Mövzunun adı: Vergi uçotu ilə


Milli Mühasibat Uçotu Standartları barədə ümumi anlayış, onların qısa



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   2   3   4   5   6   7   8   9   ...   21
vergi muhasibat ucotu

 

    3.Milli Mühasibat Uçotu Standartları barədə ümumi anlayış, onların qısa       

       xarakteristikası  

Mühasibat uçotu haqqında qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq 

edilən mühasibat uçotu standartları aşağıdakılardır:  

  İctimai əhəmiyyətli qurumlar tərəfindən tam şəkildə istifadə edilmək məqsədilə 

qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara 

dəyişikliklər yalnız Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən 

edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən sonra 

qüvvəyə minir;  

  İctimai  əhəmiyyətli  qurumlar  və  kiçik  sahibkarlıq  subyektləri  istisna  olmaqla 

kommersiya  təşkilatları  tərəfindən  istifadə  edilmək  məqsədilə  müvafiq  icra 

hakimiyyəti  orqanının  qəbul  etdiyi  Kommersiya  təşkilatları  üçün  Milli 

Mühasibat  Uçotu  Standartları.  Bu  standartlar  Maliyyə  Hesabatlarının 

Beynəlxalq  Standartları  əsasında  hazırlanaraq,  Maliyyə  Hesabatlarının 

Beynəlxalq  Standartları  ilə  nizamlanan  bütün  məsələləri  əhatə  etməlidir. 

Maliyyə  hesabatlarının  beynəlxalq  standartlarının  hər  hansı  birinin  bütövlükdə 

və ya onun hər hansı müddəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat 

Uçotu  Standartlarına  daxil  etməmək  və  ya  daxil  etməzdən  əvvəl  dəyişiklik 

etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə 

Hesabatlarının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin 

səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə 

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan hər hansı 

digər  fərq  müvafiq  Milli  Mühasibat  Uçotu  Standartlarının  əlavəsində 

açıqlanmalıdır;  

  Bələdiyyə  orqanları,  büdcə  təşkilatları  və  büdcədənkənar  dövlət  fondları 

tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul 

etdiyi  Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartları.  Bu 

standartlar  İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları 

əsasında  hazırlanaraq  İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. İctimai sektor üçün 

Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və 

ya  onun  hər  hansı  müddəasını  büdcə  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartlarına  daxil  etməmək  və  ya  daxil  etməzdən  əvvəl  dəyişiklik  etmək 

zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən İctimai Sektor 

üçün  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarının  ilkin  formasının  tətbiq 

edilməməsinin  səbəbi  və  Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartları  ilə  İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli Mühasibat 

Uçotu Standartlarının əlavəsində açıqlanmalıdır;  




  Qeyri-hökumət  təşkilatları  tərəfindən  istifadə  edilmək  məqsədilə  müvafiq  icra 

hakimiyyəti  orqanının  qəbul  etdiyi  Qeyri-hökumət  Təşkilatları  üçün  Milli 

Mühasibat Uçotu Standartları. 

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin