“Hidravlika və hidravlik maşınlar”


Laboratoriya işinin planı və həyata keçirilməsi



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#43670
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
Hidravlika ve hidravlik mashinlar” fenninden laboratoriya ishleri

 

Laboratoriya işinin planı və həyata keçirilməsi 

 

Texniki təchizatın siyahısı: 

-  Maye çəni, hidravlik nasos və qoruyucu  

klapandan ibarət yığım   

 

 



-  Təzyiqi məhdudlaşdıran klapan  

 



-  İki istiqamətdə axını tənzimləyən klapan 

-  Manometr   



 

 

 



 

-  Ölçmə çəni   



 

 

 



 

 



Bu  laboratoriya  işində  göstərilmişdir  ki,  yükülənmənin 

dəyişməsi  halında  maye  axınının  2  istiqamətdə 

tənzimləyən  klapan  tələb  olunan  maye  axınını  sabit 

saxlayır. Yüklənmənin dəyişməsi sistemə əlavə qoşulmuş 

qoruyucu  klapanın  vintinin  döndərilməsi  ilə  yükün 

dəyişdirilməsinə  əsaslanır.  Bu  zaman  iki  istiqamətdə 

tənzimləyən klapan maye axınını sabit saxlayacaqdır.  

Laboratoriya işi şəkil 1- də təsvir olunmuş sxemə əsasən 

aparılacaqdır.  

İşə  başlamazdan  əvvəl  hidronasosun  çəni  üzərində 

quraşdırılmış  tənzimlənən  qoruyucu  klapan  vasitəsi  ilə 

çıxış  mayenin  təzyiqi  80  bara  qaldırılır.  Bu  zaman 

sistemə  qoşulmuş  və  onun  dəyişən  yüklənməsini  təmin 

edəcək  ikinci  qoruyucu  klapanın  tənzimləyici  vinti  tam 

açıq vəziyyətdə olmalıdır. 



33 

 

 



Şəkil  1.  İki  istiqamətdə  axını  tənzimləyən  klapanın 

hidravlik dövrəyə qoşulması. 

 

Digər  manometrdə  heç  bir  təzyiq  olmadığı  halda  P1 



təzyiqi  80  bar  olur.  İki  istiqamətdə  axını  tənzimləyən 

klapanın  vinti  vasitəsi  ilə  axının  həcmi  dəqiqədə  2  litrə 

tənzimlənir.  İkinci  qoruyucu  klapanın  tənzimləyici 

vintinin  döndərilməsi  ilə  P2  təzyiqinin  artırılmasına 

baxmayaraq, maye axınının həcmi stabil qalacaqdır.  

İki  istiqamətdə  tənzimləyici  klapandan  nominal  maye 

axınının  qiymətini  müəyyən  etmək  üçün  onun 

tənzimləyici  vintini  tam  açırıq.  Bir  litr  mayenin  axması 

üçün  tələb  olunan  vaxt  13  saniyə  və  ya  4,6  litr/dəq 

olacaqdır.  İstehsalçı  müəssisə  tərəfindən  bu  qiymət  orta 

hesabla 3,2 litr/dəq müəyyən olunmuşdur. 



34 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin