətindən asılı olaraq əks etdirilir.
86 «Ehtiyat kapitalı», 88 «Bölüşdürülməmiş mənfəət (örtülməmiş
zərər)», 96 «Məqsədli maliyyələşmələr və daxil olmalar» he- sablannda
uçota alman təsəmifat vəsaitlərinin mənbələrinin məzmununun,
təyinatının və istifadə edilməsinin bir cinsliliyi ilə əlaqədar olaraq, bir
registrdə - 12 saylı jurnal-orderdə əks olunur, burada bu hesablar üzrə
əməliyyatların həm sintetik və həm də analitik uçotu təşkil olunur, 12
saylı jurnal-orderdə əməliyyatların qeyd
olunması üçün əsas kimi mühasibatın arayışları, bankın çıxarışları,
kassirin hesabatları və b. xidmət edir. Debet üzrə dövriyyələr əvvəlcə
müxtəlif jumal-orderlərdən izahat - vərəqədə toplanır.
Məqsədli maliyyələşmələrin və daxil olmaların analitik uçotu
müvafiq maşinoqram-qrupiaşma cədvəllərinin əsasında onların növləri
və istifadə istiqamoiləri üzrə aparılır.
Müəssisələr 96 «Məqsədli maliyyələşmələr və daxil olmalar»
hesabında məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün alınmış
vəsaitləri uçota alırlar. Məsələn, əgər müəssisənin balansında uşaq
baxçası varsa, onda 96 saylı hesabın kreditinə uşaqların saxlanması
üçün valideynlərin ödəmələrini qəbul edirlər. Əvvəlcə 29 «Xidmə-
tedici istehsalatlar və təsərrüfatlar» hesabının debetində uçota alınan,
uşaq baxçasınm saxlanmasına çəkilən xərcləri, hər ay məqsədli
maliyyələşmənin vəsaitləri hesabına silirlər.
İstehsalat kooperativləri 96 «Məqsədli maliyyəşmələr və daxil
olmalar» hesabında əmək kollektivləri üzvlərinin daxil olma və pay
haqqlarını uçota alırlar. Daxil olma haqqları geri qaytarılmır. Pay
haqqları nizamnamə kapitalına yönəldilir. Kooperativdən çıxan zaman
onun üzvünə pay haqqı geri qaytarılır.
Müsabiqələrdə (satışda) öz səhmlərinin paketini satan və belə
müsabiqələrin şərtlərinə görə onların qaliblərindən investisiyalara
vəsait alan özəlləşmiş təşkilatlar, onları uçotda məqsədli maliyyələşmə
kimi pul vəsaitlərinin uçotu hesabları ilə müxabirləşməklə 96 «Məqsədi
maliyyələşmələr və daxil olmaIar» hesabının kreditində əks etdirirlər.
Qeyd olunan vəsaitlərin sərf edilməsi investisiya müsabiqələrinin
şərtlərinə müvafiq olaraq işlənib hazırlanmış investisiya proqramında
nəzərdə tutulan qaydada həyata keçirilir. İnvestisiya proqramı nəzərdə
tutulan müddətlərdə birbaşa təyinatı üzrə istifadə olunan, alınmış
investisiya məbləğləri, vergiyə cəlb olunan mənbəni artırmırlar. Əgər
qeyd olunan vəsaitlər təyinatı üzrə istifadə olunmamışdırsa, onda bu
hissədə onlar ümumi müəyyən edilmiş qaydada mənfəət üzrə vergiyə
cəlb olunan mənbəyə daxil edilməlidir.
Özəlləşdirilmiş bələdiyyə və dövlət müəssisələri 96 «Məqsədli
maliyyələşmələr və daxil olmalar» hesabında özəlləşmə fondunun
yaradılması üzrə əməliyyatları (ayrıca «Özəlləşmə fondu» subhesa-
152
bmda) habelə özəlləşmiş müəssisə tərəfindən özəlləşmə fonduna
yönəldilən, onun səhmləri hissəsinə Əmlak fondunun satışından əldə
edilən pul vəsaitlərini əks etdirirlər. Səhmlərə görə Əmlak fondunun
borclarının uçotu, üb «MəqsədIi maliyyələşmələr və daxil olmalar»
hesabının «Səhmlərə görə fondla hesablaşmalar» subhesa- bında həyata
keçirilir. Bu əməliyyatların əks etdirilməsi qaydası respublikanın
Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Balansında mənzil fondu olan müəssisələr 96 «Məqsədli
maliyyələşmələr və daxil olmalar» hesabında kommunal xidməti üzrə:
mərkəzi istilikxana, su təchizatı, o cümlədən isti su təchizatı, çirkab
sularının axıdılması (kanalizasiya xidməti), enerji təchizatı, ev və
ətrafdakı ərazinin tibb təmizliyinə riayət olunması, radioya görə,
kollektiv televiziya antennasının istifadəsinə görə xərcləri və mənzil
kirayənişinlərindən və icarədarlardan toplanan pulları uçota alırlar.
96 «Məqsədli maliyyələşmələr və daxil olmalar» hesabının
kreditində təsisçi müəssisələr nizamnamə kapitalına qoyuluş hesabına
törəmə və ya onların iştirakı ilə yaradılan digər müəssisələrin istifadə
etmək hüququ olmaqla təqdim etdikləri əsas vəsaitləri (onları
ödəmədən) əks etdirirlər (06 saylı hesabın debeti), burada bu məbləğ
müqavilənin fəaliyyət müddəti başa çatana qədər uçota alınacaq, sonra
isə tərsinə yazılışa (96 saylı hesabın debeti, 06/1 saylı hesabın krediti)
silinəcəkdir.
Əgər əsas vəsaitlərdən istifadə hüququ sonradan ödəmək şərti ilə
verilmişdirsə (06/1 saylı hesabın debeti, 83 saylı hesabın ki’editi), onda
96 saylı hesabda daxil olan ödəmələrin məbləğlərini uçota alırlar (51
saylı hesabın debeti. 96 saylı hesabın krediti). Müqavilənin başa çatdığı
vaxta 96 saylı hesabda (kredit qalığı). 06 «Uzunmüddətli maliyyə
qoyuluşları» hesabının 1-ci «Paylar və səhmlər» subhesabmda olan
debet qalığına bərabər məbləğ əlur.
153
|