4.Mühasibat uçotu və maliyyə hesabatı informasiyasının istifadəçiləri,
informasiyanın keyfiyyəti qarşısında qoyulan tələblər.
Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının
istifadəçiləri adlanır. Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:
daxili istifadəçilər müəssisə daxilində biznes qərarlarını qəbul etmə
səlahiyyətinə malik olan rəhbər, menecer, yaxud sadə işçilər ola bilər.
kənar istifadəçilər r kənardan həmin şirkətin maliyyə uçotu məlumatları ilə
maraqlanan tərəflər ola bilər. Bu istifadəçilərə investorlar və səhmdarlar,
kreditorlar, dövlət vergi orqanları, yaxud istehlakçılar aidddir.
Göstərilən istifadəçilər maliyyə uçotundan aşağıdakı informasiyaları almaqda
maraqlıdırlar:
1) İnvestorlar və səhmdarlar, onların nümayəndələri – həyata keçirilən və ya nəzərdə
tutulan investisiyaların riskliliyi, gəlirliliyi və müəssisənin dividend ödəmək qabiliyyəti
haqda informasiya;
2) Müəssisənin işçiləri və onların nümayəndələri (həmkarlar ittifaqı və s) – işverənlərin
gəlirliliyi, stabilliyi, iş yerlərini saxlamaq və əmək haqqı ödəyə bilmə imkanı barədə
informasiya;
3) Borcverənlər – müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi
haqqında informasiya;
4) Malsatan və podratçılar, malalan və sifarişçilər – müəssisənin fəaliyyətinin fasiləsizliyi
haqqında informasiya;
5) Dövlət orqanları – öz funksiyalarını (resursların yerləşdirilməsi, iqtisadiyyatın
tənzimlənməsi, dövlət siyasətinin hazırlanması və reallaşdırılması, statistik nəzarətin
aparılması və s. funksiyalar) həyata keçirmək üçün onlara lazım olan informasiya;
6) Bütövlükdə ictimaiyyət – yerli, regional və dövlət səviyyəsində müəssisənin ictimai
rifahın yüksəldilməsində rolu haqqında informasiya.
5. İlkin uçot sənədləri və mühasibat uçotu registrləri.
Mühasibat uçotunda aşağıdakı anlayışlardan istifadə edilir :
Dostları ilə paylaş: |