Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə
ər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər.
11
t
əcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq
olduğuna görə təşəkkür edirəm.
B
əzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq
üçün siz
ə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə
bil
ərsiniz.
Ad
ətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə
yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa
çat
dırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.
Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya
qrant
əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan
tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib
olar.
Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və
burada
orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə
vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv
yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və
onları redaktə etmək lazımdır.
Ümumiyy
ətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz
v
ə güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı
işinizin minnətdarlıq hissəsində “mən, mənim, mənə ...” kimi sözlər, demək olar
ki, h
əmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs
əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.
Dostları ilə paylaş: