Akademik Yazının Əsas hissələri
Bildiyiniz kimi, paraqraf bir mövzu bar
ədə bir neçə cümlədən ibarət olur və üç
əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə (fikri dəstəkləyən cümlələr) və
yekun cüml
ə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və üç əsas
hiss
ədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə
g
əlin akademik yazı işinizin hər bir hissəsinə ayrı-ayrılıqda baxaq.
Giri paraqrafı
3
Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda
maraq oyadır. Giriş paraqrafı yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi
üçün h
ər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar olan başqa qaba
tökm
ək üçün istifadə etdiyimiz əşyanı – qıfı təsəvvürümüzə gətirək. Mayenin
dağılmaması üçün ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf
deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı hesab edə bilərik. Qıfın
ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis
cüml
əsindən ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu
haqqında oxucuya ümumi məlumat verir. Onlar oxucunu mövzunuzun çox ümumi
ideyas
ından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı –yazının
girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera
linzası konkret bir şəkil üzərində fokuslandığı kimi, hər bir növbəti cümlə də
getdikc
ə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb olunan ümumi
cüml
ələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə
yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət
q
ədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr
iç
ərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı
işinizin əsas hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.
Tezis cüml
əsi elmi yazı işinizin əsas ideyasını təqdim edir.
O,
yazınızın konkret mövzusunu göstərir.
O,
əsas mövzunun yarım mövzularını sadalaya bilər.
O, eyni zamanda struktur metodu bar
ədə məlumat verir.
O, girişin sonuncu cümləsi olmalıdır.
Tezis cüml
əsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən
uyğun məqamdır. Buradan yazınızın yarım mövzularının nə olacağı və onlarda
n
ələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz. Nədən söhbət
açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya
bil
ərsiniz.
3
Giriş paraqrafı bölməsi
Oshima, A., & Hogue, A. (2006).Introduction to Academic Writing,
(3
rd
ed.). Pearson Longman-
dan götürülmüşdür.
14
Bununla bel
ə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini
araşdırmadan müəyyən yanaşma ilə çıxış etmək çətin ola bilər.Ona görə də,
tezis cüml
əsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və
siz
ə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və
araşdırmalar barədə qeydlər götürməlisiniz. Bu qeydləri götürəndən və bunların
qısa xülasəsini qurandan sonra mövzunu yekunlaşdıran və mövcud
ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis
yazmağa daha yaxın ola bilərsiniz.
Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi
d
əstəkləyən paraqraflarınız üçün əsas parçalar olacaq. Əslində, əgər siz artıq
yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə
əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola
bil
ər. İstifadə etdiyiniz yanaşmadan asılı olmayaraq, yazınızın yaxşı struktura
malik
olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır.
Dostları ilə paylaş: |